"Heç yerə çıxmıram, müsahibə də vermirəm"
Tarix: 3-04-2024, 09:34 | Çap et
“Mən şou-biznes adamı deyiləm. Heç yerə çıxmıram, müsahibə də vermirəm. İlk dəfə “O üz” verilişi İlhamə xanımla bağlı məndən müsahibə almışdı. İlhamə xanım gözəl insan idi, mələk idi. Ondan danışanda göz yaşlarım sel olur. O mənim dostum idi. Mənə ana, bacı, rəfiqə olub. O mənə “bacı” deyirdi, mən ona “ana” deyirdim. Hələ o vaxt balaca qız idim. Televizorun qarşısında əyləşib onun mahnılarına qulaq asırdım. Səsi gələndə anama deyirdim ki, televizoru söndürmə. Onu uşaqlıqdan çox istəmişdim. Hissiyatım məni İlhamə xanımın yanına gətirdi. Tale elə gətirdi ki, biz doğmalaşdıq. 10 il olardı ki, onu tanıyırdım. Amma yanında 4 ay olmuşam. Zaqulbada tanış olmuşduq. Eks spiker Oqtay Əsədovun qaynanası Rəfiqə xanım xəstə idi. Mən ona baxırdım. İlhamə xanım da Zaqulbada qalırdı. Görürdü ki, mən Rəfiqə xanıma necə cani könüldən baxıram, qulluq edirəm. Bütün günü görüşüb söhbətləşirdik, dərdləşirdik. Bir pişiyi də var idi. Xəstə olanda dedi ki, “Fatyanı çağırın mənə baxsın. Mənə ondan yaxşı heç kim baxmaz” Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti İlhamə Quliyevanın yaxını, köməkçisi Fatma Əliyeva deyib. O daha sonra əlavə edib. “İlhamə xanım heç kimə inanmırdı, güvənmirdi. O mənə o qədər sözlər danışıb ki. Onun haqqında yalan danışan insanların istəyirəm gedib gözlərini çıxarıb qoyum yerə. Öz doğmalarına demədiklərini mənə danışırdı. Hələ bir dəfə üstümə hirslənməyib, qışqırmayıb. Sonuncu dəfə Tolikin ad günündə olduq. 2-3 dənə mahnı da oxudu. Onu oxşayırdım, əzizləyirdim. Nə geyinirdisə deyirdim ki, görün nə gözəl yaraşır sizə. Mən ona təmənnasız baxmışam, evinə dost kimi getmişəm. Mənə çox hörmət edib. Ömür boyu itirmərəm onun etdiyi yaxşılıqları” deyə Fatma xanım bildirib. Fatimə Əliyeva onu da əlavə edib ki, İlhamə xanım var-dövlətindən ona da miras qoyacağını bildirib. “Deyirdi ki, Fatya, mən dünyadan gedəcəm, o ev-eşiyi keçirəcəm sənin adına. O 2-cü gün rəhmətə getdi. Bank işçisi ilə də danışdı, dedi ki, Fatyanın sənədləşməsini edin, o mənə yiyə durub. Mən də deyirdim ki, var-dövlətini oğluna ver, Əli Mirəliyevə ver, onun qızı Samirəyə, dayın oğluna ver. Deyirdi ki, yox! 5-ci gün getməli idik notariusa. 2-ci gün dünyasını dəyişdi. Mən neynirəm var-dövləti?! Ona görə ağlamıram ki... Ondan mənə Allahın bir yaylığı da qalmadı. O evdən ağlaya-ağlaya çıxdım. Səhərə qədər cənazənin yanında dil töküb ağlamışam. Buna bütün televiziyalar, sənəd yoldaşları da şahiddir” deyə o bildirib. Fatma Əliyeva İlhamə Quliyevanın son saatlarını belə xatırlayıb. “Televizoru izləyirdi, bir də gördü ki, Röya Ayxanı göstərirlər. Röya xanım müsahibə verib deyirdi ki, “İlhamə xanım son günlər yaman qalmaqallıdır”. İlhamə xanım hirsləndi. Dedi ki, “buna ad verdirmişəm, kömək etmişəm, danışığına bax”. Həmin gecə evə bir jurnalist zəng etdi. Vallah bilmədim kimdir?! Anonim zənglər gəlirdi. Telefonun dəstəyini əlindən aldım, həmin xanıma dedim ki, bəsdirin də, bunu öldürmək istəyirsiz?”