“And olsun Allaha ki, bu xalqa, dövlətə xəyanətdir!” - ETİRAZ
Tarix: 25-04-2023, 17:12 | Çap et
“Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir, lakin zaman keçdikcə Kərimin həyat yoldaşı "düşmən"in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir”.
Bu tanıtım 2005-ci il istehsalı olan “Girov” filmi haqqında Vikipedia-da yer alıb. Filmin rejissoru mərhum Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev və Natiq Rəsulzadədir. Filmin gündəmə gəlməsi, müzakirələrə yol açması və bir çoxumuzun filmi izləməsinin səbəbkarı olduğu üçün hörmətli yazıçımız Şərif Ağ – Şərif Ağayara təşəkkür etməliyik. Çünki. Etiraf edək, çoxumuz filmdən xəbərsizdik, Şərif bəy onu “yıxıb sürüyənədək”, həmçinin, istedadlı həmkarımızın Ləman Ələşrəfqızı da eynilə sərt statusla çıxış edənədək.
Statusu təqdim edək, sonra rəyə keçək:
“Dünən gecə oturub "Girov" filminə baxıram. Əslində belə bir filmin olduğunu bilmirdim. Sharif AG ötən gün LAF TV-nin efirində bu film haqqında o qədər danışdı ki, marağımı boğa bilmədim. Şərif deyir ki, filmə kalan pul ayrılıb, yaxşı da yeyiblər, ortaya da heç nə çıxartmayıblar. Deməli, filmdə Kərim ermənilərə əsir düşür. Onun qisasını almaq üçün kənd camaatı da bir ermənini girov götürür. Çox gözəl, çox pakizə, deyərdik, çünki ortada məqsəd var - girovları dəyişdirmək. Amma filmi çəkənlər belə hesab ediblər ki, erməni girov mütləq əsir Kərimin evində qalmalıdır. Kərimin evində isə gənc xanımı üç azyaşlı uşaqla qalır. Düzdür, mərd qadındır, qisas hissi ilə yaşayır, əxlaqı yerindədir, amma gənc və gözəl, üstəgəl müdafiəsizdir, yəni 5-6 yaşlarındakı oğlunu nəzərə almasaq evdə bir başıpapaqlı yoxdur. Ayağı yaralı erməni girov isə həyətdəki birmərtəbəli tikilidə qalır. Sonradan biz onun Kərimin gənc xanımı ilə toy fotosunun asıldığı yataq otağına qalxdığını da görürük. Düzdür, o bura həyətdəki xalçaları daşıyarkən gəlib çıxır, amma nə dəxli, əsas odur ki, gəlin məhrəm otağında erməni kişi ilə üzbəsurətdir. Filmə baxdıqca, adam az qalır bağırsın ki, ay rejissor, ay ssenarist, bu xaraba kənddə yer qəhətdi ki, ermənini gətirib kişisiz evə soxmusuz?! Azərbaycan mentalitetində varmı belə şey?! Hanı bu kəndin icra nümayəndəsi, hanı sahə müvəkkili?! Yaxşı, deyək ki, bələdiyyələr onda formalaşmamışdı, hanı bəs kədin o ciyərli oğlanları ki, ermənini kənddə bir it damına yox, məhz üç körpə uşaqlı gəlinlə eyni dam altına salırdı?! Nə isə...Film Eldar Quliyevlə Natiq Rəsulzadənin birgə işidir. Əslində illər qabaq çəkilib, sadəcə mən indi baxıram. Baxmaz olaydım. Və...yeri gəlmişkən, fllmdə Kərimin gənc arvadı əynindəki donu sona qədər dəyişmir. Erməni girovun güllə dəyən ayağı sağalır, ay ötür, gün keçir, fəsillər donunu dəyişir, gəlin donunu yox. Büdcədə