"İnsanlarda mənə qarşı antipatiya yarandı"
Tarix: 24-05-2021, 08:24 |
Çap et
"Açıq-saçıq paltarlar geyindiyimə görə peşmanam".
“Yeni Sabah” xəbər verir ki, bu sözləri jurnalist Vüqar Kamiloğluna açıqlamasında müğənni Mina Hüseyn deyib. İfaçı fikirlərinə bunları da əlavə edib:
"Çünki elə geyinən qız deyildim. Sadəcə gündəmə gəlmək və izləyicilərin marağına səbəb olmaq üçün belə etdim. Tam tərsi oldu. İnsanlarda mənə qarşı antipatiya yarandı. Bunun üçün çox peşmanam, lakin yavaş-yavaş düzəltməyə çalışıram. Həmin şəkillər həyatımda problem yaratdılar. Anam mənə daim dəstək olur. Amma gördü ki, bu geyimlər xoş qarşılanmır, tənqidlərə tuş gəlirəm. O da dedi ki, qızım, belə geyinmək olmaz".