Əsas Səhifə > Şou-biznes > "Ərim xəyanət etdi, mən də boşandım"

"Ərim xəyanət etdi, mən də boşandım"


19-11-2016, 09:36
"Ərim xəyanət etdi, mən də boşandım"
Lider TV-də yayımlanan "Tezdən oyan" verilişinin aparıcısı Könül Muxtarova Big.az - a müsahibə verib:

Bu yaxınlarda keçmiş həyat yoldaşınız verilişinizdə qonaq olmuşdu. Onunla qarşı-qarşı oturmaq necə bir hiss idi?

- Qətiyyən çətin deyil. Çünki normaldır, uşağımın atasıdır. Arada-sırada əlaqə saxlayırıq, düşmən deyilik. Amma mehriban da deyilik. Ən əsası odur ki, peşəkarlığımı bir daha nümayiş etdirdim. Bəlkə də insanlar özlərinə peşəkar deməyə çəkinirlər. Bu məqamda özümə peşəkar deyə bilərəm. Qeyri-peşəkar olsaydım deyərdim ki, yox bu insana sual vermirəm, üz-üzə gəlmək istəmirəm. Mən aparıcıyam, düşmənim də efirimə qonaq gələ bilər. Bu insan keçmişimdə olan bir insandı, indiki həyatıma heç bir aidiyyatı yoxdur. İndi də bir aktyor kimi qarşıladım və yola saldım.

Övladınıza hər hansı bir maddi yardım edir ya hər şeyi özünüz edirsiniz?

-Yox, rəsmi olaraq onunla 1 il yarımdır ki, boşanmışam. İl yarım ərzində aliment ödənilməlidir. Onun səhvlərinə görə boşanmağı mən istəmişəm. Aliment ödənilməlidir. 18 ay varsa 8 ayını güclə ödəyib. O da ki, icraçıların məcburiyyəti ilə. Ondan olsa heç onu da ödəməzdi.

Maddi çətinliyi var? Dostcasına ayrılsa bəlkə də belə olmazdı.

-Məncə dost da olsa, düşmən də olsa, övlad övladır. Qız övladı ataya bağlı olur, həmçinin əksinə. Amma o insanda o diqqət yoxdur.

Qızınız atasını görmək istəyir?

-İstəyir, bir neçə gün bundan əvvəl atasına mesaj yazdım, bir az onu danlamış kimi oldum. Dedim ki, İnci səni soruşur mən də dedim ki, sən uzaqdasan. Halbuki o Bakıdadır, işləri ilə bağlı gələ bilmir. Türkiyəyə getməyə hazırlaşır. Mən övladımdan uzaq olsam, gecə saatı da olsa gedib görərəm.

Ailə qurub bəs?

-Subaydır.

Nəyə görə ayrıldınız?

- Xəyanətə görə. Mən ailə quranda mənim bir şərtim olub, sevgimə görə mən ac da qalmağa hazıram. Çünki hər iki tərəfdə sevgi olub. Bircə onu demişdim ki, uşağım belə olsa xəyanət görsəm ayrılacam. Birinci uşaqda elə bu xəyanəti gördüm. Müsahibəni oxuyanlar güləcəklər indi mənə ki, hər kişi xəyanət edir. Bəlkə də edə bilər, nə yalan deyim, hər kəs öz yoldaşının xəyanəti ilə üzləşib. Amma əgər kişi ailəsini hər şeylə təmin edirsə, onları üstün tutsa bəlkə də olar.

Yenidən ailə qurarsınız? Sevgiliniz var?

-Heç vaxt hec vaxt demirəm. Zaman göstərəcək, ən böyük sevgilim indi qızım İncidir.

Sevgilinizə görə sənəti atarsız?

- Bir müddət əvvəl evli olanda onun istəyi ilə efirlərdən uzaqlaşmışdım. Bundan sonra isə heç bir kişiyə görə sənətimdən uzaqlaşan deyiləm. Mən o xarakterli qadınlardan deyiləm ki, kişi nəyə görəsə məni əldə etsin. Əsas güvəncdi, mən güvənsizlik çox görmüşəm.

Övladınız bu sahəyə gəlsə dəstək olarsınız?

- 100% olaram, mənə nəcə anam, atam, qardaşım dəstək olursa, mən də ona dəstək olaram. Təki, incəsənətə meyili olsun, belə bir istedadını görüm.

Geri qayıt