“Tarkanla işbirliyinə başlayırıq, mənə ehtiyacı var”
Tarix: 21-06-2021, 10:36 |
Çap et
“İllərdir çalışıram ki, fərqli görünüm. Lakin ailəm tərəfindən etirazla qarşılaşıram. Musiqidə mühafizəkar olmağımı istəyirlər, məni sıxırlar. Azərbaycanda Aygün Kazımovanın şousunu başqa Xalq artisti etsəydi, illərdi ailələri danışdırmaz, əri boşayardı”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov “Söhbət musiqidən gedir” proqramında qonaq olarkən deyib.
Saçlarını sarı rəngə boyayan ifaçı ailəsinin mühafizəkar olduğunu, onun bu addımına etiraz etdiklərini bildirib: “Mən ifa zamanı hərəkət edə, oynaya bilmirəm. İçimdə kompleks qalıb. Müasir pop estradada fərqli çıxışlar etmək istəyirəm. Klip çəkdirəndə saçlarımı spreylə rəngləyib, sonra yuyuram. Daim sarı saçlı olsam, nə olacaq? Saçıma rəng qoysam, toya çağırmayacaqsız? Düşünürəm ki, düz etmişəm! Danışmağa çətinlik çəkirəm”.
Bundan əlavə, Ramal Türkiyənin pop ulduzu Tarkanla əməkdaşlıq edəcəyini açıqlayıb:
“Tarkanla işbirliyimiz olacaq. Onlar işi sakit görmək istəyirlər. Bizim layihə alınmazdan öncə bir jurnalistə açıqlama verdim. Onun komandası bundan xəbər tutdu, xoşlarına gəlmədi. Bu yaxınlarda həmin komanda ilə əlaqə yarandı. Böyük məmnuniyyətlə razılaşdılar. Tarkanın mənə ehtiyacı var, çünki yaxşı musiqiçiyəm. Mənim də onun tamaşaçısına ehtiyacım var”.