"Mənə mane olanlar çox olub"
Tarix: 30-08-2021, 08:43 | Çap et
Əməkdar artist Hicran Nəsirova Moderator.az-ın suallarını cavablandırıb. - Hicran xanım, siz daha çox teatr və televiziya tamaşalarındakı obrazlarınızla tanınırsınız. O dövrdə istehsal olunan filmlərdə nədənsə sizi heç görmürük. Elə bir rol olubmu ki, sizi sınayıblar amma çəkməyiblər?
- 1970-1980-ci illərdə kinostudiyanın ən yaxşı vaxtları idi. Çox yaxşı təkliflər alırdıq filmlərə. Bəzən olub ki, hətta məni təbrik ediblər ki, filmə təsdiq olunmusan, amma sonradan çəkməyiblər. Kiçik rollarım olub ki, çəkilmişəm, çox da təriflənmişəm. Cəfər Cabbarlı haqda bir film çəkilirdi, onun əsərlərinin qəhrəmanlarından hər kəs bir obrazı oynayırdı. Mən də oynamışdım və çox bəyənilmişdim. Əynimdəki kostyum rejissoru qane etmədiyinə görə filmdən məni kəsib çıxarmışdılar. Buna oxşar hadisələr çox olub. Mənə mane olanlar da çox olub. Hətta bir dəfə mənə dedilər ki, “Özbəkfilmdən” gəlib, mənim şəklimi görüb deyiblər ki, bu aktrisa bizə lazımdır. Qəsdən nömrəmi verməyiblər. Halbuki kinoaktyor şöbəsində bizim bütün ev, iş nömrələrimiz də, hətta ünvanlarımız da olur. Türkiyədən də iki dəfə təklif almışam, bəzi hadisələrə görə gedə bilməmişəm. - Səhv etmirəmsə, bir filmin də sınaq çəkilişində atdan yıxılıb, belinizi sındırmısınız. - Atdan filmdə yox, filmə hazırlıq mərhələsində yıxıldım. Bununla belə sonra filmə də çəkmədilər məni, başqa aktrisanı çəkdilər. O da ümumiyyətlə at minə bilmirdi, atdan qorxurdu. Mən isə atı yaxşı çapırdım. Həmin filmə çəkilməməyimin səbəbi atdan yıxılmağım olmayıb. - Ümumiyyətlə, sizə bu haqsızlıqları edən insanlarla sonradan münasibətləriniz necə oldu? - İş ondadır ki, həmin rejissorların heç birinin üzünə vurmadım. Amma mənimlə rastlaşan kimi özləri sözə başlayırdılar. Biri dedi ki, səninlə daha yaxşı alınardı, amma səhv etdim, səhvimi də indi başa düşürəm. Digəri də deyirdi ki, gec-tez mən səni çəkəcəyəm. Bu sözü deyən rejissor isə artıq rəhmətə gedib. Hətta bir rejissor mənə demişdi ki, sən baş qəhrəmanı oynayan aktrisadan da gözəl düşmüşdün deyə səni çəkə bilməzdim. Bu sözü rejissor mənə deyəndə gülümsəyib dedim ki, baş qəhrəmanı ordan-burdan niyə axtarırdınız?! Elə məni çəkərdiniz də. - O vaxt yəni baş qəhrəmandan gözəl görünən aktrisaları filmdə digər obrazlara çəkmirdilər? - Yəqin ki, diqqəti özümə çəkirdim. Bəzən elə teatrda da görürsən ki, kiçik rol ilə səhnəyə çıxıb görünməyim çoxlarına pis təsir edir. Demirəm ki, “mən gözələm”! Bu sözü heç vaxt mən demirəm. Yəqin ki, oyun tərzimlə diqqəti cəlb edirəm özümə. - Yıxılmağınızın fəsadlarını yaşayırsınız? - Atdan yıxılmağım 80-ci illərdə olub. O vaxtı bir ay xəstəxanada bel fəqərəmdə sınıq olduğuna görə yatdım. Həkimlər deyirdilər ki, sınıq elə yerdədir ki, gibs qoya bilmirik. Bir neçə həkim də dedi ki, yaşlanandan sonra bu özünü hələ göstərəcək. Bu saat mənim belimdə bu ağrı hələ də var. - Bəzi hallarda bu sizə peşmanlıq yaradır? - Bəzən həddindən artıq haqsızlıqlarla rastlaşanda onda peşmanlıq yaranır məndə, amma sonradan keçir. Haqsızlıqlar hər zaman var. Bu bizim öz seçdiyimiz taleyimizdir. Bəlkə bizi elə yaşadan da öz sənətimizdir. - Həqiqətən də Hicran xanım, əvəzsiz sənətkarsınız. Dəfələrlə özüm şahidi olmuşam ki, 2 saat tamaşanı izləyib yorulmuşam, bitməsinə 15 dəqiqə qalmış epizodla səhnəyə çıxmısınız, hamı ayaqüstə alqışlayıb sizi. Demək ki, hər zaman baş qəhrəman oynamaqla deyil. - Mən hər zaman bu sözü deyirəm. Bəzən deyirlər ki, “rolun böyük-kiçiyi yoxdur”. Bu sözü deyən aktyorlarımızın heç biri nədənsə kiçik rol oynamaq istəmir. Aktyorun böyüyü-kiçiyi var. Böyük rol tamaşa, film boyu istər-istəməz göz qabağında olur və ətrafı oynayır. Amma hünərin var 5-8 dəqiqə içərisində kiçik rolu elə oynayasan ki, yadda qalasan. - Bunu da hər insan bacarmır axı. - Elə bacarmayanlardır da adamın yolunu kəsənlər, əl-ayağına dolaşanlar. - Bir də fikir vermişəm müasir dövrdə böyük rol oynayan sənətkarlar roldan daha çox bər-bəzəyə, geyimlərə üstünlük verirlər. - Geyimlə istəyirlər özlərini yadda saxlasınlar, amma geyimlə deyil. Bir paltarla da bütöv tamaşanı oynamaq olub, yadda qalıb, alqışlana bilərsən. “Boy çiçəyi” tamaşasında 3-4 yerdə alqışlanıram, cəmi bir kuplet mahnı oxuyuram, özü də səs də yazdırmamışam, canlı şəkildə. - Hicran xanım, Yuğ teatrının yaradıcılarından, ilk aktrisalarından biri də siz olmusunuz. Amma heç bir dəfə də adınız o teatrda, yaxud o teatrın sənətçiləri sırasında çəkilməyib. - Çünki orada işləyənlər axı bizimlə çalışmayıblar. Biz “Yuğ” adını alana qədər canımızı qoyub çıxdıq. Allah Vaqif İbrahimoğluna rəhmət etsin! Bizim elə vaxtlarımız olub ki, oradan heç maaş da almamışıq, amma biz çalışıb-vuruşub teatrı yaratmışıq. - Hətta tamaşa qabağı Fəxrəddin Manafovla bir tryuk zamanı yıxılmısız da. - Tərəf müqabilim daim Fəxrəddin Manafov idi. “Heydərbabaya saдam” tamaşasında o Dəli Domrulu oynayırdı, mən də Burla xatunu. Orada mənim salto hərəkətim var idi. Tamaşa qabağı məqşq edirdik. Fəxrəddin geyinirdi, bizim bir əməkdaşımız var idi, dedi ki, neçə il idmanla məşğul olmuşam, sən özünü at, mən səni tutaram. Mən atılanda o məni tutmadı, yıxıldım beynim tərpəndi. Bu hadisə də tamaşadan 5-10 dəqiqə öncə baş verdi. Amma beynim tərpənsə də həmin günü tamaşanı oynadım. Çünki həmin tamaşaya o vaxtı Mərkəzi Komitədən gəlib baxmalı idilər. Ona görə mən canımı fəda etdim. Uzun müddət çox baş ağrılar çəkdim. Yadıma gəlir ki, həmin gecə mən evə güc-bəla ilə gedib çıxmışdım. - Hicran xanım, hazırda teatr qapalıdır. Bəzi sənətçilər gileylənirlər ki, teatrlar qapalıdır, sənətsiz qalmışıq. Siz necə düşünürsünüz? - Hərə özünə cavabdehdir! Əlbəttə ki, teatrsız çətindir, amma tələb olunan aktyor-aktrisa istəyir teatrda, istəyirsə televiziyada dəvət alıb işləyəcək. - Yaxşıya yaxşı deyə bilirik? - Sizcə? - Məncə yox! - Mən həmişə dilimin bəlasına düşmüşəm. Mənim düşmənim belə olsa, o yaxşı oynayırsa hər yerdə tərəfini tutub, deyəcəm ki, yaxşı oynayır, lap gedib təbrik də edəcəyəm. Amma pis pisdir də. Əvvəllər dözüb otururdum, amma indi durub çıxıb gedirəm. Vaxtımı sərf etmək istəmirəm. - Hicran xanım, çox incik danışırsınız. Bu inciklik həmkarlarınızdandır yoxsa hələ də əziyyət çəkib, haqq etdiyiniz dəyəri görməməyinizə görədir? - Hər ikisinə görə. Bu suala cavab vermək istəmirəm, hər şey vaxtında gözəldir. Canımı sənətə fəda etdim, elə indi də canımla əlləşirəm. - Ulu öndər Heydər Əliyevin də çox sevdiyi, dəstəklədiyi sənətkar olmusunuz. - Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin. O sənətə, sənətkara böyük qiymət verirdi. Ulu öndərimizin sayəsində mən ağır xəstəliyə qalib gəlib, həyatda qaldım. Ulu öndər iki tamaşama baxmışdı və hər iki tamaşasa da ilk alqışlanan mən olmuşdum. Heç vaxt bunları danışmırdım ki, həmkarlarım inciyər. Artıq deyirəm, hamı çıxır yalan-doğru özünü tərifləyir. Qoy mən də olanı deyim. - Sizcə vaxtında nəyi düzgün etmədiniz? - Haqqımı tələb etmədim. Düşündüm ki, mən işimlə məşğulam, özləri görür, gec-tez haqq yerini tapacaq. Gec olsun, güc olsun. Düşünmədim ki... Bizim rəhmətlik truppa müdiri Qüdrət əmi ömrünü teatra həsr etmişdi. Amma nə baş verdi? İşdən çıxartdılar, əmrini verəndən sonra onu teatra buraxmadılar. Halbuki bu insan teatrla nəfəs alırdı. Bundan sonra o rəhmətə getdi. O məni çağırıb demişdi ki, qızım xəbərin var ki, kassadan gəlib sənin adına bilet alırlar? Nə qədər zənglər vururlar ki, Hicran nə vaxt oynayır, ayın neçəsi?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
|