Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları .....                     “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır .....                     Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... .....                     “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi .....                     Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... .....                     Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? .....                     Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... .....                     Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR .....                     Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? .....                     “Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” .....                     İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir .....                     Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? .....                     51 ilin neftçisinin HAQQI YEYİLİB .....                     Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək .....                     Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq .....                     Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... .....                     Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? .....                     COP29 ölkəmiz üçün böyük təcrübədir .....                     BRİKS müasir dövrdə ən perspektivli platformadır .....                     COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? .....                     “Yol xərclərimə qədər bu insan ödəyib” .....                     "Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" .....                     “Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? .....                     TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir .....                     Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın .....                     Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb .....                     Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? .....                     Avropa Parlamentinin həyasızlığı: .....                     25 oktyabr Qubadlı şəhəri günüdür .....                     Həbsdəki keçmiş prezident ermənilərdən .....                     Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! .....                     Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub .....                     BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb .....                     Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU .....                     İlham Əliyev bu dəfə də USTA DAVRANDI... .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib .....                     AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib .....                     Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                 

“İlk məhəbbət bir dəfə olur, sonra da sevirsən amma ilkin yerini vermir”
Tarix: 18-05-2023, 06:35 | Çap et
“İlk məhəbbət bir dəfə olur, sonra da sevirsən amma ilkin yerini vermir”
“Sənətdən sui-istifadə edənləri, əməliyyatlarla bədənlərini, üz-gözlərini pis günə qoyanları həmkarım adlandıra bilmərəm”

Tanınmış və sevilən müğənni İlahə Fəda Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

-İlahə xanım, nədənsə bu günki efirlərdə sizi nadir hallarda görürük. Dəvət etmirlər yoxsa siz seçim edirsiniz?

-Xeyr, dəvət edirlər. Sağ olsunlar, heç bir telekanal ilə problemim yoxdur. Nəinki telekanal ilə, heç aparıcılar, rejissorlar, prodüsserlərlə də indiyə qədər heç bir problem yaşamamışam. Dəvətlər olsa da, bəzən seçim etməli oluram. Ona görə də məni az-az görürsünüz. Bir də, çox tez-tez görünmək istəmirəm. Bunun mənasız olduğunu düşünürəm. Az amma yaxşı, səviyyəli, sanballı işlərlə ortalığa çıxmaq lazımdır.

-Sənət həyatı ilə yaşamaq necə bir hissdir?

-Bu çox gözəl bir hissdir. Çünki şəxsən mən özümü seçilmişlərdən hesab edirəm. Allah təala mənə belə bir səs, istedad verib. Düzdür, hər kəsin bir istedadı var, amma mən belə düşünürəm ki, insanın səsinin olması tamam başqa bir istedaddır. Sənət həyatı yaşadığım üçün özümü xoşbəxt hiss edirəm. 2-ci dəfə dünyaya gəlsəydim yenə də sənətlə məşğul olardım. Amma əsl sənət həyatı. Sənət həyatı adı altında başqa, sənətdən uzaq, sənətə yad işlərlə məşğul olmaq, sənətin adına xələl gətirmək, məşhurluq naminə sənətdən istifadə etmək, sənəti alçaltmaq və s. bu işlərlə məşğul olmamaq şərtilə sənət həyatı yaşamaq çox gözəldir. Ümumiyyətlə sənət mənim üçün müqəddəsdir. Müqəddəs olan heç nəyə xəyanət etmək olmaz. Həmçinin də sənətə xəyanət etmək olmaz. Sənətə xəyanət etməyəndə sənət səni devləşdirir, yüksəldir, hörmətli, sanballı edir. Mən də məhz bu cür sənət həyatı yaşayıram və bunun üçün də çox xoşbəxtəm.

-Sizcə sənəti düzgün təbliğ etməyən müğənniləri efirlərə buraxmaq lazımdırmı?

-Bunun qərarını mən verə bilmərəm. Hətta mənim elə imkanlarım olsaydı da mən bu barədə qərar verə bilməzdim. Buna efirlər, oradakı redaktorlar qərar verməlidir. Məncə sənəti olmayanları efirə buraxmasalar, onlar bir az da çoxalacaq, bir az da hirslənib, sənətə xəyanət edəcəklər. Qoy elə oxusunlar. Camaat da sənətlə, sənətkarla, sənəti olmayanı görüb, müqayisə etsin. Cammaat elə bilir ki, efirlərdə tez-tez görünənlərin sənəti yaxşıdır deyə onları efirə çağırıblar. Bu fikirlər də yəqin ki, zövqsüzlükdən yaranır. Bir onu bilirəm ki, zaman hər şeyi həll edir, hamısını ələyir.

