Məşhurlar pandemiyada pulsuz qalıb – Satışa çıxarılan bahalı mülklər
Tarix: 14-04-2021, 15:32 |
Çap et
Koronavirus pandemiyası səbəbindən ötən ilin mart ayından etibarən Azərbaycanda toylara, kütləvi tədbirlərə qadağa qoyulub. Bu qadağalar bir çox peşə sahibi kimi sənət adamlarının da maddi sıxıntılar yaşamasına səbəb olub. Onlar zaman-zaman istər sosial şəbəkələrdə, istərsə də, mediada pulsuz qaldıqlarını və daşınmaz əmlaklarını, avtomobillərini, zinət əşyalarını satdıqlarını deyirlər.
Bəs, pandemiya ərəfəsində hansı məşhur nələrini satıb?
Musavat.com mövzu ilə bağlı yazı hazırlayıb. Əməkdar artist Teymur Əmrah pandemiya səbəbindən evini satdığını açıqlayıb.
Əməkdar artist Elnarə Abdullayeva qızıllarını satdığını ictimaiyyətə bildirib.
Müğənni Niyam Salami pandemiya ərəfəsində maddi sıxıntı yaşadığını bildirib. O yeni layihəsi üçün avtomobilini satıb.
Rəqqasə Fatmə isə bağ evini 200 min manata satır. O, özünə yeni ev alacağını açıqlayıb.
Müğənni Xuraman Şuşalı 100 min manat xərclədiyi villasını satışa çıxarıb. Müğənni evinin tez satılamsı üçün endirim də edib.
Müğənni Nadir Qafarzadə isə bahalı saatlarını 24 min manata satıb. O bildirib ki, pulun yarısını yardım üçün ayırıb.
Müğənni Elton Hüseynəliyev isə verilişlərin birində avtomobilini satdığını deyib.
Müğənni Aynur Dadaşova da pandemiyada evini satıb.
Prodüser Sayqa pandemiyada pulsuz qaldığı üçün maşınını satıb.
Müğənni Bahar Lətifqızı isə pandemiyada bağ evini satışa çıxarıb.