“Ən gözəl rollarımı yaşlı vaxtlarımda canlandıracağam”
Tarix: 25-08-2021, 09:57 | Çap et
Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Hüseynovun “Report”a müsahibəsi
- Teatrla tanışlığınız nə zamana təsadüf edir?
- Hələ məktəb vaxtından incəsənət tədbirlərində iştirak edirdim. Rayon tədbirlərində uğurlu çıxışlarımın ardından bir müddət sonra Bakıya göndərildim. Bu zaman Oqtay Rəcəbov çıxışlarımı izləyib məni incəsənət gimnaziyasında təhsil almağa sövq etdi. O vaxt mənimlə bir yerdə təhsil alan uşaqların çoxu hazırda incəsənət sahəsində uğur qazanmış şəxslərdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda təhsil alarkən Gənc Tamaşaçılar Teatrının rejissoru Loğman Kərimov məni teaatrda çalışmağa dəvət etdi. Elə həmin vaxtdan orada çalışıram.
- “Son iclas” bədii-sənədli filmində necə oldu ki, Məhəmməd Əmin Rəsulzadə roluna seçildiniz?
- “Son iclas”ın aktyor seçimlərində çox sayda adam var idi. Bütün teatrlardan ən istedadlı aktyorlar dəvət olunmuşdu. Rejissor və prodüserlər əvvəlcə bənzərliyə, sonra da aktyorluq qabiliyyətinə diqqət edirdi. Seçimlərdə balaca bir mətn verib onun üzərindən çıxış etməyimi istədilər. Həmin an sanki Məhəmməd Əmin Rəsulzadənin ruhu mənə kömək oldu. Rejissor və prodüserlərin baxışından anladım ki, çıxışımı bəyəndilər. Bir müddət sonra da zəng edib filmin çəkilişlərinə çağırdılar.
- Filmdə çıxışlarınız zamanı xeyli emosional danışır və izafət tərkibli sözlərdən istifadə edirsiniz. Bunun üçün nə qədər məşq lazım olub?
- Həmin vaxtlar Məhəmməd Əmin haqda kitablar, məqalələr oxumağa başladım. Onun təhsilindən tutmuş səyahət etdiyi yerlərə qədər hər şeyi öyrənirdim. Xarakterini kəşf etməyə çalışırdım. Çünki bu dövrə və Rəsulzadəyə aid bir video olmadığından hər şeyi özüm təsvir etməli idim. Parlamentdə çıxış etdiyimi düşünərək uca səslə məşq edirdim. Obrazın böyüklüyü səbəbindən hər məqamı dəqiq bilməliydim. Deyilənə görə, onun xarakterini mənimsəməyi bacarmışdım. Cümhuriyyət qurulan zaman Rəsulzadənin 36, mənim isə həmin rolu canlandırarkən 40 yaşım var idi. Buna baxmayaraq rol üçün lazım olan yaşı göstərməyə çalışdım.
- Cümhuriyyət dövrünə aid videoların hazırda mövcud olmamasını nə ilə əlaqələndirirsiniz?
- Bolşeviklər Bakını işğal edəndə cümhuriyyət dövrünün video arxivlərini ölkədən aparıblar. Ən azından mən belə düşünürəm. Nə vaxtsa, o videolar ortaya çıxacaq. Ola bilməz ki, parlament quran adamlar adi bir video çəkilişi düşünə bilməyib. Cümhuriyyət qurucularının çoxu 5 dil bilən, xaricdə təhsil alan və varlı insanlar olublar. Mütləq o dövrlərə, xüsusən də parlamentə məxsus olan videogörüntülər mövcuddur.
- Rəsulzadənin obrazından yola çıxaraq xarakterini necə analiz edərdiniz?
