Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                 

“Ailəsi onun mənimlə evlənməyinə razı olmadı” - Günel
Tarix: 25-12-2014, 10:08 | Çap et
“Ailəsi onun mənimlə evlənməyinə razı olmadı”
Bir neçə ildir Amerikaya köçən aparıcı Günel Musəvi bu yaxınlarda Bakıya gəlib.

Axşam.az-ın əməkdaşı onunla görüşərək müsahibə alıb.

- Qürbətdə həyat necə keçir?
- İlk vaxtlar adaptasiya prosesi, başqa mədəniyyətə isinmək, onu qəbul etmək böyük psixoloji gərginliyə səbəb oldu. Birinci il mən və ailə üzvlərimiz üçün depressiya ilə keçdi. Çox gülünc olsa da, hətta Bakıdakı ağaclar üçün darıxırdım. Parka baxırdım, deyirdim, yox, bizim ağaclar başqadır və başlayırdım ağlamağa. Qürbət insanı sındırır. Hər şey o qədər təsir edir ki... Sınandan sonra isə həyata daha möhkəm bağlanırsan. Mən heç vaxt çətinlik görməmişəm. Evim, hər bir şəraitim olub. Həmişə hazıra nazir yaşamışam. Amerikaya gedəndə də sıfırdan başlamadım. Amma orada Günel Musəvi yox, sadəcə Günel var idi. Telefonu qaldırıb kiməsə zəng vurub nəsə istəyə bilməzdim. Zamanla buna öyrəşdim.

- Bu müddət ərzində nələr etdiniz?

- Universitetə daxil oldum, uşaq psixologiyası fakültəsini bitirdim. www.everyazeri.com adlı internet sayt yaratmışam.Burada xanımlarımız müxtəlif mövzularla bağlı fikirlərini, təcrübələrini bölüşürlər, həyat hekayələrini paylaşırlar. Məqsəd xaricdə yaşayan Azərbaycan xanımlarına özlərini tanıtmaq şansı vermək, həm də onları bir araya yığmaqdır. Sayt ingilis və Azərbaycan dillərində fəaliyyət göstərir.
- Psixoloq peşəsi sizə çətin gəlmir?
- Bir müddət bu sahədə çalışdım. Mən nikbin əhval-ruhiyyəli, pozitiv insanam. Bu isə depressiya gətirən iş idi. Gördüm ki, mənlik deyil, getdikcə daha da depressiyaya düşürəm. Psixoloq kimi uşaqlarla söhbət etdikcə ürəyim ağrıyırdı. Daha sonra qərar verib bu peşədən ayrıldım.
- Bakıya gəlişinizin səbəbi nədir?
- Bibi olmuşam. Yeni doğulan körpəmizi görmək üçün gəldim. Həmçinin dostlarımla görüşürəm. Yeni ili qeyd etdikdən sonra qayıdacağam.
- Azərbaycanı niyə tərk etdiniz?
- Ailəm Amerikaya köçüb: atam, anam, bacım və iki qardaşım. Burada yalnız bir qardaşım qalıb. Mən də özümü Bakıda tənha hiss etdim və onların yanına getdim. Buralar üçün darıxıram. Vətənin yerini heç nə vermir. Mən çalışıram bu vəziyyətə başqa cür yanaşım: məsələn, qız gəlin köçür və hərdən ana evinə gedir. Özümü belə bir halda təsəvvür edirəm. Burada mənə çətin idi. Ailəm olmadan sanki boşluqdaydım. Mənim üçün Vətən elə ailənin olduğu yerdir.
- Telekanallardan aparıcılıq təklifləri almısınız?
- Təkliflər olsa da, maraq göstərmirəm. Onlar da bilirlər ki, mən burada qalan deyiləm. Ona görə də, bu məsələnin çox üstünə getmirlər. “Youtube”da “Every Azeri” adlı kanal yaratmışam. Səfər etdiyim bütün ölkələrdən videolar çəkib oraya yerləşdirirəm. İndi də Bakıda hər yerə kamerayla gedirəm. Qısa çarxlar hazırlayıb, internetə yerləşdirəcəyəm. Bu, mənim mənəvi qidamdır. Qarşılığında maddi heç nə gözləmirəm. Tamaşaçıların bu videolara baxması, dəyər verməsi mənim üçün ən böyük hədiyyədir.

- Amerika ilə müqayisə etsək, bizim telekanallarda, aparıcılarda nə çatışmır?
- Aparıcılarımız çox məlumatsızdırlar, öz üzərlərində işləmirlər. Üzərində işləmək manikür-pedikür, daim brend arxasınca qaçmaq yox, kitablar oxumaq, xəbər bazasını genişləndirməkdir. Peşəkar, dilotu yeyib, çox danışandır? Yoxsa, lazımi məlumatı qısa, anlaşılan formada verən? Azərbaycan aparıcıları arasında bunu ayırd edə bilmirəm. Bizdə peşəkarlar çox azdır. Bəzi kanallarda böyük layihələr yayımlanır. Amma çəkiliş prosesi, işə münasibət, davranış qaydaları, bir sözlə, mətbəx olduğu kimi qalıb. İnkişaf etmək üçün xaricə getmək, təcrübə toplamaq lazımdır.
- Bakı dəyişib?
- Dekorasiya baxımından bəli. Bakı olduqca gözəldir. Hətta dünyanın ən möhtəşəm şəhərləri siyahısına daxil ola bilər. Amma cəmiyyət necə var idisə, elə də qalıb.
- Ailə qurmağı düşünmürsünüz?
- Düşünürəm... Namizədlər həmişə olub. Mənim bir xasiyyətim var. Hər şeyə ürəkdən yanaşıram. Evlilik də ciddi addımdır. Ailə həyatı mənə status üçün lazım deyil. Adət-ənənələr, “30 yaşın oldu evdə qaldın”, “mütləq ərə getməlisən” kimi düşüncələr məni narahat etmir. Mən anamın, başqalarının istəyinə görə ailə qurmuram. Elə insanla birlikdə olmalıyam ki, ona özümü bəxş edə bilim. Həyatımla oyuncaq oynayan deyiləm ki... Mənim missiyam kiminsə arzusunu yox, öz ürəyimin istəyini yerinə yetirməkdir. Sevdiyim insanla ailə həyatı qurmaq istəyirəm. Əgər belə biri olsa, onunla hətta Afrikanın kəndində belə yaşayaram. Əcnəbiyə ərə getmərəm. Məni öz həmyerlilərim cəlb edir. Bir vaxtlar sevdiyim olub, amma mənimlə evlənmədi. Amerikada yaşayan azərbaycanlı idi. Ailəsi buna razı olmadı.
- Valideynlərin ailə qurarkən övladlarının seçiminə müdaxilə etməsinə necə baxırsınız?
- Çox pis... İndi sevinirəm ki, o insanla ailə qurmadım. O qədər seçimimə sahib çıxanam ki, heç kim, hətta anam-atam da qarşımda dura bilməz. Məni sevən başqasının qarşısında baş əyirsə, sevgisini qoruya bilmirsə, o, mənə lazım deyil. Valideyn övladın sevgisinə mane olmaqla onu bədbəxt edir. Böyüklər məsləhət verməlidir, amma qabağını kəsmək, “ya o, ya bu” seçimi ilə üzləşdirmək düzgün deyil.


“Ailəsi onun mənimlə evlənməyinə razı olmadı”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru