Əsas Səhifə > Şou-biznes > "Kiminsə haqqına girməyin ey insanlar, siz fanisiniz"
"Kiminsə haqqına girməyin ey insanlar, siz fanisiniz"30-06-2016, 09:52 |
Müğənni-bəstəkar Ramal İsrafilov sosial şəbəkədə ünvanına yazılan təhqirlərə sərt cavab verib. Axşam.az-ın məlumatına görə, sənətçi bir müddət əvvəl saçlarını sarı rəngə boyatdırmışdı. Bu isə izləyiciləri tərəfindən müsbət qarşılanmamışdı. İfaçı ünvanına xoşagəlməz sözlər yazanlara bunları deyib: “Bir insan haqqında yaxşı və ya pis nəsə söyləmək istəyəndə, həmin adam özünü tanımalıdır. Tanımırsa, demək dediyi fikirlər də özünün deyil. Əziz insanlar, Allahın qulları, başqaları haqda düşünməkdən əl çəkin. Öz əməllərinizlə mübahisə edin, öz etdikləriniz haqda düşünün. Başqaları haqda rəy bildirməklə özünüzü unudursunuz. Hər kəs bir bədəndə, bir ruhda, bir dünyada yaşayır. Hər kəsin öz bildiyi əməlləri var. Bəziləri isə özlərini düşünməkdənsə, başqalarının haqqına girirlər. Kiminsə haqqına girməyin ey insanlar, siz fanisiniz. Ağıllı olun!”. Geri qayıt |