"Ürəyim partlayır, dözə bilmirəm"
Tarix: 7-05-2021, 10:25 |
Çap et
Xəbər verdiyimiz kimi Xalq artisti Arif Quliyev dünən gecə saatlarında dünyasını dəyişib.
Moderator.az-ın əməkdaşı sənətkarın evində olub və ailəsindən qısa açıqlama alıb.
"Atam evdən yox, eldən getdi. Hamı onu çox istəyirdi, həkimlər əllərindən gələni etdilər, heyf ki, onu yaşada bilmədik. Gecə saat birin yarısında mənə zəng etdilər ki, atan dünyasını dəyişdi. Həkim dedi ki, əgər ehtiyac olsa Türkiyəyə göndərəcəyik, artıq səhhəti ağırlaşmışdı, gec idi" deyə mərhumun oğlu Rövşən Quliyev bildirib.
"Arif mənim ciyərparəm idi, ürəyim idi. Ürəyim partlayır, dözə bilmirəm. O qədər geniş ürəyə sahib biri idi ki.. Heç ölüm ona yaraşmadı. Sonuncu dəfə onu elə xəstəxanaya düşməzdən bir həftə öncə gördüm. Mənim əzizim, rahat yat" deyə aktrisa Naibə Əlibəyova bildirib.
Mərhumun oğlu bildirib ki, atasının harada dəfn olunacağı hələ ki, məlum deyil.