- Məncə, Rəsulzadə emosional adam olub. Bir dəfə Tiflisdə gürcü ziyalılarından birinin dəfnində o qədər təsirli çıxış edib ki, dinləyənlər onları ovsunlandığını deyiblər. Düşünürəm ki, Rəsulzadə onunla bir mühitdə olan adamları xarizması ilə özünə cəlb edə bilirdi. Onun ağıllı, təmkinli və liderlik bacarığının olması milli şuraya rəhbər seçilməyi üçün təkan verib.
- Teatrda Mustafa Kamal Atatürkü, kinoda isə Məhəmməd Əmin Rəsulzadə kimi dahi şəxsiyyətləri canlandırmısınız. Daha hansı tarixi şəxsiyyətləri canlandırmaq istərdiniz?
- Tarixin özünü və tarixi şəxsiyyətləri çox sevirəm. Buna görə də tarixi faktlarla maraqlanıram. Əgər rejissor inansa ki, mən o rolu oynaya bilərəm, obrazın kimliyi nəticəni o qədər də dəyişməz. İstəsələr, lap Şah rolunu da oynayaram.
- Filmdə rol alan Rəis Rəsulzadə sizin haqqınızda fikir bildiribmi?
- Rəis Rəsulzadə ilə şəxsi tanışlığımız yoxdur. Ancaq Azərbaycan dövlət radiosuna müsahibə verərkən mənim ünvanıma xoş sözlər demişdi.
Elnur Hüseynov Elnur Hüseynov - Filmin çəkilişləri ciddi və uzunmüddətli olub. Gərginliyi aradan qaldırmaq üçün zarafat edirdiniz?
- Oradakı mühit zarafat etməyə şərait yaratmırdı. Hər şey tam ciddi olmalı idi. Çünki çəkilişin özünün qaydaları var, bu qaydalardan kənara çıxanda filmin ruhu pozulur. Filmin çəkildiyi məkanda əsl parlament ab-havası yaratmışdılar. Ona görə də üzərimdə böyük məsuliyyət hiss edirdim. Bilirdim ki, bu filmin təqdimatına cümhuriyyət dövrünün böyük tədqiqatçıları da gələcək.
- Əliheydər Qarayev rolunu canlandıran Elçin Muradovla münasibətiniz necədir?
- Elçinlə real həyatda ünsiyyətim çox yaxşıdır. Ancaq rolunu o qədər həqiqi canlandırırdı ki, çəkilişlərdə ona nifrət edirdim.
- Rəsulzadə rolu sizə mənəvi olaraq nələri qazandırdı?
- Bu rolu canlandırmaq mənə çox böyük rahatlıq gətirdi. Dahi şəxsiyyətə qoyulan əbədiyyət abidəsində payım olduğuna görə çox xoşbəxtəm. Gələcəkdə övladlarım cümhuriyyətin təbliği məqsədilə çəkilmiş bu filmdə atalarının da rolu olduğu üçün fəxr edəcəklər.
- “Son iclas” filmindəki obrazı ən yaxşı rolunuz adlandırmaq olarmı?
- Müasir dövrdə çəkilən sənədli filmlər siyahısında “Son iclas” birincidir. Hansısa filmin hələ ki, o səviyyəyə çatdığını düşünmürəm. Buradakı rolum da mənim üçün inqilabdır. Ancaq mən ən gözəl rollarımı hələ yaşlı vaxtlarımda canlandıracağam.
- Obrazın və nitqin ağırlığı səbəbindən bir çıxışınız neçə dubl çəkilirdi?
- Texniki baxımdan bir çıxışı beş-altı dəfə etmək lazım gəlirdi. Amma bir şərtlə ki, eyni ruhda, eyni ab-havada qalmalısan. Heç bir fərqlilik olmamalıdır. Orda emosiyalarını dondurmağı bacarmalısan.
- Sizi real həyatda Rəsulzadəyə oxşadanlar olub?
- Təbii, belə hallar çox olub. Bir dəfə də cümhuriyyət dövrü ilə bağlı reklam filminə çəkilirdim. Kostyumu geyinib bığı yapışdıranda Rəsulzadəyə oxşadığımı hiss etdim, ancaq rejissora heç nə demədim. Filmdə Taleh Yüzbəyov da çəkilirdi. Bir-iki dubl çəkəndən sonra Taleh dedi ki, ay yoldaşlar bir dəqiqə saxlayın, Elnur eynilə Məhəmməd Əminə oxşayıb. Ondan sonra saçımı, bığımı bir az dəyişdilər. Amma reklam çəkiləndən sonra baxıram ki, yenə də Rəsulzadəyə oxşamışam (gülür).
- Teatrların fəaliyyəti dayandığından hazırda aktyorlar üçün durğunluq dövrüdür. Vaxtınızı necə dəyərləndirirsiniz?
- Aparıcısı olduğum “Mən böyümüşəm” uşaq verilişi may ayından tətilə çıxıb. Buna görə də boş vaxtlarımı mütaliə edərək keçirirəm.
- 10 ildən çoxdur, uşaq verilişlərinin aparıcısısınız. Bəlkə buna görə seriallara və filmlərə çox təklif almırsınız?
- Hərdən mən də belə fikirləşirəm. Ancaq bu, rejissorların zəifliyidir. Rejissorlar teatrda tamaşaya baxsalar, aktyorun yeri gələndə uşaq, yeri gələndə böyük olmağı bacardığını görərlər. Ancaq bizim rejissorların əksəriyyəti instaqramda izləyicisi çox olan aktyorları filmə çəkirlər. Mən isə sosial şəbəkələrdən o qədər də istifadə etmirəm. Əgər boş vaxtım varsa, bunu mütaliəyə sərf edirəm. Çox təəssüf ki, hazırkı vəziyyət acınacaqlıdır. Bizdə düzgün analiz qabiliyyəti də yoxdur. Rafael və Coşqun xarici aktyor olsaydılar, çoxdan Oskar alardılar.
- Əslində həyatımızı da ssenari əsasında yaşayırıq, ancaq bu ssenarini dəyişdirməyə çalışanlar da var. Siz nə vaxtsa buna cəhd etmisiniz?
- Daxilimdə başqa bir Elnur da var, mənə doğruları göstərir. Hərdən ona qarşı çıxmaq istəyirəm, ancaq alınmır. Əgər bir şeyi yaşamaq lazımdırsa, bu mütləq baş verəcək. Mən qismətə inanan adamam. İnanıram ki, etdiyimiz hər şey özümüzə qayıdır. Ona görə də yaxşılıq etməyə çalışıram. Bu günə qədər qarşıma çıxan insanların hər biri mənə dəstək olub, növbəti mərhələyə keçməyim üçün köməklik göstərib. Heç kim önümə əngəllər qoymayıb. Bu o deməkdir ki, etdiyim yaxşılıqların qarşılığını görmüşəm.
- Teatr, yoxsa kino?
- Teatr (düşünmədən cavab verir). Böyük aktyorumuz Rasim Balayev deyir ki, aktyorun iş yeri teatrdır, aktyor yalnız boş vaxtlarında kinoya çəkilməlidir. Çünki teatr nəhəng akvariumdur, biz aktyorlar isə orada yaşayan balıqlar. Teatrda olanda biz həm fiziki, həm də psixoloji olaraq formada oluruq.
- Aktyorun daxili aləmini çözmək nə qədər asandır?
- Aktyorlar uşaq kimi olur, nəvaziş göstərəndə, hörmət edəndə bu onlara xoş gəlir. Elə ki, bir balaca inciklik oldu, onlar həmin yerdə qala bilməzlər. Bu gün aktyorlara dövlət tərəfindən dəstək verilsə də, yeni filmlərə çəkilməkdə çətinlik çəkirlər. Burdan rejissorlara səslənirəm, istedadlı, böyük aktyorlara sağlığında qiymət verin. Onlara sağlığında filmlərlə heykəl qoymaq lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
|