-Hansı müğənnilər üçün “o mənim həmkarımdır” sözünü işlədə bilməzsiniz?

-Sənətdən sui-istifadə edənləri, səsi, ürəyi, zövqü olmayanları, ara mahnılarını təbliğ edənləri, sonra müxtəlif əməliyyatlarla bədənlərini, üz-gözlərini pis günə qoyanları, bir sözlə yüngüllük edənləri həmkarım adlandıra bilmərəm.

-Qadın sizcə neçə dəfə sevir?

-Qadın daim sevir. İlk məhəbbət isə bir dəfə olur. Sonra da ola bilər, amma əlbəttə ki, birinci sevginin yerini verə bilməz. Mən belə düşünürəm. Bəlkə elə adam var ki, ikinci dəfə daha çox sevir?!

-Şəxsi həyatınızda nəsə dəyişiklik varmı?

-Şəxsi həyatımda çox şükür ki, dəyişiklik yoxdur. Həyatım çox gözəl, ürəyimcə keçir. Nə dəyişiklik olsun ki? Niyə olsun ki?! Əzizlərim, dostlarım sağ-salamatdır. 5 günlük dünyadır. Gərək canımız sağ olsun, belə davam etsin hər şey.

-Özünüzü xoşbəxt qadın sayırsınız?

-Əlbəttə! Çox xoşbəxt hiss edirəm özümü. İstedadlıyam və tərəzi bürcüyəm, ədalətliyəm. Sağlamam, gözələm, xoşbəxtlik üçün daha nə lazımdır? Məndə bunların hamısı var.

-Həyatınızda nə çatmır?

-Hər şey qaydasındadır. Bu həyat mənimdir. Mən necə bacarmışamsa, elə də yaşamışam, yaşayıram da. Düzdür, insanın arzuları çoxdur. Bəzən çatışmayan şeylər olur, onlar da düzəlir. Ölümdən başqa bu dünyada hər şeyin çarəsi var. Hər şeyi olduğu kimi qəbul edib yaşayanda insan rahat və xoşbəxt olur. Mən o qəbildən olan insanlardanam.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:09
Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!
Bu gün, 09:07
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi 31,2 milyon manata başa gələcək
Bu gün, 09:01
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... - İrandan girib, Hindistandan çıxır...
Bu gün, 08:58
Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? - ƏSLİNDƏ...
Bu gün, 08:54
Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR - “HARADADIR BİZİM DEPUTATIMIZ?!”
Bu gün, 08:45
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:42
“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY
Bu gün, 08:40
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir - FAKT BUDUR!
Bu gün, 08:35
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bu gün, 08:34
51 ilin neftçisinin HAQQI YEYİLİB - MÜRACİƏT
Bu gün, 08:32
Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək - GƏLİŞMƏ
Bu gün, 08:26
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq - Rumıniyalı nazir
Bu gün, 08:17
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... - NƏ HAQDA?
Bu gün, 07:23
Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Bu gün, 07:20
COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Bu gün, 00:30
BRİKS müasir dövrdə ən perspektivli platformadır - Görünəni odur ki...
Bu gün, 00:21
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Dünən, 19:02
Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? - GƏLİŞMƏ
Dünən, 18:56
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Dünən, 18:03
25 oktyabr Qubadlı şəhəri günüdür - MƏQALƏ
Dünən, 18:01
Həbsdəki keçmiş prezident ermənilərdən BUNU İSTƏDİ
Dünən, 17:56
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! - SƏS HƏLLEDİCİ... AN HƏLLEDİCİ...
Dünən, 17:52
Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub - BU FAKTDIR...
Dünən, 17:47
BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək
Dünən, 17:44
Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU - 578 milyon ölkəyə qaytarılmadı
Dünən, 17:40
İlham Əliyev bu dəfə də USTA DAVRANDI... - CƏNAB YAXŞI BİLİR...
Dünən, 17:35
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - RİH-dən REAKSİYA
Dünən, 17:21
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib - FOTO
Dünən, 17:17
AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib - DİQQƏT
Dünən, 17:15
Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib - MÜHÜM
Dünən, 17:12
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 17:09
“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti - DİQQƏT
Dünən, 17:07
“Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” - ŞƏRH
Dünən, 16:02
Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq - Partiya sədri
Dünən, 16:00
Moskvada “Görüş Yeri - Bakı”
Dünən, 15:26
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Dünən, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Dünən, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Dünən, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Dünən, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru