“İnanıram ki, qarşıdakı illərdə biz yenə də birinci yeri tutacağıq” - Faiq Sücəddinov
Tarix: 11-05-2024, 10:30 | Çap et
Azərbaycan təmsilçisi builki “Avroviziya” mahnı müsabiqəsində də uğursuzluqla üzləşdi. Xəbər verildiyi kimi, builki yarışmada da müsabiqənin final mərhələsinə keçə bilmədik. Hərçənd sənət baxımından İlkin Dövlətov və Fəxrinin təqdim etdiyi musiqi parçası Nigar və Eldarın 13 il əvvəlki ifasından heç də geri qalmırdı. Amma bu ifa heç olmasa ilk 7-liyə, 20-liyə daxil olmadı.
Bəs ard-arda 2-ci ildir nümayəndəmizin mərhələni adlaya bilməməsi nə ilə bağlıdır - səbəb yaradıcıdır, yoxsa siyasi?
“Avroviziya” mahnı müsabiqəsi dünyanın ən böyük musiqi tədbirlərindən biri sayılır. Lakin bu müsabiqənin sadəcə mahnı müsabiqəsi olmadığı haqda çoxdan fikirlər səslənir. Qeyd olunur ki, “Avroviziya” siyasi münasibətlərin yumşaq ifadə platforması olmaqla bərabər, həm də Avropanın mənəvi ekspansiya siyasətini icra edən bir mexanizmidir.
Bu yarışmadan siyasi təbliğat vasitəsi kimi istifadə edilməsi ilə bağlı ən məşhur nümunələrdən biri Gürcüstanın 2009-cu ildə Rusiya prezidenti Vladimir Putini məsxərəyə qoyan “We don’t wanna put in” adlı mahnı ilə təmsil olunmağa qərar verməsi idi. Lakin “Avroviziya” mahnının sözlərində açıq siyasi mesajlar olduğunu əsas gətirərək, sözlərin dəyişdirilməsini tələb etdi. Tələb Gürcüstan tərəfindən qəbul edilmədi və ölkə həmin il müsabiqədə iştirakdan imtina etdi.
Siyasi proseslərin təsiri 2017-ci ildə İsveçdə keçirilən müsabiqədə daha aydın nəzərə çarpdı. Ukrayna təmsilçisi Camala Krım türklərinin deportasiyası haqqında yazılan “1944" adlı parça ilə yarışmaya qatıldı. Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etdiyi dövrdə yazılan, Rusiyanın sələfi hesab olunan SSRİ-nin Krım tatarlarını zorla köçürmə siyasətini tənqid edən mahnının siyasi motivlərinə bu dəfə Avropa göz yumdu və güclü dəstək əldə edən çıxış qalib olmağı bacardı.
Mütəxəssislər də qeyd edir ki, “Avroviziya”da siyasi faktorlar səsvermə zamanı daha çox nəzərə çarpır. Belə ki, Yunanıstanın heç vaxt Türkiyəyə səs verməməsi, Balkan və Skandinaviya ölkələrinin öz aralarındakı daimi dəstəyi bir növ buna sübutdur. Verilən səslər, sanki ölkələrin bir-birinə olan münasibətinin göstəricisinə çevrilib. Bu nöqteyi-nəzərdən qeyd edək ki, Azərbaycanın ən çox səs alıb-verdiyi ölkələr Türkiyə, Rusiya, Moldova, İsrail, Ukrayna və Gürcüstandır.
Son illər isə yarışmada LGBT təbliğatı açıq-aydın hiss olunmaqdır. Məsələn, 2014-cü ildə keçirilən müsabiqənin qalibi olan Avstriya təmsilçisi Konçita Vorst LGBT təbliğatının simvoluna çevrildi. “Saqqallı qadın” olaraq yaddaşlarda qalan ifaçının qalibiyyəti cinsi azlıqların nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və ifaçı “ikon” kimi qəbul olundu. “Simurq quşu kimi yüksəlmək” adlı parçası LGBT hərəkatlarının yüksəlməsi üçün təməl oldu.
Onu da əlavə edək ki, qardaş Türkiyə ilk dəfə bu yarışmaya 1975-ci ildə qoşulub, 34 dəfə müsabiqədə iştirak edib. Lakin səsvermə sistemində dəyişiklikləri əsas gətirərək, Türkiyə 2013-cü ildən etiraz əlaməti olaraq bu yarışmada iştirak etmir.
