"Ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım"
Tarix: 21-06-2021, 08:20 | Çap et
Tanınmış aktyor Azər Axşam Moderator.az-ın suallarını cavablandırıb. - Azər bəy, yeni mövsümdə hansı layihələrlə tamaşaçıların görüşünə gələcəksiz? - Bu gündən sabaha plan qurmaq olmur. Kim hansı planı diktə edirsə, həmin plan üzrə də hərəkət edirik. Hələ ki, “Qız atası” serialında çəkilişlərimiz davam edir. Bir də Atv də yayımlanan “Şans oyunu” verilişinin aparıcısıyam. Yeni mövsümdə də bu iki layihənin davam edəcəyi düşünülür, amma bilmək olmaz, “gün doğmadan nələr doğar” deyib atalar. - Uzun illərdir “Qız atası” serialında çəkilirsiz. Bu sizi yormur? - Artıq 7 ildir ki, çəkilirəm. Başqa seriallara təklif olsaydı yorardı. Daha maraqlı başqa təklif yoxdur. Çox istərdim ki, komediyaya son qoyub, yaxşı bir dramatik serialda çəkilim. Sadəcə ölkəmizdə həftəiçi bir gün bir seriya olmaqla dramatik seriallar az şəkildə çəkilir. Mən bilən təkcə Rövşən İsaq çəkir. Amma indiyə qədər mənə serial sahəsində Elməddin kimi sərfəli çalışan adam rast gəlməyib. -Təkcə siz deyilsiz, bəzi sənətçilərimiz də şikayət edir ki, rejissor aktyoru uzun müddət hansı janrdakı rollarda görürsə o janrda da rolları ona tapşırır.
- O bununla bağlı deyil, reytinqdən asılıdır. Məsələn, “Qız atası” komediya janrında çəkilir, bu janr reytinq verdiyi üçün serial 6 ildir ki, davam edir. 7-ci il də davam edə bilər, çünki tamaşaçı baxır, reytinq verir. Reytinq verməsə serialı dayandırarlar. - Siz Pantomim teatrının yaradıcılarından və ilk aktyorlarından birisiz. Səhv etmirəmsə teatrın yubileyində siz də dəvət olunaraq tamaşa oynamışdınız. Bu necə bir hiss idi? - Mənim üçün o hisslər heç dəyişməmişdi! Mənim üçün fərqi yoxdur, Pantomim teatrı olsun yaxud da başqa teatr. Çıxıb səhnədə oynamaq mənə böyük zövq verir. Hansısa teatrdan işləmək dəvəti olsa böyük məmnuniyyətlə işləyərəm. Təbii ki, televiziya ilə paralel. - Teatrı illər öncə tərk etməyinizə səbəb nə olmuşdu?
- Teatrda əmək haqqı çox aşağı idi, televiziya daha çox maaş təklif etdiyi üçün ora getdim. Yeni ailə qurmuşdum, ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım. - Aktyorlar bəzən şikayətlənir ki, 5 günə çəkiləcək olan səhnəni 1 günə çəkirlər. - Bu ondan irəli gəlir ki, həftəiçi 5 gün dramatik serial çəkmək mümkün deyil, melodrama, yüngül dramatik serial ola bilər. Sonda bu gəlib xalturaya çıxır, çünki aktyor məcbur olur ki, yola versin. Həm də aktyora axı elə maaş vermirlər ki, o setdə yatıb qalsın, başqa işin dalınca qaçmasın. Aktyora elə maaş verirlər ki, o serialda çıxıb başqa qazanc dalınca qaçır. - Sizcə serial sektorunda nə dəyişikliklər olmalıdır? - Sadəcə olaraq seriallara yaxşı maddiyat ayırmaq lazımdır. Maliyyə dəstəyi olmalıdır ki, ortalıqda yüksək səviyyədə iş olsun. Pul verilir ya gəlib aktyora çatmır, ya da elə pul verilir ki, rejissor istədiyi aktyorları çəkə bilmir, yaxud da rejissorun pulu var, amma aktyora vermək istəmir. Belə olan halda yoldan keçən, ucuz aktyorlar seriallarda çəkilir. İctimai qınaq da yox, peşəkar qınaq da yox! Pis serial gedir efirdə, bədii şura ona qadağa qoyurmu? Xeyr! Heç kim onlara bir söz demir. Qınaq yoxdur! - Bir müddət əvvəl Xalq artistləri Rasim Balayev və Əbdül Mahmudbəyov Elməddini tənqid etmişdilər. Yəqin ki, bundan xəbəriniz var. - Bu gün Elməddin komediya janrında serial istehsalında bir nömrədir. O ki, qaldı Elməddinin tənqid olunmağına. Hər bir insanın işində mənfi müsbət tərəfləri olmalıdır da. Kim idealdır ki? - Sizin tənqidə münasibətiniz necədir?
- Normal! Əgər tənqid edən insan başı çıxan insandırsa tənqidə qulaq asmağa dəyər! Çünki böyük ehtimal həmin insanın tənqidində nə istehza, nə də təhqir olmayacaq. Amma əfsuslar olsun ki, bu gün tənqid edənlərin 90 faizi ümumiyyətlə bu sənətdən başı çıxmayanlardır. Onların tənqidi mənə heç vız da gəlmir. O ki, qaldı tamaşaçı qınağı.Tamaşaçı qınağı ola bilər, deyə bilərlər ki, bundan xoşum gəlir yaxud xoşum gəlmir. - Nədənsə sosial şəbəkələrdə də aktiv deyilsiz. - Aktiv olub nə edəcəm?! - Ən azından tamaşaçılarla ünsiyyət saxlayardınız. - Tamaşaçı bizim ürəyimizdir, tamaşaçını sevməliyik, sevirik və sevəcəyik də. Çox məşhurların məqsədi heç tamaşaçı ilə ünsiyyət deyil axı.Çoxu istəyir ki, səhifəsi aktiv olsun, daha sonra pul qazansın. Bu da onların haqqıdır, qınamıram, əcəb edirlər. Mən köhnə Azərbaycanlıyam, bəlkə cavan olsaydım onlar kimi olardım. Mən yaşda insanlarda sosial aktivlik azdır. Biz çalışmışıq aktivliyimizi səhnədə göstərək. Mən bacarmıram çəkildiyim nələrisə instaqram nümayiş etdirim, kimsə məni yayımlaya bilər, amma bunu mən edə bilmərəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|