“Televiziya rəhbərləri efiri kirayəlik ev kimi satışa çıxarıb” - İradə İsak
Tarix: 23-04-2021, 11:13 | Çap et
Azərbaycan televiziya məkanının illərdir tənqid hədəfi olan qüsurları, bayağı verilişləri və ucuz şousu son günlər yenidən gündəmə gəlib. Azyaşlı uşağa qarşı cinayət törədən və məsuliyyətə cəlb edilən qadının efirə çıxarılaraq bunu detallı danışmasından sonra ATV-nin cərimələnməsi bu mövzunu yenidən aktuallaşdırıb.
Tanınmış teleaparıcı İradə İsak “Qafqazinfo”ya müsahibəsində telekanalların bugünkü durumu və çıxış yolları haqda danışıb:
- Bir neçə ildir televiziyadan uzaqlaşmısız və artıq iştirakçı yox, tamaşaçısız. Bir TV mütəxəssisi kimi son illərdə televiziya sahəsində hansı dəyişikliklərin olduğunu düşünürsüz?
- Müsbət dəyişikliklər təbii ki, var. Amma təəssüf ki, biz bunu ancaq texniki inkişaf kimi qəbul etməliyik. Qoyulan yeni LED ekranlar, tərtib olunmuş böyük studiyalar bu təbii ki, çox lazımlıdır. Ancaq hələ də yaradıcılıq tərəfdən əsaslı inkişaf görülmür, axsamalar çoxdur. Əsas da TV nitqi, üslubu hələ tam formalaşdırıla bilmir. Verilişlərin hazırlıq keyfiyyəti sadəcə montaj üzərində artıb, ssenarilər, yazı üslubu o qədər də cəlbedici deyil. Xüsusən maraqlı məzmun, insanların maraqla gözlədiyi yeni verilişlərin içərisində böyük artım yoxdur.
- Sizcə, hələ də tamaşaçı, vətəndaş hüquqlarını, həssas məqamları nəzərə almayan verilişlərin qalmasının səbəbi nədir?
- Bu cür verilişlərin qalmasının səbəbi təəccüblü də olsa, məhz tələbatın olmasındadır. Fikir versəniz, belə verilşlər sponsor cəhətdən korluq çəkmir. Sponsorun da əsas tələbi reytinqli, baxılan verilişləri maliyyələşdirməkdir. Tamaşaçını yox, kütləni cəlb etmək üçün də “planka” aşağı salınır. Bir veriliş bir ilə yaxın efirdədirsə və kifayər qədər sponsorları varsa, TV-lər belə verilişi bağlamır. Çünki onlar kanalın əsas maliyyələşdiyi proqramlardır. Süd verən inəyi kim kəsər? Amma nəzərə alsaq ki, 15 il bundan əvvəl sponsorluq qiymətləri zamana görə daha yüksək idisə, indi kiçik məbləğə bir neçə şirkəti cəlb etməklə belə verilişləri ayaqda saxlamağa çalışırlar. Aparıcının da vaxtı verilişin yarısını çoxsaylı sponsorlar haqda məlumatları oxumağa gedir. İlk baxışda bunu verilişin çox maraqlı olması kimi qəbul etmək olar, amma belə deyil. Yəni qiymətlər ucuzlaşdırılır, buna görə də qoyulan kvotanı doldurmaq üçün çoxsaylı şirkətlər əməkdaşlığa cəlb edilir. Məhz bu səbəbdən belə verilişlər kanalların gəlirli verilişi sayılır və uzunömürlü olur.
- Telekanallar hər mövsümdə belə desək, islahat apardıqlarını, yeni verilişlər efirə buraxdıqlarını açıqlasalar da, yeni verilişlər köhnələrin eynisi, hətta daha bayağısı olur...
- TV-lər maraqlı layihələrə lazımi məbləği ayıracaq konkret büdcəyə ya sahib olmurlar, ya da yeni layihələrə pul xərcləmək istəmirlər, az məbləğə isə yaxşı işlər görmək olmur. Olur köhnə hamam, köhnə tas. Çox zaman yeni layihə təqdim edən prodakşnlara və şəxslərə veriliş üçün sponsor cəlb edilməsi əsas şərt kimi qoyulur. Təbii ki, bu da keyfiyyətə böyük təsir edir. Belə verilişlərlə isə real mühiti dəyişmək olmur.
- Nəyə görə efir TV təcrübəsi və anlayışı olmayan təsadüfi adamlara həvalə olunur?
