“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” .....                     “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” .....                     Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər .....                     Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır .....                     Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... .....                     4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir .....                     Türkiyədə polislərlə terrorçular arasında atışma olub, .....                     BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib .....                     Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                     "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" .....                     Avropa Parlamentindən anti-Azərbaycan teatrı... .....                     Kazan görüşünün ARDINDAN... .....                     Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır .....                     “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub .....                     Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR .....                     İtaliya XİN başçısının müavini Avropa Parlamentinin .....                     Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB .....                     Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? .....                     Gürcü Arzusu qalib gəlsə... .....                     Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları .....                     “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır .....                     Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... .....                     “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi .....                     Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... .....                     Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? .....                     Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... .....                     Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR .....                     Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? .....                     “Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” .....                     İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir .....                     Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? .....                     51 ilin neftçisinin HAQQI YEYİLİB .....                     Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək .....                     Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq .....                     Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... .....                     Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? .....                     COP29 ölkəmiz üçün böyük təcrübədir .....                 

“Ən varlı Zeynəb xanım Xanlarovadır, görün bir dəfə daş-qaşından, evindən, geyimindən danışıb?”
Tarix: 5-05-2023, 05:50 | Çap et
“Ən varlı Zeynəb xanım Xanlarovadır, görün bir dəfə daş-qaşından, evindən, geyimindən danışıb?”
Tanınan və sevilən müğənni Yaqut Babayeva illər sonra özəl olaraq Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Yaqut xanım, siz uzun illərin sevilən müğənnisisiniz. Sizi sənətdən uzaqlaşdıran səbəb nə oldu?

- Deməzdim ki, sənətdən uzaqlaşmışam. Sadəcə bu günki gün, bu günki il, bu günki səhnələr mənim üçün deyil. Çox şeyləri görürəm. Çox açıq danışıb kiməsə ipucu vermək istəmirəm. Bəzən efirlərə çıxıb deyirlər ki, filan müğənni belə, filan müğənni elə. Bu cür söhbətlərdən də uzağam. Kiməsə daş atmağı xoşlamıram. Sevmirəm bunları. Hər şeyi dadında buraxıb getmək lazımdır. Mənim 65 yaşım var. 37 ildən çox toylara getmişəm. Gündə toylarda olmuşam. Son illər gördüm ki, toylarım azalır, yaş da öz sözünü deyirdi. Zeynəb Xanlarova mahnısında dediyi kimi,”Hər aşiqin dövranı var”. Mənim də dövranım olub, yaşamışam, məncə bəsdir. May ayının 20-də şair Ramiz Abdullayevin yaradıcılıq gecəsinə dəvət almışam. O mənim ən məşhur “Telefon” mahnımın söz yazarıdır. Bir də görürsən ki, yaxın adamlar, məni sevənlər toylarına dəvət edirlər. Kiminsə bostanına daş atmaq olmasın, amma hansısa restoranda gedib 100 manata, yarım saatı 50 manata oxumaq mənlik deyil. Çünki mən həmişə öz toylarıma, yaxşı toylara getmişəm. Bir müğənni var, indi çox məşhurdur. Vaxt olub ki, mənimlə bir toyda oxuyanda mən 1000 dollar almışam, o isə 10 şirvan. İndi o bəlkə də 15-20 minə gedir, mən isə oturmuşam evdə. Niyə oturmuşam evdə? Çünki mən özümə hörmət edən adamam.

- Tamaşaçılarınız, sevənləriniz yolda görüb, yəqin ki, harada olduğunuzu soruşurlar?

- Sevənlərim çoxdur. Onlar da hər şeyi görürlər. Bu dəqiqə heç nəyi gizlətmək mümkün deyil. Kim necə addım atırsa, hamı çox yaxşı bilir. Bir neçə il bundan əvvəl məni bir açılışa dəvət etdilər, orada çox tanınmış bir müğənni tədbiri aparırdı. O məni belə təqdim etdi ki, “Nə vaxt Aztv-ni açırdım, deyirdilər ki, oxuyur Yaqut Babayeva, indi bəs sizə nə oldu? Haradasınız?”. Məni sevənlər yolda görüb deyirlər ki, “çox istəyərdik efirlərə çıxasız, sizin üçün darıxmışıq”. Bu günlərdə uzun fasilədən sonra Elgiz Əkbərin verilişində qonaq oldum. Elgiz uzun müddətdir efirlərdə olmamağımı nəzərə alıb, məndən xahiş etdiki, gözləri bağlı verilişə çıx. Deyirdi ki, görək səni tanıyacaqlar ya yox?! Sonra rəyləri oxudum, yazmışdılar ki, Yaqut xanımın addımlarından onun kim olduğunu bildik.

- Yaqut xanım, gününüz necə keçir?

- Mən Mədəniyyət Nazirliyinin nəzdində Hüseynqulu Sarabski adına mədəniyyət evində özfəaliyyət ansamblının bədii-rəhbəri işləyirəm. Vaxt olub ki, mən də özfəaliyyət ansamblına gəlmişəm, iştirak etmişəm. İndi də oradakı gənclərə vokal dərsləri keçirəm.

- Hansı illərə qayıtmaq istərdiniz?

- 1975-ci ildən 2000-ci illərə qədər olan vaxtı bir də yaşamaq istərdim.

- Sənətdən uzaqlaşmısız, bəs sənət yoldaşlarınızdan necə? Kimlərlə dostluq edirsiniz?