Xatırladaq ki, ölkəmiz ilk dəfə 2008-ci ildə bu yarışmaya qoşulub. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü “Avroviziya” müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdular. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı “Odlar Yurdu”na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın Kristal Zalı ev sahibliyi etdi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva “When the Music Dies” mahnısı ilə 4-cü yeri tutdu.
Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində baş tutan müsabiqədə Fərid Məmmədov “Hold Me” mahnısı ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütəmadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016 -cı ildə isə Səmra Rəhimli 17-ci yeri tutdu.
2017-də Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva “Neaeaoiin” mahnısı ilə təmsil etmiş və nəticədə 14-cü yeri qazanmışdı. İlk dəfə 2018-ci ildə Azərbaycan Aysel Məmmədovanın təmsilində yarımfinal mərhələsində məğlub olub. 2019-cu ildə isə Çingiz Mustafayev ifa etdiyi “Truth” mahnısı ilə 8-ci yerdə qərarlaşıb. 2021-ci ildə Niderlandda keçirilən yarışmada iştirakçımız Samirə Əfəndiyeva 20-ci yerə çıxıb. 2022-ci ildə isə ölkəmizi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə təmsil etdi və 16-cı yerdə qərarlaşdı. 2023-cü ildə isə daxili seçim üsulunda bir sıra dəyişikliklər edildikdən sonra, ölkəmizi Turan və Tural qardaşları “Tell Me More” adlı mahnı ilə təmsil etdi və finala vəsiqə qazana bilmədilər. Eləcə də, qeyd etdiyimiz kimi, bu ilki təmsilçilərimiz də müsabiqənin final mərhələsinə keçə bilmədi.
Təmsilçilərimizin “Avroviziya”da finala keçməmələri birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri və müsabiqənin azarkeşləri Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefa verməsini tələb ediblər.
“X” sosial şəbəkə platformasının Azərbaycan seqmentində, həmçinin Eldarın “Instagram” səhifəsində postunun altında bu barədə onlarla şərh yazılıb. Bildirilib ki, Qasımov iki ildir deleqasiyaya rəhbərlik edir və bu müddət ərzində biz finala keçə bilməmişik.
Müğənni Nura Suri isə Eldar Qasımovu, təmsilçilərimiz Fəxri və İlkini qınayanlara səslənib:
“Sosial şəbəkələrdə artıq hamı qınamağı özünə borc bilir. Mən də qınayanları qınamaq istəyirəm. Fəxri və İlkinə nə deyiblər, onlar da onu edib. Geyim, klip, şou və sair onların seçimi deyil. Heç qonorar da almayıblar bildiyimə görə. Eldar da heç nəyi həll etmir orada. Ümumiyyətlə, bir işə köməyiniz keçməyibsə, qınamaq çox asandır. Mənim də bəyənmədiyim çox məqamlar var, amma və lakin hazırda bu haqda danışmaq mənasızdır. Rahat buraxın Fəxri, İlkin və Eldarı”.
Xalq artisti, bəstəkar Faiq Sücəddinov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Faiq Sücəddinov son iki ildə təmsilçilərimizin uğur qazana bilməməsinə bu cür reaksiya verib:
“Təmsilçilərimizin oxuduğu ”Özünlə apar" mahnısı hesab edirəm ki, çox gözəl mahnı idi. Məlum olduğu kimi bu dəfə “Avroviziya”da Azərbaycan dilində, muğam çalarlarının olduğu mahnı səsləndirildi. Təmsilçilərimiz də yaxşı ifa etdilər. Amma bu müsabiqədir və bu kimi hallar olur. Məsələn, olur ki, yüz nəfər Çaykovskinin konsertini ifa edir, amma onların arasında yalnız bir nəfərə yer verilir. Bu o demək deyil ki, digər iştirakçılar səhv not ifa edib, sadəcə müsabiqənin öz şərtləri olur.
Və yaxud, bilirik ki, zamanında Dilarə Kazımova “Avroviziya”da 19-cu yer, Samirə Əfəndi 15-ci yer tutmuşdu. Bu o demək deyil ki, onlar yaxşı ifa etmir, əksinə, çox gözəl oxuyurlar.
İnanıram ki, qarşıdakı illərdə biz yenə də birinci yeri tutacağıq. Amma indi son iştirakçılarımı qınamaq, niyə belə oldu deyə məsələni olaya çevirmək doğru deyil".
Xalidə GƏRAY, “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
• Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54 |
|
|
|
• Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41 |
|
|
|
|