qarderoba pul ayrılmayıbmı, əcəba? Yoxsa, donun pulunu da yeyiblər?” Rəyə keçməzdən öncə, tanıtım haqqında bir neçə kəlmə söyləmək haqqımızı özümüzə tanıyaq. Necə yəni, “bir gecənin içində düşmənə çevrilirlər”?.. A kişi, bir gecənin içində baş verməyib bu! Əsrlər öncə baş verib. Və hələ də davam edir. Biz – Azərbaycan türkü və ümumən türklər erməniylə düşmənçilik başlatmamışıq. Erməni kimdi ki, Böyük Türkə “düşmən” ola bilsin?!. Erməninin ara-sıra niyə ucadan hürdüyü hər kəsə, dünyaya da bəllidir. Qısqırdanları var. Erməni adlanan məxluqat əsrlərdir türk düşmənliyi səpələyir. Körpədən uşağa, uşaqdan gəncə, gəncindən kaftarına qədər başlarına ağır daş olub düşən türkü düşmən elan ediblər. Burda tarix səhifələrini vərəqləməyə vaxt, imkan yoxdu. Qısa deyək. “bir gecənin içində düşmənə çevrilirlər” yazılması tarixin təhrifi və xəyanətdir. İkincisi, “zaman keçdikcə Kərimin həyat yoldaşı "düşmən"in də (?! – M.R.) insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir” də nə demək? Yəni, ermənilər də zərərçəkən “xalqdılar”, yazıqdılar, zavallıdılar, onlara rəhm etmək lazımdı?!. Laçın yolunda çiyninə avtomat salıb yol boyu var-gəl edən, başından böyük danışan erməni qadınını (“sadə” ermənidi – M.R.) kimsə unutmasın. “Türklər bura gəlsə vuracam!”deyirdi. İndi, vursun, baxaq! Bunların kiçiyindən böyüyünə hamısı terrorçudu, separatçıdı. Tutulanda, əsir alınanda zavallı görkəm almalarına kimsə aldanmır, artıq. Əsirlikdən azad olan kimi “şirə, pələngə” dönürlər. Biz zatımız etibarilə rəhmliyik, insanpərvərik. Amma. Bir yerə qədər! Hər şeyin bir həddi, sərhəddi olduğu kimi rəhmin də həddi olmalıdır və var da! Üçüncüsü, məlum oldu ki, film bir neçə beynəlxalq kinofestivallarda nümayiş olunub. Mərhum Eldar Quliyevin ruhunu incitmək istəməzdim (hərçənd bu bizlik də deyil- M.R.), eynilə ssenari müəllifi Natiq Rəsulzadənin də həqiqətənmi ssenarini məhz bu cür yazıb-yazmadığını da dəqiq bilmirik, inşəllah, bəlkə qismət oldu,özündən soruşmaq, amma belə fikir yarandı ki, yəqin müəlliflər filmi Azərbaycan auditoriyasından daha çox beynəlxalq festivallar üçün nəzərdə tutublar. Və “humanizm” damarları üstün gəlib. Bizə qonşu edilən xalqı da zərərçəkmiş kimi göstərməkdən, “aralarında yaxşılar da var”, deyib festivallara çıxış əldə etmək fürsətini yaxalamaqdan vaz keçməyiblər. Film 2005-ci ildə çəkilib. O vaxt ki, torpaqlarımız hələ işğal altındaydı. Bu, torpağı işğal edilmiş, minlərlə şəhidi, qazisi, girovu, əsiri, itkin düşmüşü, qovulmuş, didərgin salınmış vətəndaşı olan ölkənin rejissoruna, ssenaristinə “yaxşı erməni” obrazı yaratmaq haqqı verirmi? Hesab edirik ki, özünü, rəhbərlik etdiiyi qurumu bu məsələyə aidiyyətli hesab edənlər də ciddi düşünməli və qərar verməlidirlər.
