Əsas Səhifə > Şou-biznes > "Ərim Həcidir, istəyir ki, uşağımıza da ..."

"Ərim Həcidir, istəyir ki, uşağımıza da ..."


20-12-2016, 08:26
"Ərim Həcidir, istəyir ki, uşağımıza da ..."
"ARB Ulduz"un "Şou məkan" verilişinin budəfəki qonağı müğənni Şəbnəm Tovuzlu olub.

Ana olmağa hazırlaşan Şəbnəm Tovuzlunun doğulacaq körpəsi ilə bağlı maraqlı açıqlamaları olub:

"Allah övladı olmayan hər kəsə bu yeni ildə övlad nəsib etsin. Hər kəsin bir axirəti var. O demək deyil ki, mən bu gün burada varamsa, sabah da belə olacaq, yox. Həyatda mən hər zaman arzulamışam ki, övladım sağ-salamat olsun, canımız sağ olsun. Əsas odur ki, çox var-dövlət istəyən adam olmamışam.

İnşallah, balacamız da sağlam olar. Gəlib onu da çəkərsiz. İlk sədalarını eşidəndə dediniz ki, reallaşsın, gəlib çəkəcəm".

- Şəbnəm, bəs yeni doğulacaq körpənə hansısa ad düşünübsüzmü?

"İki-üç ad nəzərdə tutmuşuq. Qoy dünyaya gəlsin, deyəcəm. Atamın adını da fikirləşirik. Həyat yoldaşım həcc adamı olduğu üçün ona yuxusunda da deyiblər ki, Əlihüseyn olsun".

Müğənni ana olacağı xəbərinin mediada səs-küylə yayılmasına da cavab verib:

"Mediada ana olmağımla bağlı xəbər çıxdı. Tək mən deyiləm ki, hər kəsin ana olmaq haqqı var. Sadəcə bunu çox şişirtdilər. Mənim əsəblərimlə oynadılar. Mətbuatda hörmət etdiyim insanlar belə fikirləşmədilər ki, o əsəbləşə bilər. Bu gün ona belə şeylər ziyandır. Amma yenə etdilər.

Nə yazır e, bunun başı çatmır, nədir? Yatırdın, səhər oyanırdın - bir xəbər çıxırdı. Özü də elə biədəb bir başlıq qoyurdular ki. Şəbnəm də hər kəs kimi ailə qurub, normal həyatı var. Hər kəsin ikinci həyatı ola bilər. Hər kəsin birinci ailəsi düz gətirməyə bilər. Həyatında keşməkeşli günlər ola bilər. Çox şükür ki, bu gün alnımız açıqdır. Ən azından gözəl ailəm var. Mən də addımlaya-addımlaya gəlib bu sənətə çıxmışam".

İfaçını, deyəsən, yaman əsəbləşdiriblər. Hər sözündə od-alov var. Onun çoxlarının gözünə girən yeni evi belə qeyri-adi hadisəyə çevrilib:

"Haradan aldı bu ev-eşiyi? Normal evdir də. Mən demirəm ki, milyonlarım var. Heç olanları yazmırlar. Mənim arxamda bir kişi olmasa da, ailəm olmasa da, bir xanım kimi öz ayaqlarım üzərində dayanmağı bacaran bir xanımam. Mən həmişə demişəm, məclislərə 10 minə, 15 minə getmirəm. 4 minə, 5 minə gedirəm. Ayda 15 toy olsa, oradan gələn gəlirlə bir mövsümə bu evdən ikisini də alaram".

Şəbnəm belə gedişlə şou-biznesdən birdəfəlik əlini-ayağını çəkəcəyini söylədi:

"Fikirləşirəm ki, bir xanım olaraq, kiçik bir biznes qurub bu sənətdən, doğrudan, uzaqlaşacam. İstəmirəm. Ona görə istəmirəm ki, bu sənətdə çirkab çoxdur. Durduğun yerdə ləkə yaxırlar adama..."

Geri qayıt