Azərbaycan artıq “Avroviziya”dan imtina etməlidir - ÇAĞIRIŞ
Tarix: 17-05-2022, 08:23 | Çap et
“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanın verdiyi 12 xalla bağlı problem yaranıb. Müsabiqənin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində təəssüflə qarşılanıb. Ölkəmizdən 12 xal Ukraynaya verilməli imiş. Lakin yarışma təşkilatçıları final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Bu istək biz tərəfdən rədd edilsə də yarış təşkilatçıları Bakıya bağlanmayıb, adımızdan öz nəticələrini elan ediblər. Həmçinin Bakıdan səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem olmayıb.
Məlumata görə, yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər: “Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib. Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik. Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək".
Eyni halla qarşılaşan digər bir ölkə isə Gürcüstan olub. Belə ki, finalda canlı bağlantı qurmağın mümkün olmadığı deyilən ölkələrin səslərini açıqlayan nümayəndə Gürcüstanın 12 xalı Böyük Britaniyaya, Ukraynaya isə 6 xal verdiyini bildirib.
Məsələ ilə bağlı Gürcüstanın İctimai Yayımçısı bəyanat yayıb: “Gürcüstandan olan münsiflər heyəti ən yüksək xalı - 12-ni Ukraynaya verib. Bunu “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçılarına göndərilən notariat qaydada təsdiq edilmiş sənəd sübut edir. İctimai Yayım bütün şərtlərə əməl edib, rəsmi sənəd göndərib və heç bir nöqsan olmadığına dair Avropa Yayım Birliyinin razılığını alıb. Hazırda Avropa Yayım Birliyində (EBU) araşdırma aparılır. Nəticələrin yaxın zamanlarda elan ediləcəyini gözləyirik”. dia-az.life-ın məlumatına görə, siyasi şərhçi Azər Həsrət “Şərq”ə açıqlamasında deyib ki, “Avroviziya” məsələsinə köklü yanaşmaq və sərt mövqe sərgiləmək lazımdır. İllər əvvəl Azərbaycanın bu cür beynəlxalq platformalara ehtiyacı vardı:
“Ölkəmizi beynəlxalq arenada tanıtmaq, səsimizi dünyaya çatdırmaq üçün bu cür tribunalar bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Amma indi geosiyasi vəziyyət dəyişib. Azərbaycan inkişaf edərək güclənib. Müvafiq dairələrdə öz sözünü deyib və dünyaya çıxışa nail olub. Ona görə də “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı yeni qərarlar alınmalı, fərqli siyasət yeridilməlidir”. A.Həsrətin sözlərinə görə, müsabiqə təşkilatçılarının səsvermənin nəticəsinə bu cür kobud müdaxiləsi və Azərbaycanın əvəzinə Ukraynaya 12 yox, 6 bal verilməsi ölkəmizin beynəlxalq imicinə zərbə və gözdənsalma kampaniyasıdır: “Avroviziya” mahnı müsabiqəsinin bir mahnı yarışması kontekstindən çıxarılaraq bu dərəcə siyasiləşməsi və müxtəlif mərkəzlərin əlində alətə çevrilməsi fonunda Azərbaycan tərəfi öz reaksiyasını sərt şəkildə bəyan etməlidir. Qardaş Türkiyə nümunəsini örnək alaraq Azərbaycan da artıq bu yarışmadan imtina etməlidir. Və ən əsası bu cür platformalarda haqqımızın tapdanmasını sıradan bir hadisə kimi qəbul etməməliyik. Sərt şəkildə öz haqqımız uğrunda mübarizə aparmalıyıq. Bunun üçün də yetərli gücümüz və arqumentlərimiz var.
Hamımız bilirik ki, "Avroviziya" mahnı müsabiqəsindən daha çox siyasi yarışdır. Bu yarışmadan siyasi mesajların verilməsi üçün istifadə olunur. Builki yarışma da bunu təsdiqlədi. Hansı ölkə həmin vaxt aktual olursa, Avropa kiməsə mesaj ötürmək istəyirsə, qalib də buna uyğun seçilir".
Qeyd edək ki, Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
|