Əsas Səhifə > Şou-biznes > "Faiq müəllimin borcu deyil ki, məni tanısın"

"Faiq müəllimin borcu deyil ki, məni tanısın"


26-11-2016, 10:47
"Faiq müəllimin borcu deyil ki, məni tanısın"
Müğənni Eldəniz Məmmədov xalq artisti, bəstəkar Faiq Sücəddinovun onu tanımamasına münasibət bildirib.

E.Məmmədov AzNews.az-a açıqlamasında F.Sücəddinovun onu tanımamasına haqq qazandırıb:

“Faiq müəllimin borcu deyil ki, məni tanısın. Yaxşı edir, deyir. Tanımır da, hamı məni tanıya bilməz ki. Əsas odur ki, mən onu tanıyıram. Faiq Sücəddinov istedadlı bəstəkardır. Mən Faiq Sücəddinovu deyil, arada gəzən, bir həftəlik mahnı yazan bəstəkarları ittiham eləmişəm. Onların mahnıları bir həftədən sonra yaddan çıxır. Kimə müraciət etmişəmsə, onlar da mənim üçün mahnı yazıb. Amma hələ ki, Faiq Sücəddinova mahnı üçün müraciət etməmişəm. Vaxtı çatanda müraciət edəcəm, əgər mənə mahnı verərsə, oxuyaram.”

E.Zeynalov solo konsert layihəsindən də söz açdı: “Konserti öz maliyyə imkanlarım hesabına verəcəm. Özü də iki gün. Gücümə arxayınam. Hansı kişi müğənninin sponsoru olur? Mənim sponsor tapmaq fikirim yoxdur. Konsert reklamla bağlı məsələdir. “Bu şəhərdə” konsert verəndə onu 2 ay əvvəl reklam edir. Təbii ki, hər şey reklamdan asılıdır”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov “Xalq ulduzu” yarışmasının qalibi müğənni Eldəniz Məmmədov adında müğənni tanımadığını deyib.

Geri qayıt