Əsas Səhifə > Şou-biznes > Şou-biznesdə acınacaqlı vəziyyət yaranıb

Şou-biznesdə acınacaqlı vəziyyət yaranıb


13-12-2016, 09:04
Şou-biznesdə acınacaqlı vəziyyət yaranıb
"Hamı elə bilir ki, şou-biznesdə pul tökülüb".

Bu sözləri "N-Brazerz" qrupunun rəhbəri Namiq Qafarov deyib.

Onun sözlərinə görə, xalq özünü onun-bunun hesabına reklam edən sənətçiləri görüb elə başa düşür ki, hamıda pul var:

"Bizim bəzi müğənnilərimiz var ki, özünü göstərmək üçün hay-küy qoparıb, göpa basdılar. Efirdə özlərini şişirtdilər, villalar, maşınlar göstərdilər. İmic xatirinə bunu etdilər. Xalq da baxıb dedi ki, şou-biznes nümayəndələri qaz vurub qazan doldurur. Amma elə deyil. İki-üç müğənninin pulu var, onlar at oynadırsa, bunu hamıya şamil etmək olmaz. Bəlkə kiminsə sponsoru var, onun hesabına at oynadır? Şəxsən bizim sponsorumuz yoxdur, hamısı kişidir, başını aşağı salıb alın təri ilə pul qazanırlar".

Qrup rəhbəri hazırda Azərbaycan toylarının azlığından da gileylənib: "Dekabr ayı çox zəifdir, hər bir müğənninin iki, ya üç toyu ola, ya olmaya. Vaxt vardı bütün ayı toylarda olurduq. Belə getsə o da olmayacaq. Yanvar-fevral da soyuq aylardır. Yəni həmin vaxtı heç kəs toy eləmir. Bir də toylar martda başlayacaq. Hamı elə bilir ki, şou-biznesdə pul tökülüb. Elə deyil, müğəni 5 ay işləyir, 7 ay oturur. Müğənni hər ay toya getmir".

Son günlər Azərbaycanda yaranan iqtisadi durum sənət aləminə də təsirsiz ötüşməyib. İşığın, qazın qiymətinin qalxması əhali arasında çaşqınlıq yaradıb. İndi hər kəsi bu vəziyyətdən necə çıxacağı maraqladırır.

Müğənni Əli Mirəliyev qeyd edib ki, heç kəs Azərbaycanda yaranan durumu görmək istəmir: "Reallıq var. Bir zamanlar əyləncə məkanımız olan toy-düyün şənliyimiz də devalvasiyaya uğrayıb. Daha toy yoxdur. O da manatla birlikdə batdı. Bir azdan camaat küçədə, bayırda evlənəcək. Yalandan toy deməyin nə mənası?

Mən musiqiçilərin, sənət adamlarının arasındayam. Hamı mənə zəng edir, efirdə görüşür, dərdini deyir. İnanın, bütün müğənnilər ağlayır. Vəziyyət belə olanda onlar necə 6 minə toya gedir? Mümkün deyil, camaatın pulu yoxdur. Ölkə az qala acından ölür. Elə ailə var ki, çörək almağa pul tapmır. Yağ, ət almağa pulu yoxdur. Elə ev var ki, ay ərzində evində qazan qaynamır. Nəyinə lazımdır bu müğənnilər? Pulu varsa, özü yesin də...

Qaz, işıq pulu artıb, onu necə, hansı pulla verəcək? Belə ölkə olar? Siz hansı toydan, hansı 6 mindən danışırsınız?

Müğənni var ki, özünü şişirdir. Amma canlı oxumağa səsi yoxdur. Səs yoxdursa, neynəsin? Gedib kənarda səsini yazdırır, sonra da onun altında pul qazanır. Bax, beləcə, xalıq aldadırlar. Canlı oxumaq başqa şeydir, səsin məlahəti adama can verir. Canlı oxuya bilməyən sənətçiləri saxlayan disklərdir. Bir azdan o da olmayacaq. Çünki disk dəpul hesabına yazılır. Çörək almağa pul tapmayan adamlar diski necə yazdıracaq?"

Müğənni bildirib ki, əsl faciə hələ qarşıdadır: "Bir azdan evlər, maşınlar satışa çıxarılacaq. Professional müğənnilər cəmiyyətlə ayaqlaşır. Amma Rəqsanə kimiləri bunu anlamaz. Onlar böyük-böyük danışır. Bunların biri dəbunun fərqində deyil. Rəqsanə kimilərinin oxuduğu da gic-gic mahnılardır. Məsələn, Rəqsanə mənim "Bu gecə" mahnımı oxuya bilər? Oxuya bilməz. Çünki bunun üçün oxu mədəniyyəti lazımdır. O janra sənin məhəbbətin olmalıdır. Bunlar isə İran, Türk musiqisi oxuyur. Ona görə də bunlar şikəstdirlər. Efirdə ancaq ara mahnıları oxuyurlar. Əgər əvvəlki dövr olsaydı bunları efirə buraxmazdılar. İndi demokratiya bayrağı altında monarxiyadır, kim nə istəyir, onu da edir".

Ə.Mirəliyev sonda qeyd edib ki, həm oxumağımızda geriləyirik, həm də mədəniyyətimizdə:

"Hara gedirik biz? Müəllimlər uşaqlara dərs vermir, hamısı savadsızdır. Bütün insanlar sanki şikəstdir. Zavod yox, fabrik yox. Hamı işsiz... Polis, həkim və müğənni, vəssalam. Bizim o qədər sahələrimiz var ki... Niyə o sahələrdə işləyən yoxdur? Çünki iş yerləri bağlanıb. İndi zavod və fabrik açan yoxdur. Yerindən duran alver edir. Bütün zavodları söküb park elədilər, yerdə qalanları da özələşdirdilər. Hələ mən sexləri demrəm. İndi ancaq yuxarı təbəqə yeyir, aşağıdakılar isə acından ölür.

Bakı batıb. Toy yoxdur, olsaydı ora layiqli insanı aparırdılar. Amma belə getməz..."

Reyting.az

Geri qayıt