DİA.AZ bildirir ki, yazıçı-dramaturq Seyran Səxavət “Şərq”ə açıqlamasında şəxsən izləməsə də, film haqqında yazılanlara istinadən deməyə çox sözü olduğunu söylədi:
- Şübhəm yoxdu ki, film haqqında danışıldığı kimidir. Sözünə etibar etdiyim şəxslər danışıbsa, onlara inanıram. Belədə, bu film haqqında deməyə də çox sözüm oldu. Həqiqətən də, o kənddə erməni girovu saxlamaq üçün başqa bir ev tapılmır, gərək erməni “erkəyini” azərbaycanlı əsirin xanımının, uşaqlarının yaşadığı evdə girod saxlayaydılar?! Bu, qeyri-mümkündü. Müharibənin acılarını bütün xalqımız birgə yaşayıb. Qarabağlılarsa canlarında, həm də ev-eşiklərində yaşayıblar, canlı-canlı. “Axırıncı aşırım” filmini yadınıza salın; Abbasqulu bəy “evin kişisini soruşarlar!” deyir. Azərbaycanlı adət-ənənəsində, evdə kişi yoxdursa, gələn qonaq kişidirsə qapıdan içəri keçmir. Bizim mentalitet budur! Necə ola bilər ki, erməni “erkəyini” gətirib qatalar əri əsirlikdə olan – evdə olmayan qadının evinə?! Bu, Azərbaycan təfəkküründən min yox e, milyonlarla kilometr uzaqdı. Siz belə bir işi ağlınıza sığışdıra bilirsiniz? Şəxsən mənim ağlıma sığışmaz bu. Bu, ağlasığmazdı. Heç bir azərbaycanlı evində belə hal yaşana bilməz. Bu filmlə sanki biz şərəfsizliyi boynumuza alırıq. Bir məsəl var e, “gözüylə görmək…” daha tam açıq demirəm. Elə bil bizi gözüylə görənə çeviriblər. Bu binamusluğu, şərəfsizliyi niyə ediblər? Məsəl var, cəhənnəmə gedən özünə yoldaş axtarar. Eynilə bu filmi çəkənlər də, orada rol alıb çəkilənlər də şərəfsizlik, namussuzluq yolunda özlərinə tərəfdaş axtarıblar. Uzun illər əvvəl “Şərq”ə müsahibəmdə “İçərişəhər Bakının yataq otağıydı. Amma biz ora əcnəbiləri daxil etdik” demişdim. Bu gün də həmin fikirdəyəm, mövqeyim dəyişməyib. Bir evin, mənzilin, ailənin ən məhrəm yeri yataq otağıdı. Ora kənar şəxs daxil olmamalıdı. Erməni “erkəyi” niyə yataq otağına daxil olmalıydı, lap xalça daşısa da? Lap ağırını da deyimmi? Bir sevişmə səhnəsi də çəkəydilər, “Qızıl palma budağı”ndan-zaddan verərdilər onlara festivalda. Bu, əkrəmliyin bir başqa formasıdı. Bu, qeyri-səmimi, humanistliyə heç bir dəxli olmayan, xalqımızın namusunu, şərəfini alçaldan bir filmdi. Fuflo bir şeydi. Və mən ağlı başında olan, şərəfi, qeyrəti olan hər kəsi bu filmi boykot etməyə çağırıram. Biz filmi boykot etməklə “gözüylə görən…” məsələsini ortadan qaldırmalıyıq. Belə birisi olmadığımızı təsdiq etməliyik. And olsun Allaha ki, bu xəyanətdir! Həm xalqa xəyanətdir, həm də dövlətə!
S.Səxavət qeyd etdi ki, filmn barədə Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu mütləq qərarını açıqlamalıdır:
- Qoy onlar fikir bildirsin, mövqe ortaya qoysunlar. Əgər onlar da, Allah eləməsin, filmə qahmar çıxsalar, şəxsən mən “topla-tüfənglə” meydana çıxmağa hazıram. Heç bir qorxum da yoxdu! İndiyədək kimsədən çəkinməmişəm, bundan sonra da çəkinəcəyim yoxdur. Xalqın fikri ilə razıdırlarsa məhv etsinlər o filmi, arxivdən də silsinlər. Gələcək nəsillər o filmi izləyəndə gorumuza söyməsinlər.
S.Səxavət filmin rejissorunun mərhum kinorejissor Eldar Quliyev olduğuna da təəsüfləndiyini bildirdi:
- O cür milli kişinin (mərhum bəstəkar Tofiq Quliyevi nəzərdə tutur - M.R.) təroməsinə bax! Eldar Quliyev “Bir cənub şəhərində” filmini çəkəndi. Mən artıq şübhələnməyə başladım. Ya o filmi Eldar Quliyev çəkməyib, başqası çəkib, onun adına çıxıblar, ya da bu filmi – “Girov”u o çəkməyib. Çünki bu filmlər bir-birinin ziddidir. Bir də ki, Eldar Quliyev həm də “Babək”i çəkdi də. O boyda sərkərdəni bir qadına yenik düşürdü. Mən xaricdə oturub bizi söyənlərlə bunların arasında daha bir fərq görmürəm. “Südşünas” olmasam da, əməlşünas ola bilərəm. Südün tərkibini müəyyənləşdirmək çətindir, amma əmələ baxıb kimin kim olduğunu müəyyənləşdirmək mümkündür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
|