. Gördüm ki, İlhamə xanımın əlləri, ayaqları əsir. Yalan-yalan sözlərlə şantaj edirdilər. Deyirdilər ki, İhamə xanım döşəyin altına diktofon qoyublar, sənin səsin yazılacaq. Qadın stress yaşadı. Gecəni birtəhər keçirdik. Səhər saat 10-a qalırdı. Gördüm ki, məni çağırır. Ondan qabaq gəlib dərmanlarını vermişdim. Aşağıda aptekə düşüb bir dərman aldım. Vəziyyəti yaxşı deyildi. Neftçilər xəstəxanasının baş həkimi Leyla Seyidbəyovaya zəng edib dedim ki, İlhamə xanım yaxşı deyil. Təcili Tibbi Yardım maşını göndərdilər. Əli Mirəliyevin qızı Samirəyə yığdım ki, tez gəlin. Onlar da gəldilər. Təcili yardım gələnə qədər İlhamə xanım mənim qollarımda dünyasını dəyişdi (ağlayır). 14-cü mərtəbədə elə qışqırdım ki... Son sözü bu oldu ki, “Fatya ölürəm, mənim üçün elə bir adam çağır ki, gəlib məni sağaltsın” deyə o bildirib. Fatma Əliyeva deyir ki, bu gün onu yuxularında görür. “İlhamə xanım yuxularıma mələk görkəmində gəlir. Deyir ki, burada ev almışam. Onun yeri cənnətdir. Evinə adam gəlirdi, yemək yeməmiş onu yola salmazdı. Yanına gələnlərə bahalı hədiyyələr də verirdi. Qardaşımın, anamın məzarına ziyarətə gedəndə mütləq İlhamə xanımın da məzarına baş çəkirəm. Bacısı Gülbahar xanım da tez-tez məzar üstünə gəlir. İlhamə xanımın qoxusunu o xanımdan alıram. Bunu özü də bilir. Onunla danışanda elə bilirəm ki, İlhamə xanım sağdır. Kaş insanlar İlhamə xanımı efirdən yox, həyatdan tanıyardılar” deyə qadın bildirib. Fatimə xanım İlhamə Quliyevanın müğənnilər haqqında ona dediklərini də bizimlə bölüşüb. “O əvvəldən hamını sevib. Vaxtilə xalq artisti Flora xanım Kərimova ilə də münasibətləri yaxşı olub. Aralarında söz-söhbət olub səngimişdi. Elza Seyidcahanı da çox istəyirdi. Amma elə şeylər baş vermişdi ki, onun qəlbinə dəyib, yaralayırdılar. Ürəyi kövrək idi. Hələ bir dəfə də deməyib ki, filankəs pisdir. Elə hey deyirdi ki, Elza da mənə yaxşı qız olub. “Ağ çiçəyim” mahnısını necə həvəslə oxuduğunu danışırdı. Elə bil ki, hiss edirdi.. Deyirdi ki, dünyadan köçüb gedəcəyik, özümüzlə nə aparacağıq?! Bir dəfə dedi ki, “Fatya, Orxanı götürüb uşaqlıqdan saxlamışam, ona yazığım gəlir. Ona bir maşın alıb verəcəyəm. Uşaqdır, gözü orda-burda qalır”. Heç o vaxtdan Orxanla əlaqəm yoxdur. O vaxt da Orxanla İlhamə xanımın xatirinə danışırdım” deyə Fatimə Əliyeva bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|