"Hər zaman deyirəm ki, məni dövlətim və xalqım sevır"
Tarix: 19-08-2021, 15:37 | Çap et
Xalq artisti Səkinə İsmayılova Moderator.az-ın suallarını cavablandırıb.
-Səkinə xanım, yay istirahətiniz necə davam edir?
-Hər bir sənət adamına ruhunun yenilənməsi üçün istirahət vacibdir. Amma istirahətimə xüsusi vaxt ayırmıram. Çünki sənətimlə bağlı elə bir vacib iş ola bilər ki, deyə bilmərəm ki, mən istirahətdəyəm. Təbii ki, ölkə daxilindəyəmsə bu mənim istirahətimə mane ola bilməz. Təbiəti seyr edəndə, dənizə baxanda istirahət edirəm. Ailəmlə, nəvəmlə keçirdiyim hər saat mənim üçün istirahətdir, sevdiyim insanların əhatəsində olmaq, klassiklərdən qəzəl oxuyub öyrənmək mənim üçün istirahətdir. Yenə sağ olsun dövlətimiz istirahət üçün xüsusi ay ayırır, o zaman məzuniyyətdə oluram, istədiyimi reallaşdıra bilirəm.
-Belə başa düşdüm ki, istirahətiniz ölkə daxilində keçir?
-2 ildir ölkə daxilində istirahət edirəm, xarici ölkələrə çıxmıram. Xızını görmək, o təmiz havada nəfəs almaq mənə zövq verir. Vaxt edən kimi Xızıya gedirəm.
-Səkinə xanım maraqlıdır, sənətdə hər bir zirvəyə çatmısız, yüksəlmisiz, bəs indi sizin ən böyük arzunuz nədir?
-Hamımızın bir arzusu var idi, o da Qarabağ problemi idi. Çox şükür Qarabağ dərdinə də son qoyuldu. Sənətkarın zirvəyə qalxması çətindir, amma onu qoruyub saxlamaq ondan da çətindir. İndi elə bir vaxtdır kı, zirvədə olan sənətkar yerə də vurula bilər. Allah bu sevgini, bu hörməti mənə çox görməsin. Hər zaman deyirəm ki, məni dövlətim və xalqım sevır. Bu da hər adama nəsib olmur.
-Səkinə xanım, siz sənət aləmində bir çox yeniliklərə imza atmısız. Qadın xanəndənin qavalın müşayiəti ilə ilk ifasını etmisiz, bundan başqa qadınlardan ibarət musiqi üçlüyünü yaratmısız. Bəs bu gün niyə gənc xanəndələr yenilik edə bilmir? Axı siz bütün bunları gənc yaşlarınızda etmisiniz.
-Biri var yaradıcı, biri də var yaradıcı-ifaçı. Yaradıcı ifaçı odur ki, o tapır, yaradır, yenilik gətirir. Bu sənətin içində olanda, sənəti sevəndə mütləq şəkildə sənət naminə nəsə etmək istəyirsən. Hamıya məlumdur ki, Azərbaycan musiqi tarixində qadınlardan ibarət musiqi üçlüyünü yaratmışam. Oturub fikirləşirdim ki, tar, kamança alətində hər zaman kişilər xanəndəni müşayiət edir, bu xanımlar niyə olmasın? Çünki Üzeyir Hacıbəyovun yaratdığı orkestrdə qadınlar da tar və kamança ifa ediblər. Bunları oturub düşünürsən, daşınırsan. Xanəndənin özündə də bir əzmkarlıq olmalıdır. Qadın bu gün hər şey edə bilir, dövlət xadimi ola bilir, mötəbər məclislərdə otura bilir, bütün sənətlərdə özünü göstərə bilir, qaval ifa edə bilməz ki? Elə bunları düşünüb-daşınıb 1988-ci ildə Amerikaya gedəndə reallaşdırdım. Əlbəttə ki, 3 saat qadının özü-özünü müşayiət etməsi çətindir, amma əsas odur ki, bunu etdim. Fikirləşməmişəm ki, necə qarşılanacaq, əziyyət olacaq. Əsas odur ki, mən bunu edə bildim! Baxıram ki, indiki gənc xanəndələrdə nəsə bu həvəs yoxdur! Muğam müsabiqəsində gözəl səslər tapıb, üzə çıxarırıq. Hətta müsabiqə bitəndən sonra gedib oxuduqları muğamları dəstgah şəkilində yazdırmırlar. Onlar başa düşmürlər ki, indi cavandırlar, bu dəstgahları indi oxuya bilərlər, 10-15 ildən sonra oxuya bilməyəcəklər. Onların o səsləri qalmayacaq ki, çahargah, şur muğamlarını oxusunlar. Bir balaca tanınan kimi maddiyatın arxasınca qaçırlar. Maddiyat hamıya lazımdır, hamı istəyir firavan yaşasın. Amma bizim üçün birinci sənət olub, maddiyat kölgədə qalıb. 80 manat maaşa Opera və Balet teatrının səhnəsində çalışmışam. Mən də toylara gedə bilərdim, demirəm ki, pula ehtiyacım olmayıb, amma aza qane olub sənətimin inkişafına xidmət etmişəm. Toylara getmədim, fikirləşdim ki, mən əgər səhnədə böyük obrazlar yaradıram, 3 saat canlı oxuyuramsa, toya gedib necə gəlib səhnədə yorğun səslə Leyli, Əsli, Şahsənəmi oxuya bilərəm?!
