"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                     Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                 

"Ümumiyyətlə, mən mimikalarla işləyən insanam"
Tarix: 12-07-2021, 08:31 | Çap et
"Ümumiyyətlə, mən mimikalarla işləyən insanam"
Tanınmış teleaparıcı Mətanət Əliverdiyeva Moderator.az-ın suallarını cavablandırıb.

- Mətanət xanım, bu günlərdə xəbərlər yayıldı ki, MTV-dən çıxıb Xəzər tv-yə keçmisiz. İstərdim söhbətimizə elə bu xəbərdən danışmaqla başlayaq.

- Xeyr, MTV-də “6-8” verilişim davam edir. Bilmirəm insanlar niyə belə başa düşüb, doğru olmayan xəbərlər yazırlar. Sadəcə olaraq prodakşından dəvət gəldi, razılaşdım. Yeni layihəmiz “Gəzək-bişirək” mətbəx verilişidir, bütün bölgələri gəzib, hər bölgənin özünəməxsus yeməklərini sizlərə çəkib göstərəcəyik. Mətanət həm MTV-də, həm Atv-də, həm də Xəzər tv-dədir. Bir sözlə hər yerdə (gülür). Atv-də “Qız atası” serialımız yayımlanır, MTV-də “6-8” canlı verilişimiz, Xəzər tv-də də “Gəzək-bişirək” adlı yeni layihəmiz yayımlanacaq.

- Bu qədər işlə yorulmursuz? Enerji mənbəyiniz nədir?

- Enerji mənbəyim həyatsevərliyimdir, işləmək, işləmək və yenə də işləmək. Başqa heç nə ola bilməz! İşimi sevirəm, nida işarəsi!

- Aktrisa yoxsa aparıcılıq, hansı sizə zövq verir?

- Hər ikisi, çünki hər ikisi biri-birinə bağlıdır. Heç birini ayırmıram. Əksinə, aktrisalıq mənə daha çox imkan verir ki, onu aparıcılıqda da göstərə bilim. Çünki orada bir başqa jestlər, mimikalar var. Ümumiyyətlə mən mimikalarla işləyən insanam.

- Mətanət xanım, aktrisalıqdan söz düşmüşkən, hansı ixtisası bitirmisiz?

- Mən Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişəm. O vaxt çox gözəl pedaqoqlar fəaliyyət göstərirdi, maşallah olsun elə indi də var. Xalq artistləri Şəfiqə Məmmədova, Həsən Turabov, Kamal Xudaverdiyev məndən qabiliyyət imtahanı götürürdülər. Nə deyirdilərsə onu da edirdim. Şeir, monoloq, etüd, rəqs. Nə bacarırdımsa etdim. Onlar hiss etdilər ki, mən mimikalarımla çox yaxşı işləyirəm. Qabiliyyət imtahanında Həsən Turabov məni Şəfiqə Məmmədovaya göstərib dedi ki, Şəfiqə, gözlə yerinə biri gəlir deyəsən. Şəfiqə xanım çox çox sevdiyim sənətkardır. O da dedi ki, mən çox istərdim ki, belə aktrisalarımız səhnədə olsun. Əlbəttə ki, mən Şəfiqə Məmmədova ola bilmərəm, amma çalışdım ki, Mətanət olum, mətanətli yaşayım.

- “Qız atası” serialında qızlarınızı necə lazımdırsa “cəzalandırırsınız”. Ümumiyyətlə olubmu ki, obrazı unudub, həqiqətən də onları incitmisiz?

- (Gülür). Əslində reallıqda Azərbaycan ailəsində qızlar anaları tərəfindən danlanır, ya görürsən ki, saçları yolunur, ayaqqabı çıxıb dəyir onlara. Düzdü, mən bunları orada ana obrazım olaraq tətbiq edirəm, qızlar artıq buna alışıb. 8-ci mövsümə keçəcək artıq serial. O qızlar mənim ürəklərimdir, canlarımdır. “Qızını döyməyən, dizini döyər” sözü ilə razı deyiləm, xeyr. Ümumiyyətlə nəinki qızı, insanı döyməzlər. Bu bir obrazdır ki, ana hirslənir, bu cür hərəkət edir. Çəkilişdən sonra onları qucaqlayıb öpürəm, 10 dəfə üzr istəyirəm. Onlar da deyirlər ki, “ay ana, artıq alışmışıq” (gülür). Bu qarşılıqlı bir anlayışdır. Onlar razı olmasaydılar əlbəttə ki, mən etməzdim. O qədər də elə incitmirəm, çox sağ olsun qızlar ki, buna qarşılıq verirlər.

- Bir neçə telekanalda çalışırsınız. Maddi gəliriniz xərclərinizi ödəyə bilir?

- Bu sirrdir (gülür). Mən çalışmıram ki, oradan nəsə gəlir əldə edim. Mən işimdən zövq alıram. Düzdü, gəlir də vacibdir, amma ilk növbədə mənim üçün işdir. Sən iş təqdim etməlisən ki, onun da bəhrəsini görəsən.

- Amma çox təəssüflər olsun ki, bir zamanlar səsini radiolardan eşitdiyimiz Mətanət xanımın indi səsini heç bir radiodan eşitmirik. Buna səbəb nədir?

- Buna xüsusi bir səbəb yoxdur, sadəcə olaraq hazırda radioya vaxt ayıra bilmirəm. Radio mənim üçün həyatdır, radio mənim televiziya sahəsində addım atmaqda çox böyük rolu olan bir aləmdir. Əslində radio üçün darıxıram. Bilmək olmaz, bir də gördünüz hansısa layihə ilə yenidən radioya qayıtdım. Haradasa 1 saatlıq, saat yarımlıq verilişlə. Hər şey mümkündür, təki insan istəsin.

- Kimləri bağışlaya bilmirsiz? Ümumiyyətlə həyatınızda bu tip insanlar varmı?

- Əstağfurullah! Mən kiməm ki, insanları bağışlamayım?! Allah onların günahından keçsin. Hər birimiz insanıq, hər birimizin səhvi ola bilər. Heç bir kinim-küdurətim olmayan biriyəm. Düzdü kiminsə mənə etdiyi pisliyi unutmuram, amma o insana qarşı da kin saxlamıram. Elə bir insanam ki, deyə bilmərəm ki, mənim düşmənim var. Qətiyyən! Çox yumuşaq xasiyyətliyəm.

- Həyatınızda nəyi dəyişmək istərdiniz?

- Heç nəyi! Mən dəyişməklə deyil ki, həyat özü davam edir. Heç nəyi dəyişməzdim.

- Bəs efirə ilk çıxdığınız gündən bu günə qədər sizdə dəyişməyən nədir?

- Nəinki efirə çıxmaq, doğulduğum gündən bu günə qədər məndə heç nə dəyişməyib. Ola bilər ki, yaş ötür, insan görkəmcə dəyişib, yaşlana bilər. Amma xasiyyətim elə həminkidir. Çılğın, emosional və pozitiv.

- Zaman-zaman verilişlərinizdə jurnalistləri tənqid edən müğənnilərə necə deyərlər “yerlərini göstərmisiz”. Ümumiyyətlə jurnalist-müğənni dostluğu axıra qədər gedir?

- Mən özüm bu sahəni çox yaxşı bilirəm. Böyük bir jurnalist məktəbi görmüşəm. Söhbət əlbəttə ki, ilk çalışdığım Ans telekanalından gedir. Dostluq məgər jurnalistə, müğənniyə baxır? Ümumiyyətlə dost anlayışı çox çətindir. Fərq etmir hansı sahədə çalışırsansa çalış. Dost anlayışı çox fərqlidir. Hər insana dost demək olmur. Niyə müğənni ilə jurnalistin dostluğu olmur ki? Ola bilər! Onun işə, vəzifəyə heç bir aidiyyatı yoxdur. Mən yenə də deyirəm, mənim dostluğumun işimə heç bir aidiyyatı yoxdur. Mən elə mənəm! Sabah Mətanət efirdə olmaya bilər, onda ətrafımdakılar məndən üz döndərməlidir? Qətiyyən mən bu fikirdə deyiləm.

- Amma bizdə belədir ki, aparıcı efirdə deyilsə müğənni ondan uzaq gəzir. Sənətçilərin əksəriyyətinin dostluğu təmənnalıdır. Biz bu kimi halların çox şahidi olmuşuq.

- Müğənnilər hamısı canımız, ciyərimizdir. Heç biri ilə yaxınlığım yoxdur, “salam-sağol”, bayramdan bayrama zəngləşib, hal-əhval tutarıq. Ona görə də mənim üçün bunun fərqi yoxdur, biz sadəcə verilişdə görüşürük. Həyat tərzim deyil ki, efirdə çıxıb, gedib onlarla hardasa oturub yeyib-içim. Bu məndən uzaqdır. Evdən çıxan kimi yenidən evə qaçıram. Çünki uşaqlarım var. Ona görə də mən vaxtımı daha çox özümə və evə həsr edirəm. Toydan-toya görüşə bilərik. Nə mənim onlardan, nə də onların məndən heç bir asılılığı yoxdur. Hər biri mənim, mən də hər birinin xətrini çox istəyirəm. Çünki verilişə çağıranda sevinə-sevinə gəlirlər. Bilirlər ki, orada pozitivlik, dürüstlük var, heç kimi sancmayacağıq.

- İmicinizi dəyişmisiz yoxsa əməliyyat keçirmisiz? Deyərdim ki, 20 il əvvələ qayıtmısız. Bu görünüşünüz bir çox izləyicilərdə “əməliyyat” şübhələrini artırıb.

- Qətiyyən! Əgər lazımdırsa mən çox asanlıqla əməliyyat oluna bilərəm, burada problem yoxdur. Sadəcə olaraq 14 kilo arıqlamışam. İradəm çox güclüdür. Adım Mətanətdir mənim, adımı İradə də də, Mübariz də qoya bilərdilər (gülür). Çox iradəliyəm, özüm-özümlə mübarizə aparan bir insanam. Sadəcə olaraq çörək və şirniyyatı özümdən uzaqlaşdırmışam. Arada konfetlə çay içə bilərəm. Tez kökəlib, tez arıqlamağı bacarıram. Hər şey insanın özündən asılıdır. Qətiyyən əməliyyat etdirməmişəm. Niyə etdirməliyəm ki? Əməliyyata pis baxmıram, lazım gələndə cərrahın plastik bıçağının altına düşmək də olar. Hər bir xanım formada qalmağı sevir. İndi kişilər də plastik əməliyyat etdirirlər. Ümumiyyətlə insan özü üçün nə edirsə bunu normal qarşılayıram. İstəyir efir adamı olsun, istəyir adi insan. Bu onun həyatıdır. Kənardan kimsə başqasının həyatına müdaxil edə bilməz, buna çox pis baxıram. Bu belə də olmalıdır. Sən kimsən ki, mənim həyatıma müdaxilə edirsən? Bu mənim həyatımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Bu gün, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Bu gün, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Bu gün, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Bu gün, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Bu gün, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Bu gün, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Bu gün, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Bu gün, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Bu gün, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Bu gün, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Bu gün, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Bu gün, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Bu gün, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Bu gün, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Bu gün, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Bu gün, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Bu gün, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
"Azərbaycanda qiymətləndirmə fəaliyyətinə yeni nəfəs gələcək" - ÇAĞIRIŞ
Bu gün, 08:03
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru