Əsas Səhifə > Şou-biznes > "Köhnə kişimə yenidən aşiq olmuşam "

"Köhnə kişimə yenidən aşiq olmuşam "


25-11-2016, 08:28
"Köhnə kişimə yenidən aşiq olmuşam "
Xəzər televizyasında yayımlanan "Oyan Azərbaycan" verilişinin aparıcı Firuzə (Fira) Cəlilova BiG.AZ - a müsahibə verib.

Haqqında təzə xəbərlər yayılıb. Deyilənə görə yeni sevgili tapmısan, təzədən ərə gedirsən. Bildiyimə görə sən evlisən?

- Mən aşiq olmuşam yenidən ...

Yenidən?

- Əlbətdə ki, köhnə. Köhnə kişimə yenidən aşiq olmuşam. Düşündü ki, 2 uşaqdan sonra yenidən ailə həyatında bir yenilik etmək lazımdır. Deyirlər ki, sevginin ömrü 3 ildir. Bizim sevgimizin ömrü 6 ili adlayıb gedir.

Amma çoxu deyir ki, Fira ərdə deyil?

-Ola bilər ki, efirdə çox şıltağam. Sosial şəbəkədə nə uşağımın nə də həyat yoldaşımın şəkilini paylaşmıram. Bununla bağlı suallar ortaya çıxır. Evliyəm və xoşbəxtəm.

- Bəziləri hətta deyir ki, Fira evli biri ilə eşq yaşayır.

- (gülür-red) O xəbərlər haradan çıxır? İlk dəfədir ki, eşidirəm. Hansı evli kişini mən ailəsindən ayırmışam axı ?!

- Bu yaxınlarda müğənni Şəbnəm Əsədova (Tovuzlu) açıqlama verdi ki, mən həyat yoldaşımın ikinci qadınıyam.

- O barədə məlumatım yoxdur. Şou-biznesdən geri qalmışam. Şou-biznesin çirkli məsələlərinə qarışmağı çox sevmirəm .

- Çirkli məsələ hesab edirsən bunu?

- İnsanın şəxsi həyatıdır. Şəxsi həyat bəziləri üçün çirkli sayılır. Mən şəxsi həyatımı ortaya çıxarsam hamı deyəcək ki, çirkli paltarlarını üzə çıxarıb... Axı o mənim üçün çirkli deyil təmizdir. Şəxsi nə varsa qoy içimizdə qalsın. Amma 100% onu deyə bilərəm ki, kənarda sevgilim yoxdur. Heç kimin həyat yoldaşını əlindən almamışam. Halalca öz həyat yoldaşım, iki dənə də övladım var. Sadəcə olaraq cavanlaşmağım, özümü indi daha çox "trend" də hesab edirəm, nəyə görə , kanal dəyişmişəm. Bəlkə o düşüb mənə. Kanalda rəhbərliyindən tutmuş , böyüyündən kiçiyinə qədər hamının hörmətini qazanmışam. Amma belə xəbərlərə sevinirəm.

Nəyə görə ki?

- Ən azından mənim ilə maraqlanırlar.

"Köhnə kişimə yenidən aşiq olmuşam "
"Köhnə kişimə yenidən aşiq olmuşam "

Geri qayıt