-O vaxt kişi xanəndələrin, sənətkarların qısqanclığını görürdünüz?
-Məni heç bir dövrdə istər kişi, istərsə də qadın qısqanclıqları maraqlandırmır. Nəsə edə bilirsinizsə edin. Hər zaman öz gücümə və istedadıma arxayın olmuşam. Nöqsanı demək, uğura sevinmək lazımdır.
-Səkinə xanım, insan atadan, anadan yetim qalır. Başqa kimdən?
-Heç vaxt kimsəm yoxdur demə. Uca Allahımız var. Yaradan yaratdığına hər zaman sahıb çıxır. Boşalıb dolan dünyadır. Ana da gedir, ata da gedir, ər-arvad ya biri, ya da digəri köçür həyatdan, amma yenə də həyat davam edir.
-Səkinə xanımı bu gün həyata bağlayan nədir?
-Allah sağlamlıq veribsə, sevdiklərin yanındadırsa, sevdiyin sənətlə məşğul olursansa, səni həyat dolu sevgi bu həyata bağlıyır.
-Həyatınızdan silib, atdığınız insanlar olub? -Heç kimi həyatımdan silmirəm. Dua edirəm ki, Allahım pis insanları məndən uzaq et və yaxşılarla dost et. Həzrəti Əli (ə) deyir ki, dostlarla düşmən, düşmənlə dost ola bilərsən, məsafə hamısından yaxşıdır. Pisdirsə özündən uzaqlaşdır. Biz heç vaxt deyə bilmərik ki, kimisə silək, kimisə yazaq. Yazmaq, silmək Allahın işidir.
-İndiki tələbələrlə öz dövrünüzün tələbələrini necə müqayisə edərdiniz? -Biz canlı-canlı dərs alırdıq, ustadımız bir dəfə muğamı oxuyurdu, bitirən kimi bilirdik deyəcək ki, oxu görüm nə oxudum? Təkrar et. Elə olur ki, tələbə heç dərsə gəlmir, interneti açıb evdə özü öyrənir. İndi öyrənmək istəyən tələbələr üçün çox gözəl şəraitlər var.
-Əlibaba Məmmədov müsahibələrinin birində demişdi ki, mən onu hamıdan seçirəm, qızımdır Səkinə xanım. İndi xəstədir, görüşürsünüzmü?
-Əlibaba müəllim mənim xətrimi çox istəyir, ümumiyyətlə istedadı olan insanlara o dəyər, qiymət verir. Mənim ifaçılıq dövrüm onun gözünün qabağında olub. Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda o məndən imtahan götürüb. Yadımdadır, mən imtahanda "Orta Mahur" muğamını ifa etmişdim. O vaxt ifamdan təəccüblənən Əlibaba müəllim bildirmişdi ki, hələ indiyə qədər tələbəlik illərində heç bir qadın xanəndə bu muğama müraciət etməyib. Hər zaman da yaradıcılığımı izləyərək, fərqli cəhətlərimi mənə deyib. Bu əlbəttə ki, mənə çox xoş olub. Pandemiyaya görə görüşmürük, özü də məsləhət görmür. Səhhəti də elədir ki, indi artıq iki ayağı üstə də dura bilmir, ya oturur, ya da ki, uzanır. Amma telefonda danışırıq, söhbətləşirik.
-Niyə hələ də Şuşaya və işğaldan azad edilmiş bölgələrə səfər etməmisiniz?
-Dəvət olunmuşdum, amma ailəmdə baş verən məlum hadisə -həyat yoldaşımın dünyasını dəyişməsi ilə əlaqədar olaraq gedə bilmədim. Sağlıq olsun inşallah gedəcəyəm. -Hansı bölgələrdə olmusunuz və ilk getmək istədiyiniz yer haradır?
-Şuşada görkəmli şairlərimizlə birlikdə "Vaqif poeziya" günlərinin iştirakçısı olmuşam. Çal-çağırlı o günləri yenə görmək istəyirəm. Şuşada Cıdır düzündəki insanların məni necə sevgi ilə qarşıladığı günləri hələ də unutmuram. Kəlbəcərdə, Laçında, Qubadlıda da olmuşam. Qubadlıda mənim gəlişimlə əlaqədar qurbanlar kəsən o ailənin yenə qonağı olmaq istərdim.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|