- Bayaq dediyim məsələ. Əlahəzrət sponsor. Qəribədir ki, təcrübəli TV əməkdaşları sponsorları tapa bilmir. Amma arada gəzən, bol vədlərlə şirkətləri və TV rəhbərləri inandıra bilənlər meydanı tuturlar. TV əslində insanları ulduz da, rəzil də edə bilir. Televiziya rəhbərləri rəhbərlik etdikləri kanalın vaxtını kirayəlik ev kimi satışa çıxarıb. Hansı layihə yaxşı pul ödəyir, efirin saatını ona satırlar. Belə şərtlərlə çalışan məkanlarda keyfiyyətin olmaması təbiidir. TV də bir iqtisadi strukturdur, o da real bazara çıxmalı, real rəqiblərlə yarışmalıdır. Əks halda nə pul olacaq, nə keyfiyyət.
- Amma eyni zamanda sosial şəbəkələrdə müzakirələr, rəylər göstərir ki, artıq Azərbaycanda auditoriya dəyişib və tələbləri fərqlidir. Kütlə ucuz şouya gülsə də, ictimai rəyi formalaşdıran şəxslər ciddi müzakirələrin aparıldığı sosial verilişlər tələb edirlər.
- TV nəyi göstərirsə, insanlar ona baxır. Baxdıqca öyrəşir, öyrəşdikcə tələbat yaranır. Buna deyirlər, ehtiyacın süni şəkildə yaradılması. İllərdir Azərbaycan tamaşaçısının damarına belə zəhər yeridilir. Başqa nə gözləmək olar ki? Hansı tamaşaçı yetişsin?
- Məlumdur ki, telekanallar ən asan pul qazana biləcək şirkətlərdir. Maraqlı, hərtərəfli efir və qazanc öz axarı ilə gələcək. Bizdə TV-lər pulu niyə çətinliklə qazanır?
- Bəli, təbii ki. ANS öz resursları ilə maliyyələşən kanal idi. Ən böyük əmək haqqını da o verirdi. Xatırlayıram, hətta Lider TV öz əməkdaşlarını evlə belə təmin edə bilirdi. Yüksək qonorar, mükafatlar təyin olunurdu. Yanlış idarəetmə, bazarın səhv analizi, ucuz qazanca meyl, televiziyaların idarəetməsinə yanlış kadrların cəlb olunması belə mənzərə yaratdı. Amma halbuki dünyanın ən gəlirli biznes sahələrindən biri televiziyadır. Əbəs yerə deyil, dünya TV ulduzlarının adı ən çox pul qazanan insanlar arasındadır. Təsəvvür edirsinizmi, onların təmsil etdiyi TV-lərin qazancı hansı yüksək səviyyədədir? Yanlış idarəetmə, büdcədən asılı qalmaq meyli televiziyalarımızı belə həddə gətirib çıxarıb.
- Son illərdə bəzi kanallarda rəhbər dəyişiklikləri olub, birinci şəxsin dəyişməsi efirin səviyyəsinə təsir edə bilirmi?
- Hər sahədə olduğu kimi, TV-də də çox şey rəhbərdən asılıdır. Necə ola bilər ki, ağıllı idarəetmə yanlış nəticəyə səbəb olsun? Elə rəhbərlər tanıyıram ki, təyinatlarının ilk aylarında taksi ilə gəlib-gedirdilər. Bir ildən sonra xeyli varlandıqları hiss olunurdu. Yadınızdadırsa, vəzifədən çıxarıldıqdan sonra ATV rəhbəri Vüqar Qaradağlının sərvətinin böyük siyahısı dərc edildi. Bir çoxu da TV-yə təyinatından sonra əldə olunmuşdu. Necə ola bilir ki, qısa təyinatdan sonra özləri xeyli varlanır, TV isə kasıblayır, normal layihələr efirə verə bilmirlər? Hər halda vəziyyət özü hər şeyi daha yaxşı danışır və göstərir.
- Bəzi məşhur aparıcılarımız sosialyönümlü verilişləri belə ifrat şouya çevirməyi bacarıblar. Niyə Azərbaycan efirində, məsələn, Türkiyədəki peşəkar aparıcılardan yoxdur?
- Yaxşı aparıcı həqiqətən əjdahadır. Təsəvvür edin, yaxşı aparıcı kimdir? O həm yaraşıqlı, xarizmatik, həm nitqi, intellekti mükəmməl, həm psixoloq, həm diplomatik və aktyorluq bacarıqları, dil bilgiləri, gözəl qələmi, natiqliyi, hazırcavablığı, yumoru, siyasi savadı, tarixi, coğrafi, elmi bilgiləri, mütaliəsi geniş, dəbi bilən, təqib edən, yüksək etikaya sahib olan, yəni yüzü birində insan olmalıdır. Belə nə qədər aparıcımız var? Keçmişdə vardı. Rafiq Hüseynov, Qulu Məhərrəmli, Xəyal Tağıyev, Mehriban Ələkbərzadə, Sevil Nuriyeva, Qulp Mübariz, İlhamiyyə Rzayeva, Həmid Herisci, Kamran Həsənli, İlqar Əlfioglu, Ləman Ələşrəfqızı və s. misallar göstərə bilərəm. İndi nə qədər belə aparıcımız var? Mən indi Könül Arifi, Leyla Quliyevanı, Rövşanəni, Lalə Azərtaşı, Səyyarə Səyyaf, Turan İbrahimov, Anar Nəcəfli və s. misal göstərə bilərəm. Amma bu aparıcıların hamısı gənc görünsələr də, yaşları 40-ı haqlayıb. Yenilərdən kim var?
