Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                 

“Yaradıcılıq azadlığını çoxları özbaşınalıq kimi qəbul edib...”
Tarix: 17-05-2023, 06:06 | Çap et
“Yaradıcılıq azadlığını çoxları özbaşınalıq kimi qəbul edib...”
Əməkdar Mədəniyyət işçisi, ssenarist Yusif Şeyxov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Yusif müəllim, illər əvvəl sizin də rol aldığınız "Sehrli xalat" filmi bu gün də sevilərək izlənilir. Sizcə bu filmi tamaşaçılara sevdirən əsas səbəb və xüsusiyyətlər nələrdir?

- Əlbəttə, ilk növbədə bunu, filmin müəllifi Əlisəttar Atakişiyevin xidmətinə aid etmək lazımdır. Nağıl yanrında çəkilmiş filmdir, bu isə uşaqlar üçün həmişə maraqlı olub. Orijinal süjet tapılıb. Müasir qəhrəmanların keşmişə qayıtması, gələcəyə uçub getməsi o vaxt tək bizim kino üçün deyil, ümumiyyətlə sovet kinosu üçün qeyri-adi dramaturji gediş idi. Nağılvarı hekayə dərhal marağa səbəb oldu. Adi azərbaycanlı balaların kosmosa səyahətə çıxmaları indi də əlçatmaz xülya kimi qəbul edilir. Zənnimcə bu film hələ uzun illər uşaq tamaşaçısını cəlb edəcək. Əliağa Ağayevin məzəli xan obrazı mənfi personaj kimi nəzərdə tutulsa da, aktyorun məharəti, ona məxsus daxili yumoru sayəsində tamaşaçının sevimlisinə çevrildi. Əslində, xan rolu Əliağa Ağayevin kinoda yaratdığı ən uğurlu iki roldan biridir. Təbii, birincisi Məşədi İbad olub. Böyük tamaşaçını isə Əliağa Ağayevin məharəti dünən də, bu gün də valeh edir.

- Filmin qəhrəmanlarından bu gün kimlərlə əlaqəniz var?

- Rəşid rolunun ifaçısı Azər Qurbanov ABŞ-da yaşayır, özünün biznesi var. Feysbukda yazışırıq. Filmimiz barəsində çıxan yazıları, tv süjetlərini ona göndərirəm. Çox sevinir filmin belə uzunömürlü olmasına. Zərifə rolunun ifaçısı Solmaz Hətəmova ilə də yazışırıq, hal-əhval tuturuq. Təqaüdə çıxandan sonra köhnə ssenari, pyes ideyalarım haqqında düşünürəm, bunlar daha çox özümü formada saxlamaq üçündür. Kim bilir, bəlkə konkret işlərə də qatıldım.

- Bu gün sizcə uşaq filmləri niyə çəkilmir? Niyə uşaqları yaddan çıxarıblar?

- Məlumdur ki, dünyanı qloballaşdıran amillərdən biri kinodur. İndiki uşaqların dünyagörüşünə ciddi təsir edən, müəyyən mənada onu formalaşdıran biri-birindən cəlbedici Amerikan filmləridir, onların qəhrəmanlarıdır, animasiya kinosudur. Bu tək Azərbaycana aid olmasa da, problemin kəskinliyini kiçiltmir. Milli özünəməxsusluğun möhkəmlədilməsi uşaq teatrında, musiqidə, ədəbiyyatda və s. olduğu kimi, kinoda da yer almalıdır. Bu gün kimi aydındıR. Mən bilən, axırıncı dəfə uşaqlar üçün 2014-cü ildə çəkillən Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi ekran üzü görüb. Keçmişdə iki ildən bir uşaq filmi çəkilərdi. Hamısı uğur qazanmırdı, amma yaddaqalanları da var idi. Uşaqlar üçün milli material əsasında film yaratmaq niyyəti həmişə kinoya cavabdehlik daşıyan dövlət qurumlarının gündəmində olub. Əminəm ki, bu gün də var. Lakin bu niyyətdən, konkret layihələr mərhələsinə keçmir. Nədir səbəb? Kino istehsalı nə qədər bahalı, ən bahalı sahə olsa da, uşaq filminə qənaət etmək heç kimin ağlına gəlməz. Vaxtı ilə ssenari planlaması sahəsində çalışan bir məmur kimi, bunun cavabını ssenari qıtlığında görürəm. Daha dəqiq, onların demək olar yoxluğunda. Müsabiqələr də elan edilib, ayrı-ayrı ssenari yazarlarına sifarişlər də olunub. Ortaya normal ssenari çıxaran yoxdur. Deyən tapılar ki, xalq nağıllarına nə olub, onlara niyə müraciət edilmir? İş burasındadır ki, nağılı kino dilinə çevirmək, bu günkü bədii, estetik tələblərə uyğunlaşdırmaq xüsusi ustalıq tələb edir, ciddi kino dramaturqları isə bu mövzuya maraq göstərmir. Əminəm ki, yeni yaradılmış Kino Agentliyi səy göstərəcək, dövlət kinostudiyası, özəl prodüserlər də bu sahədə fəallığı artıracaq.

- Sizcə müasir tamaşaçı nə istəyir? Bütün sahələr kimi məncə bu sahədə də, bayağılıq artıb.

- Zövqlər korlanıb. Bunun səbəbi bir böyük tədqiqat mövzusudur. Sovet dönəmində ideoloji aparat bayalığın qarşısını inzibati qaydada, o cümlədən senzura vasitəsi ilə almağı bacarırdı. Yaradıcılıq azadlığını çoxları özbaşınalıq kimi qəbul edib. Nəyin bahasına olursa populyarlıq və qazanc dalınca düşür, ağına-qarasına baxmadan insan şüurunun alt qatındakı mənfi hissiyata müdaxilə edir və istədiklərinə nail olanlar az deyil. Bəzi hallarda bununla həqiqətən istedadlı adamlar məşğul olur. Bu çox təhlükəli tendensiyadır. Mənim müşahidələrimə görə son zamanlar bu mənada nəsə müsbət tendensiya işartıları görünməyə başlayıb. Bu, ictimai qınağın təsiri altındamı baş verir, yaxud tamaşaçı kütləsi ucuz sənətdən bezib, ondan üz çevirməyə başlayıb? Hər necə olursa-olsun, bu prosesin gücləndirilməsi yolları axtarılmalı və həyata keçirilməlidir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru