"Heç vaxt çalışmamışam, nazir dostum olsun" - Seyran Səxavət
Tarix: 16-06-2021, 08:48 | Çap et
Onun Azərbaycanın ədəbi mühitində öz ağırlığı, öz sanbalı, öz yolu var. Bir yazıçı kimi ən böyük uğuru isə öz üslubunu yarada bilməsidir. Başqasını yamsılamamaq, öz cığırını açmaq hər yaradıcı insana nəsib olmur. Söhbət Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, yazıçı Seyran Səxavətdən gedir. Hafta.az oxucularına Seyran Səxavətlə olan müsahibəni təqdim edirik.
- Seyran müəllim, vaxtilə ərkinız çatan bütün dostlarınıza Qarabağ haqqında yazmağı qadağan etdiyinizi demişdiniz. Qarabağ azadlığına qovuşub və yeni mühit, yeni reallıqlar yaranıb. Qarabağdan yazmaq qadağanızı götürmüsünüzmü?
- Mən hələ 10-12 il bundan əvvəl demişdim ki, Qarabağ haqqında ən yaxşı əsəri Ali Baş Komandan yazmalıdır. Şeirlə, poema ilə, romanla Qarabağı almaq olmaz. Ali Baş Komandan da sağ olsun, möhtəşəm bir əsər yazdı. Özü də son 200 ilin ən vacib əsərini qələmə aldı. Hesab edirəm ki, bütün müsabiqələrin də qalibi oldu.
- Bu gün işğaldan azad olunmuş ərazilərə təhlükəsizlik baxımından mülki vətəndaşlar buraxılmasa da, həmin ərazilərə dövlət səviyyəsində mərhələ-mərhələ səfərlər təşkil olunur. Sizə Qarabağa səfərlə bağlı dəvət gəlibmi?
- Füzuliyə dəvət gözləmədən getmişdim. Kaş getməyəydim. İndi özümü ona inandırmağa çalışıram ki, yox, mən orada olmamışam. Bizim kənd gölün qırağında idi. Göldən başa düşdüm ki, bura bizim kənddir. Hər yer darmadağındır, virandır.
- Təxminən, nə vaxt getmişdiniz?
- Lap çoxdan, bəlkə də 4 ay olar. Dəqiq tarix yadımdan çıxıb.
- Doğulduğunuz kəndə yenidən ayaq basanda hansı hissləri keçirdiniz?
- Bu sual məni əsəbiləşdirir. Hiss o vaxt keçirilir ki, maye halında olsun, duru olsun. Hisslərim donub, hələ indi-indi qırışığım açılır. Sevinib qurtarmamışam...
- Qırışığınız açılıb. Maşallah, yaxşısınız…
- Yaxşıyam, Allaha şükür, lap əlayam. Bilirsiniz, 30 illik həsrətin sevincini 5-6 günə yaşamaq qeyri-mümkündür. Gərginlik çox yüksəkdir, adam ölə də bilər. Ona görə, adam o sevinci yavaş-yavaş yaşayır.
- Bəs, bu qədər gərginliyin içində getməklə bağlı qərarı necə verdiniz?
- Qərar vermək mənlik bir iş deyil. Durduğum yerdə ağlıma nə yerləşirsə, onu da edirəm. Ölçüb-biçmək kimi işlər məndə yoxdur. Bu, qəfil bir iş oldu, bir də gördüm kəndimizdəyəm.
- Səhv etmirəmsə, sizin bir tərəfiniz də Şuşadandır. Şuşaya səfər etməmisiniz?
- Şuşaya hələ ki, getməmişəm, mənim nənəm şuşalıdır. İndiyədək Şuşaya gedən yaradıcı insanlar əsl şuşalılar olub, yəni ata tərəfi Şuşadan olanları nəzərdə tuturam. Görünür, əvvəl atası şuşalı olanları dəvət edirlər, sonra keçəcəklər ana tərəfi şuşalı olarlara. Yəqin, Vaqif poeziya günlərinə mən də gedərəm...
- Yeri gəlmişkən, Vaqif poeziya günlərinə hazırlıq necə gedir?
- Yazıçılar Birliyi olaraq biz hazırıq. Bizim işimiz nədir? Yığıb aparsınlar, gedib şeirimizi oxuyaq. Başqa nə hazırlığımız ola bilər? Əsas hazırlığı təşkilatçılar aparırlar. Böyük bir tədbir olmalıdır, “Xarıbülbül” festivalı kimi.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Öz üzərimdə işləyirəm, özümlə məşğulam. Gün ərzində neçə sayta, qəzetə açıqlama verirəm. Günümü bu gün sizin zənginizlə açmışam. Bəlkə də Azərbaycan mətbuatına, kütləvi informasiya vasitələrinə ən çox açıq olan adam mənəm. İndiyə qədər 5000-dən çox müsahibə vermişəm.
- Sizin çox gözəl şeirləriniz var. Yaradıcılıqda şeirdən nəsrə keçid sizin üçün çətinlik yaratmadı ki?
- Əgər mən inşaat mühəndisliyindən ayrılıb nəsr sahəsinə gəlmiş olsaydım, bu, əlbəttə, çətin olardı, amma indi niyə çətin olsun ki? Şerin də, nəsrin də, dramaturgiyanın da, publisistikanın da materialı, özülü sözdür. Bu baxımdan, keçidlərdə təəccüblü bir şey yoxdur. Hansı sahədə özünü tapsan da, yenə tikinti materialın – xammalın söz olacaq. Buna görə də şeirdən nəsrə keçərkən mən heç bir çətinlik hiss etmədim. Mənim üçün şeirdən nəsrə keçmək şeir yazanda bir bənddən başqa bəndə keçmək kimi bir şeydir.
