Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                 

“Musiqi zövqü korlanan insanların tərbiyəsi də olmur” - ETİRAZ
Tarix: 8-04-2023, 05:23 | Çap et
“Musiqi zövqü korlanan insanların tərbiyəsi də olmur”

Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev Bakıya birdəfəlik qayıtdıqdan sonra bir çox verilişlərdə qonaq olub, mütəmadi olaraq müsahibələr verdi. Cavanşir müəllim kimi sənətkarı tez-tez görməyə, məsləhətlərini eşitməyə necə də ehtiyac duyurduq. Hələ ki, bayağılığın, insanların zövqünü korlayan mahnıların, ifaçıların qulağımıza, gözümüzə zülm etdiyi bir vaxtda onu və onun kimi dühaları axtarırıq.

Bu məqamda hər nə qədər Azərbaycandakı mobil nömrəsini bilməsək də, ev telefonuna zəng edib, Cavanşir müəllimlə qısa söhbət etdik.

DİA.AZ-ın məlumatına görə, bəstəkar “Sherg.az”a Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin monitorinqlərindən, mədəniyyət sahəsində aparılan islahatlardan, səhhətindən danışdı.

-Yəqin ki, “Mahnılarımız monitorinq aynasında” kitabından və siyahılardan xəbərdarsınız. Bu addımla bağlı siz nə düşünürsünüz?

-Mən və bəzi həmkarlarım 30 il bundan əvvəl bu barədə danışmışdıq. Həmin qəzetlər mənim arxivimdədir, saytlarda dərc olunan açıqlamalarımın arxivi qalıbsa, orada da durur. Biz deyirdik ki, bu işin axırı pis olacaq. O dövrdə Yutüb, Feysbuk yox idi, yalnız elektron məktublar yaza bilirdik. Hər şey televiziya kanallarında, konsertlərdə baş verirdi. Onda deyirdik ki, bu gedişat təhlükəlidir, keyfiyyətsiz mahnıları təbliğ etmək olmaz. Bizi dinləyən olmadı. Çünki bəzi insanlar fikirləşirlər ki, hansısa vəzifəyə təyin olunanda, gecə yatıb səhər durana qədər bütün biliklər beyinlərinə dolacaq. Belə hiss edirlər ki, hamıdan çox bilirlər və kimsəni dinləmirlər.

-Hələ o dövrdən siz xəbərdarlıq etmisiz...

-Bəli. Bildirirdik ki, sonu pis olacaq, milyonlarla zövqsüz və musiqi qulağı olmayan insan yetişdirəcəksiniz. Bunlar sürü halında olacaq və heç nəyi dinləməyəcəklər. Bu keyfiyyətsiz, bayağı adlanan mahnılardan başqa heç nəyə qulaq asmayacaqlar. Onların zövqləri korlanacaq. Zövqü korlanan insanın mədəniyyəti də, tərbiyəsi də olmur. O vaxt dediklərimizin hamısı indi baş verir. Dövlət strukturu də işə qarışmağa məcbur olub. Bəs biz bunu onda deyəndə niyə diqqət edilmirdi? İndi isə heç nəyin faydası olmayacaq. Çünki internet dövründə bunların qarşısını ala bilməyəcəklər. Bu mahnıların əksəriyyəti sosial şəbəkələrdə səslənir, efirdə o qədər də çox deyil. Şəhərdə dəfələrlə görmüşəm ki, avtomobildə dinləyirlər, səsini də yüksəldirlər ki, yolda gedən insanlar da eşitsin. Baxın, belə tərbiyəsiz nəsil yetişir. Onları heç bir dəyərli keyfiyyəti sənət əsərlərinə cəlb etmək mümkün olmayacaq. Bu uşaqlıqdan gəlməlidir. Yekə adamlardır, onlara zorla nəyisə dinlətdirmək olmaz.

-Sizcə, heç irəliləyiş olmayacaq?

-Proqnozum çox pessimistdir. Azərbaycan cəmiyyəti get-gedə mədəniyyətsizləşir. Baxmayaraq ki, Filarmoniayda çox konsert təşkil olunur. Amma bu gənclərin maraq dairəsində deyil, getmirlər. Tədbirlərə yığışan insanlar ya musiqiçilərin dost-tanışıdır, ya da musiqiçilərdir. Televiziyada yayımlananda da başqa kanala çevirirlər. Vəziyyət yaxşı deyil. Bu elə bir vəziyyətə gətirib çıxaracaq ki, Azərbaycanda musiqiçilərin də keyfiyyəti aşağı düşəcək. Hər şeyi itirəcəyik. Üzeyir bəyin bünövrəsini qoyduğu mədəniyyət zəlzələdə yıxılan binalar kimi çatlayıb töküləcək.

-Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Adil Kərimli bir sıra islahatlar həyata keçirir. Məsələn,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru dəyişdi, Xalq artisti Yusif Eyvazov bu vəzifəyə təyin olundu. Bundan başqa, bir sıra işdən çıxarılmalar oldu. Siz nə düşünürsünüz, fikrinizcə, mədəniyyətimizin inkişafında bu islahatlar hansı rolu oynayacaq?

-İslahatlar lazımdır. Mən daha dərin islahatlar keçirərdim. İnşallah faydası olar. Hər bir islahatı alqışalamaq lazımdır. Hamımız nəticəsinin yaxşı olmağını istəyirik.

-Özünüz, səhhətiniz necədir?

-Şükür Allaha. Sizinlə söhbət edirəmsə, deməli danışmaq imkanım var (gülür).

-Bakıya yeni gələndə sizi verilişlərdə tez-tez görürdük. Sanki indi daha az efirə çıxırsız. Səbəb nədir? Dəvət gəlmir, yoxsa özünüz getmək istəmirsiz?

-Məlumatınız yanlışdır. Son zamanlarda da gəlib çəkirlər. Ola bilər ki, siz sadəcə görə bilmirsiniz. Verilişlərdə yenə varam, problem yoxdur.

-Yaradıcılığınız nə yerdədir? Yeni əsərlər bəstələyirsiniz?

-Dayanmadan yazıram. Amma əsərlərim haqda danışmaq istəmirəm.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru