Əsas Səhifə > Şou-biznes > "Nəyin bahasına olursa olsun o pulları geri alacağıq"

"Nəyin bahasına olursa olsun o pulları geri alacağıq"


4-03-2016, 09:43
"Nəyin bahasına olursa olsun o pulları geri alacağıq"
Əkiz bacılar Sevil və Sevinc bankdan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, müğənnilərə qarşı hörmətsizlik edilib.

Bu haqda sosial şəbəkədə yazan əkizlər bunları vurğalıb:

“Bu bank qeyri-peşəkarlığına görə vəzifəsini doğru yerinə yetirmir. Bir aydır bu banka getməkdən yorulduq, bunlar isə kobud davranışdan yorulmadılar. Bizdən icazəsiz evimizin kreditini başka banka keçiriblər. Bizə zəng gəlir və deyirlər ki, kreditinizi gecikdirirsiniz, sabah mütləq ödəniş edin. Heç nəyi düşünmədən, soruşmadan gedib ödəniş etdik. Amma nahaq... Həmişəki bankda bir neçə ayın pulu hesabıma yatırılıb. Bəs niyə hesabımdakı məbləği bizdən icazəsiz başkasına keçirmisiniz? Onsuz da nəyin bahasına olursa olsun o pulları sizdən geri alacağıq. Görün neçə ailələr öz övladlarının boğazından kəsib bu banka kredit ödəyir. İşinizi halallıqla görün. Müştəriyə nəzakətli davranmaq sizin borcunuzdur”.

Geri qayıt