Əsas Səhifə > Şou-biznes > "Şortik geyinmək eyibdirsə..."

"Şortik geyinmək eyibdirsə..."


18-07-2016, 09:22
"Şortik geyinmək eyibdirsə..."
Müğənni Rəqsanə İsmayılova uzun saçlarını qısaldıb.

Axşam.az-ın məlumatına görə, hər zaman qaynaqla dolaşan sənətçi onları çıxartdırıb.

R.İsmayılova eyni zamanda sosial şəbəkədə ünvanına yazılan təhqirlərə cavab verib:

“Düşündüm bu İnstaqramda bir-iki adama cavab verim, sonra dedim boş ver. Hələ anlamırlar, sonra başa düşərlər. Mənim çəkimə düşmək üçün dözüm, iradə, səbr lazımdır. İkinci mənim saçım anadangəlmə seyrəkdir. 1979-cu il təvəllüdlüyəm, yaşımı siz hesablayın. Nə edim, bütün günü yemək yeyib, qarşınıza üç-dörd mərtəbə çıxım? O ki qaldı geyimimə... Şortik geyinmək eyibdirsə, siz geyinməyin".

İfaçı məşq zamanı paylaşdığı videoları qınayanlara və səsinin olmadığını söyləyənlərə bunları deyib:

"Mənim səsim olmasa, əlimə mikrofon almaram. Sizinlə paylaşdığım videolar isə məşqdəndir. Burada olan aparat yüksək keyfiyyət verə bilməz. Məni istəyən də, istəməyən də sağ olsun. Mənim insanlığım, sadəliyim, təmizliyim imkan vermir ki, sizin qəlbinizə dəyim”.

"Şortik geyinmək eyibdirsə..."
"Şortik geyinmək eyibdirsə..."

Geri qayıt