- Cəmiyyətdə açıqsözlü, heç nədən çəkinmədən öz fikrini bildirən bir insan kimi tanınırsınız. Bununla yanaşı, sizin olduqca zəngin dost çevrəniz var. Mənə şəxsən çox maraqlıdır, açıqsözlülüyü ilə tanınan Seyran Səxavət necə olur ki, bütün təbəqədən olan insanlarla dostluq etməyi bacarır?
- Heç vaxt çalışmamışam ki, nazir dostum olsun. Məsələn, bir dostum var idi, indi rəhmətə gedib, qırçı idi, yola qır vururdu. Evimdə bir nazirlə banketdə üzbəüz otururdu. Mən buna çalışmamışam. Sadəcə, belə alınıb. Buna çalışmaq mümkün deyil, gərək özlüyündən alınsın. Görünür, bu, xasiyyətimin məhsuludur. Hamı ilə ünsiyyətdə olmağı xoşlayıram.
Ətrafım böyükdür, dairəm genişdir, amma yenə gözüm doymur. Dünyanın adamlarında gözüm var, ayrı heç nədə gözüm yoxdur. Görünür, camaatın başqa şeylərdə gözü olur, onun da əvəzinə mənim gözüm adamlardadır. Ona görə də ətrafım böyükdür. Ətrafımda olanların 90 faizi deyir ki, Seyran məclis adamıdır. Onlar mənsiz heç yerə getmirlər. Məclis adamı demək nə deməkdir? Dünya elə özü böyük bir məclisdir də. Dostlarımla görüşməyim dünya adlı böyük bir məclisın balaca bir hissəsidir. Mənim üçün fərd olaraq böyük bir şeydir. Özümün də elə dostlarım olub ki, onlarla danışanda, söhbətləşəndə dərdlərimi, qayğılarımı unutmuşam. İndi onların çoxu həyatda yoxdur.
- Heç tənhalıq hiss etdiyiniz anlar olurmu?
- Qətiyyən. Bəzi şairlər deyirlər, mən tənhayam-zadam. Onlar kəllə suyudur, hamısı yalandır. Bu boyda bəşəriyyət, milyardlarla adam hanı bəs? Əvvəla, tənha nə deməkdir? Vahid, tək deməkdir. Vahid, bir yalnız Allahdır. Sənin qohum-qonşun var, dostların, ailən var, necə tənha ola bilərsən, axı? Deməli, yalandan danışırsan. Tənhasansa, deməli, başın xarabdır...
- Bəziləri deyirlər ki, biz bu dünyanın adamı deyilik…
- Onu deyənlər də qələt edirlər. Çox böyük səhv edirlər. Əgər bu gün sən bu dünyadasansa, bu dünyanın adamısan. Özlərindən dünya quraşdırıb, bu dünyadan təcrid edib, başqa bir dünyanın adamı hesab edənlər də kökündən yanılırlar. O da bir az orijinal, ağıllı görünmək xatirinə deyilmiş sözdür, qeyri-səmimi fikirdir.
- Bu gün ədəbi mühitdə olan gənc yazarların bəziləri ilə Azərbaycan Yazıçılar Birliyi arasında barışmaz savaş var. Əsas hədəf AYB-nin sədri Anardır. Sizcə, qovğalı tərəflər nəyi bölüşə bilmirlər?
- Bu sualı mənə çoxları ünvanlayıb. Yəqin ki, siz də sonuncu jurnalist olmayacaqsınız. Deməli, gənc yazarlar həmişə deyirdilər ki, Yazıçılar Birliyi yaxşı əsərlər yazmağa bizə mane olur. İşləməyə şərait yaratmırlar. Mən də həmişə demişəm ki, bunların hansısa biri gəlsin desin ki, mən evimdə oturub əsər yazdığım yerdə Anar qəfil içəri girib qələmi əlimdən aldı ki, yazma. Bunların hamısı yalandır, bəhanədir, uydurmadır. Gənc yazarların arasında kifayət qədər istedadlı insanlar var.
- Gənc yazarlardan kimləri bəyənirsiniz?
- Bu gün xeyli istedadlı uşaq var. Yeri gəldikcə də onlar bərəsində fikirlərimi söyləmişəm və müdafiə də etmişəm. Yaxşı rəqqasəyə, yaxşı rəqqasa heç nə mane olmur. İndi o gənc dediyimiz çoxunun yaşı ya 50-yə yaxındır, ya da 50-ni keçib. 3-4 nəfərdən başqa heç birinin ortada heç nəyi yoxdur. Demək olar ki, xəbərim olsun deyə, hamını oxuyuram. Elə adam var, oxuyuram, amma bir də heç vaxt onu təkrar oxumuram, “qara siyahı”ya atıram. Bu gün Azərbaycan ədəbiyyatında xeyli istedadlı insan var. Yeri gəlmişkən, siz xanım olduğunuzdan yadıma düşdu və deməliyəm ki, son 100 ildə Azərbaycan ədəbiyyatında xanımlar belə gözəl ədəbi nümunələr yaratmayıblar. Rəhmətlik Fərqanə xanım Mehdiyeva var idi. Sonra Arzu Nehrəmli var, gözəl şeirlər, hekayələr yazır. Çinarə Ömray var və b. Dünyada mənim aləmimdə ən bənzərsiz yazıçılardan biri Təranə Vahiddir. Çox gözəl, dünyada bənzəri olmayan bir yazıçıdır. Hədsiz dərəcədə gözəldir. Demək olar ki, onların sayı həddindən çoxdur.
- AYB-in qurultayından nə xəbər? Bu il keçirilməsi gözlənilirmi?
- Olanda hamı biləcək. Sizə dəqiq vaxt deyərəm, sonra yalançı olaram. O da mənə yaraşmaz...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|