Əsas Səhifə > Şou-biznes > "Vüqar Quranı əzbər bilir, Xoşqədəm isə..."

"Vüqar Quranı əzbər bilir, Xoşqədəm isə..."


17-11-2016, 08:42
"Vüqar Quranı əzbər bilir, Xoşqədəm isə..."
Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinin kadrarxası görüntülərinin yayılması gündəmi zəbt edib.

BiG.AZ xəbər verir ki, tamaşaçılar tərəfindən birmənalı qarşılanmayan bu məsələyə məşhurlar da biganə qalmayıb. Tanınmış prodüser Tarix Əliyev verilişin aparıcısı X.Hidayətqızı və ATV kanalının rəhbəri Vüqar Qaradağlını günahlandıran izləyiciləri qınayıb. O, verilişi kəskin tənqid edənlərə üzünü tutaraq bunları deyib:

"Neçə gündür bu övzunu izləyirəm, heç istəmirdim toxunum bu məsələyə, amma bəzi yazılar məni vadar etdi. Heç Vüqar müəllimi tanımayan, onun Azərbaycan üçün nələr elədiyini bilməyən insanlar onun haqqında ağzına gələni yazanlar. Siz bilirsiniz, Vüqar Qaradağlı 1991-ci ildən 2011-ci ilədək Qurani-Kərimin Ziya Bünyadovla, Vasif Məmmədəliyevin tərcüməsinin 12 nəşrinin redaktorudur? Siz bilirsiniz o Quranı əzbər bilir? Bəzi mollarlardan fərqli olaraq. Vüqar müəllimin bəzi kanal rəəhbərləri kimi otağında hamam yoxdur və işçiləri qəbul edəndə onlarla otaqda görüşmür. O, hamıya eyni gözlə baxır, 20 dəqiqə otağında oturub iş fəaliyyətimi danışdım, bir kəlmə məndən hansısa müğənni haqda sorşuşmadı.

Xoşqədəmi mən Almaniyada yaşayandan tanıyıram. Hər zaman Azərbaycanı düşünən xanım olub. DAK-da hər zaman bizim səsimizi eşitdirib dünyaya. Siz bilirsiniz, 2005-ci ildə X.Hidayətqızına Prezident “Tərəqqi” medalı verib? Siz bilirsiniz ki, Vüqar müəllim heç vaxt belə şeyin olmasına imkan verməz və bunu heç vaxt yaymaz? Onu edəndirsə, ANS-in zamanında, 2014-cü ildə edərdi. Siz blirsiniz ki, ATV və Xəzər telekanalları digərlərindən fərqli olaraq dost münasibətdədilər? Bəs niyə Xoşqədəm Suriyaya gedəndə ona hamınız qibtə edirdiniz, neçə ailələri qovuşdurub 1 milyon yaxşılığını qoyubhansısa keçmiş işçinin efirə getməyən kadrları yaymaqla nə məqsədə qulluq etdiyini düşünürsünüz? Belə düzgün idi, vaxtında yayardı, üstündən 2 il keçəndən sonra yox.

Onda televziyaya çıxıb dərdlərini deyən insanlar da aktyordur? Deməli, bu qədər insanların dərdi yox imiş, hamısı qurmadır?
Azərbaycanda neçə ailələrə ATV və Xəzər kömək olub, deməli, hamısı aktyorlardır? İnsanları tanımadan onları təhqir etməyin, çünki onların əziyyəti bu xalq üçün çox olub".

Geri qayıt