Əsas Səhifə > Şou-biznes > Məşhur aktyorun oğluna böyrək köçürülməlidir

Məşhur aktyorun oğluna böyrək köçürülməlidir


15-10-2016, 10:52
Məşhur aktyorun oğluna böyrək köçürülməlidir
Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalova böyrək köçürülməlidir.

AzNews.az-ın məlumatına görə, M.Zeynalovun hər iki böyrəyi fəaliyyətini dayandırmaq üzrədir.

Həkimlərin sözlərinə görə, böyrək çatışmazlığı səbəbindən aktyorun qanında kreatin yüksəlməyə doğru gedir və həyatı təhlükədədir. Mütəxəssislər təcili olaraq əməliyyat olunmalı və böyrək köçürülməli olduğunu bildiriblər.

Ailə üzvlərinin əməliyyat, donor və müalicə üçün yetərli vəsaiti olmadığından sənətkarın oğlunun adına bank hesabı açılıb.

Hesab nömrəsi: Azərbaycan Beynəlxalq Bankı
AZ88IBAZ33801019442017427204

Qeyd edək ki, Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalov bir neçə gün əvvəl insult keçirib. Böyrək çatışmazlığından əziyyət çəkən aktyorun beyninə qan sızıb. O, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir.

Geri qayıt