Əsas Səhifə > Şou-biznes > "Tarif şurası qanun qoyubsa, ödəməliyik vəssalam"
"Tarif şurası qanun qoyubsa, ödəməliyik vəssalam"30-11-2016, 08:27 |
Xəbər verdiyimiz kimi, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında işıq və qaz pulunun artırılmasına dair qərar qəbul edilib. Bu qərar sadə xalqla yanaşı, tanınmışlar tərəfindən də birmənalı qarşılanmayıb. Yerli məşhurlar BiG.AZ -ın "Qaz və işıq pulunun artımına necə baxırsınız" sorğusunda iştirak edib. CAVABLARA ÖZÜNÜZ BAXIN : Telli Borçalı: Tarif şurası qanun qoyubsa, ödəməliyik vəssalam. Mən heç nə deyə bilmərəm. Yaşamaq üçün gücüm çatır. Mənim sahəm deyil guya mənim nəsə deməyimlə dəyişiklik olacaq. Qazsız, işıqsız necə yaşayaq? Ödəməliyik. Qapıma gəlibsə qaz pulu və ya işıq pulu yığan onu verməliyəm, çünki işlətmişəm". Nüşabə Ələsgərli: "Yaxşı iş deyil. Manat ölüb onsuzda. Hər şeyin qiyməti qalxıb. Camaatın vəziyyəti yaxşı deyil, bir az da pis olacaq". Əli Mirəliyev: Vəssalam da ... "Çox sağ olsunlar, ağ günə çıxdıq" Camaat ölsün ? Müharibəsiz qırılaq ? Belə şey olar? Sabah yağ, ət, benzin də qalxacaq. Mən deputatlar kimi 2000 manat almıram, cəmi 170 manat pensiya alıram. Dərmana pul verim yoxsa qazın, işığın dərdini çəkim ? ". Səməd Səmədov: "A heç xəbərim yoxdur. Çünki Moskvada nəvələrimin yanındayam. Heç bir narazıçılığım yoxdur. Mən toya iki minə gedirdim, elə də gedəcəyəm. Xalqın vəziyyətinə uyğun ucuz gedirəm toya ... Toy qiyməti az olsun təki toylar çox olsun (gülür - red) . Elnarə Abdullayeva: "Mən Moskvadayam. İnternetə girmirəm axı. Nə danışırsız ? ". Flora Kərimova: "Baş aça bilmirəm. Sözüm yoxdur, narazıçılığım çoxdur. Çörək tapmayan təbəqəni nəzərə almaq lazımdı axı ... Millət qıcıqlanır". Manaf Ağayev: "Guya mən deməklə nə olacaq? Camaat üçün yaxşı hal deyil, mən tapıb, toplayıb verəcəyəm, amma elə insanlar var ki, soyuqda qalacaqlar". Nura Suri: " İşığın, qazın qalxması zarafat deyil . Salonlar, marketlər, hər yer qiymətləri qaldıracaq. Qiymətlər onsuz da baha idi. Ya çıxıb deyirlər, dərmanların qiymətin salın, ya da qaldırın. Apteklər marketlərdən yaxşı işləyir, çünki hamı xəstədir. Hamı müalicəyə, dərmana pul axtarır. "Facebook"-da hər gün bir neçə xəstə uşağın fotosu paylaşılır. Rahatlığı yalnız firavan yaşamımızda tapırıq. Terror yoxdur ölkəmizdə! Başqa ölkələrə baxanda, biz rahat yaşayırıq. Torpaqlarımız hələ də işğal altındadır". Səidə Sultan: "Mən evdə qaz işıq ödəmədiyim üçün bu məsələdən başım çıxmır. Evdəkilər ödəyir. Ancaq təbii ki, mən də bu Vətənin övladıyam. Pulu olan üçün bu artım bir şey deyil, o onsuz da ödəyəcək, beş aşağı, beş yuxarı ... Amma ayda 300 manat alan insan əlbəttə ki, narazı qalacaq. Acından ölən kasıb yazıq nə etsin axı ? 10 yetimi olan nə etsin ? İnsaf da dinin yarsıdır. Heç olmasa maaşlar artsın ". Geri qayıt |