İndi diksiyası və siması normal olan birini görəndə şükür edirik. Bəs indi bazalı nə qədər gənc aparıcı var? Bilmirəm. AzTV-nin daxildə fəaliyyət göstərən akademiyası hələ ki, ancaq düzgün diksiyalı aparıcı yetişdirməklə məşğuldur, diqqəti cəlb edən telejurnalist, reportyor, yaxşı müxbir hələ görünmür. Robot aparıcılar erası bitib. TV telejurnalist istəyir. Aparıcı verilişin siması və kanalın üzüdür, amma o demək deyil ki, bütün verilişin yükü aparıcının çiynində olmalıdır. Çox vaxt aparıcını layihə rəhbəri təyin edib hər şeyi ona yükləyirlər. Və yaxud da deyirlər, yeni veriliş istəyirsənsə, özünə ideya düşün tap, layihə yaz. Aparıcı hansı səlahiyyətlə ordan-burdan kopyaladığı “layihə”ni efirə çıxarır?
Kanalın özünün ideya generatorları olmalıdır. Bunca məsuliyyətli işi necə yalnız bir şəxsin üzərinə yükləmək olar? Bu, böyük məsuliyyətsizlikdir. İdeya generatorları bütün kanal üçün verilişlər düşünməli, uyğun aparıcıları ora hazırlamalıdırlar. Təbii, aparıcının da fikrinin önəmi var, amma bütün məsuliyyəti onun üzərinə qoyuruqsa, əlavə ekspert baxışı, yəni redaktor, rejissor, prodüser analizi yoxdursa, o verilişə necə komanda işi demək olar, orda hansı keyfiyyətdən söhbət gedə bilər? Tamaşaçı elə bilir ki, efirə gedən hərf səhvində də aparıcı günahkardır. Amma titr yazan əməkdaşın başısoyuqluğundan xəbərsizdir. Titr yazan belə elə düşünür ki, ona yazılar hazır gəlməlidir, onu da aparıcı, ya redaktor etməlidir.
- Ümumiyyətlə, televiziyadakı problemlərin həlli üçün təkcə aparıcının dəyişməsi kifayətdirmi? Aparıcı prosesdə nə qədər rol oynayır?
- Aparıcı sadəcə TV-nin mətbəxində bişən digər adi əməkdaşlardan biridır. Onun düzgün peşə vərdişləri, etikası, yanaşması, məktəbi olmalıdır. İndi aparıcılar bahalı vizajistin yanından uzun kipriklərlə çıxıb, brend maqazinin paltarlarını reklam etməklə işini bitmiş sayır. Verilişə hazırlıq zəifdir, qonaqlarla əvvəldən söhbət edilməyib, süjetlərə baxılmayıb, müsahiblər instruktaj edilməyib. Qonağın hazırlığı yalnız qonağı qrim otağında pudralamaq deyil, danışıq müddətinə qədər ona məlumat verilməlidir. Bu səbəbdən MTRŞ işi tez-tez verilişləri cərimələmək və bağlamaqla həll edir. Amma bu çarədirmi?
Nələri efirə verməməklə bağlı verilişlərdə xüsusi və bəlli qaydalar varmı? Ondan əməkdaşların nə qədər xəbəri var? Aparıcı studiyadadır, indi bütün verilişlər efirə 5 dəqiqə gecikmə ilə verilir. Bəs redaktorlar hara baxır? Onlar lazımi yerdə yanlış ifadələri vaxtında bağlamalıdırlar.
Verilişlərdə bir nəfər azı 3 adamın işini görür. Xəbəriniz var? Redaktor həm prodüser, həm müxbirlik, hətta arada rejissorluq edir. Və yaxud da əksinə. Maaş da eyni maaş. İşin sonunda bitab düşən əməkdaş işindən necə zövq alsın? Zövq yoxdursa, keyfiyyət ola bilərmi?
Televiziyalarımızın dağıdılmış sistemi, məktəbi, iş prinsipi hazırda dünya standartlarına uyğunlaşmağa imkan vermir. Belə görünür ki, bu xəmir hələ çox su aparacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|