- Əslində deyirlər ki, sənət adamı ilə dostluq etmək düzgün deyil. Bu bəlkə də qəribə səslənər. Amma mən əməkdar artist Səbinə İlyasova ilə uzun illərin dostuyuq. 1980-ci illərdən bir yerdəyik. Bir-birimizi tamamlayırıq, başa düşürük. Bir-birimizə böyük hörmətimiz var.

- Gənc sənətçilərə tövsiyyəniz nə ola bilər?

- Qısaca deyim ki, bizim böyük sənətkarlarımızın sənət fondlarına, yaşayış tərzlərinə baxsalar bu onlar üçün bəsdir. O illərdəki sənətçilər necə yaşayıblarsa, onlar da o dəst-xəttlə getsinlər. Bir müğənni var, artıq 2-ci dəfədir görürəm onu. Deyir ki, filan ayaqqabım bu qədər, filan çantamı bu qədərə almışam. Nəyə lazımdır axı? Sənətdən, oxumağından danış. Heç uzağa getməyin. Ən varlı Zeynəb xanım Xanlarovadır, görün bir dəfə daş-qaşından, ya evindən, geyimindən danışıb? Mən Zeynəb xanımın fanatı olmuşam. Bir dəfə gənclik illərimdə taksi ilə gedəndə təsadüfən Zeynəb xanımı yolda gördüm. Volqa maşınında idi. Sürücüyə dedim ki, “tez sür, mən Zeynəb xanımı gördüm, ona yaxından baxım”. Onun həyat yoldaşı maşının içindəki işıqlarını elə çoxaltdı ki, mən onu görmədim. İndiki görməmişlərdən olsaydı əksinə edərdi. Əsl müğənni belə olmalıdır. Düzdür, son zamanlar Zeynəb xanımda da bir neçə qüsur görmüşəm. Bilmirəm, yaşla əlaqədardır ya necə? Danışığı, fikirləri xoşuma gəlmir bəzən. Mən sözü açıq, üzə deyən adamam.

- Şəxsi həyatınızda nə kimi yeniliklər var?

- Mənim iki övladım var. Böyük qızım 36 yaşındadır. Oğlum isə 25 yaşında. Qızım universiteti bitirib, Elmlər Akademiyasında çalışır. İki nəvəm var, Leyla və Fidan. Onları çox istəyirəm, həyatımdırlar. Oğlum da İqtisad Universitetinin Otelçiliyin iqtisadiyyatı fakültəsini bitirib. Hazırda oteldə işləyir. Subaydır.

- Səhv etmirəmsə siz həm də əl əməyinizdən istifadə edərək, pul qazanırsınız. Şirniyyatlar hazırlayırsınız. Bu işlə ciddi məşğul olursunuz?

- Xeyr, sırf bu işlə məşğul deyiləm, amma müştərilərim var. Sırf bu işlə məşğul olsaydım mənim də reklamım olardı. Sevmirəm belə şeyləri. Mənə nə qədər deyirlər ki, “hazırladığın tortun şəkilini çək, yüklə instaqrama”. Mən belə şeyləri xoşlamıram. Mən qurmanam. 3-5 nəfər tanıyır, bilirlər ki, gözəl yeməklər, şirniyyatlar hazırlayıram. Qoz mürəbbəsindən başqa hər şeyi hazırlaya bilirəm. Sevmirəm deyə bacarmıram, sevsəm öyrənib hazırlayaram. Mən heç nədən nəsə düzəldirəm. Bir dəfə gənclik illərimdə Ağcabədidə toyda idim, qayıdanda bir ailə məni qonaq etdi. Bakıya pay-püşlə yola saldılar. Təsadüf nəticəsində həmin ər və arvad bir gün şəhərə gəlib, mənə zəng etdi. Məndə məcbur bunları qonaq çağırdım. Toyların da elə bir vaxtı idi ki, hər gün toyda idim. Evdə yemək hazırlamağa mənim heç vaxtım olmurdu. Uşağım dayədə qalırdı həmin vaxt. Həm də universitetdə oxuyurdum. Soyucududa da kənd çolpası var idi. Ondan həm şorba etdim, həm də toyuğu qızartdım. Onlar üçün bir süfrə açdım ki. Sonradan gəlib qulağıma çatdı ki, deyiblər “Yaqut xanımgilə getdik, bir dənə gözəl yeməklər bişirmişdi ki, gəl görəsən”.O iki yemək görün onlar üçün necə dadlı olub ki, ağızlarında dad qalıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:09
Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!
Bu gün, 09:07
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi 31,2 milyon manata başa gələcək
Bu gün, 09:01
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... - İrandan girib, Hindistandan çıxır...
Bu gün, 08:58
Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? - ƏSLİNDƏ...
Bu gün, 08:54
Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR - “HARADADIR BİZİM DEPUTATIMIZ?!”
Bu gün, 08:45
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:42
“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY
Bu gün, 08:40
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir - FAKT BUDUR!
Bu gün, 08:35
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bu gün, 08:34
51 ilin neftçisinin HAQQI YEYİLİB - MÜRACİƏT
Bu gün, 08:32
Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək - GƏLİŞMƏ
Bu gün, 08:26
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq - Rumıniyalı nazir
Bu gün, 08:17
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... - NƏ HAQDA?
Bu gün, 07:23
Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Bu gün, 07:20
COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Bu gün, 00:30
BRİKS müasir dövrdə ən perspektivli platformadır - Görünəni odur ki...
Bu gün, 00:21
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Dünən, 19:02
Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? - GƏLİŞMƏ
Dünən, 18:56
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Dünən, 18:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru