Əsas Səhifə > Şou-biznes > “5 il qabaq soyunub tərbiyəsiz video çəkdirən bu deyildimi?”

“5 il qabaq soyunub tərbiyəsiz video çəkdirən bu deyildimi?”


27-12-2016, 10:47
“5 il qabaq soyunub tərbiyəsiz video çəkdirən bu deyildimi?”
“ARB Ulduz”da yayımlanan “Şou-məkan” proqramının növbəti qonağı müğənni Sevinc Musayeva olub.

Axşam.az-ın məlumatına görə, sənətçi həmkarlarını tənqid edib:

“Biri keçmişdə sənətə nə cür fotosessiyalarla, video-çarxlarla gəldiyini danır. Digəri gizli ana olur, sonra uşağını üzə çıxarır. Budurmu, sizin gündəm? Əgər sizin gündəm budursa, mən bu gündəmdən çox uzağam. Ona görə də, bu artıq mənim imicimdir. Efirlərə az-az çıxım, amma təmiz çıxım. Sənətim varsa, sənətimlə, gözəl sözlərim varsa, gözəl sözlərimlə çıxım. İnsanlara neqativ ötürmək istəmirəm.

Bəziləri çıxıb elə bir yalan danışır ki, tamaşaçıları da inandırır. Yazıq tamaşaçı nə etsin axı? Baxacaq ona, inanacaq da. Yaxud çıxıb efirə bir ağlamaq ağlayırlar ki... Elə bil beş il bundan qabaq soyunub tərbiyəsiz video-çarxlarda çəkilən bu deyildi".

S.Musayeva bildirib ki, həmkarlarının qəzəbinə gəlməkdən qorxmur:

“Sözlərimin arxasında dururam. İş orasındadır ki, heç kimdən mənə cavab gəlmir, heç istəmirəm də. Nə cavab versinlər? Bax, hansı çıxıb mənə nəsə deyə bilər? İnsanın cavab verməsi üçün alnı açıq olmalıdır. Mən sadəcə deyirəm, kim ağıllıdırsa, normaldırsa, bundan nəticə çıxaracaq.

Bütün müğənnilərə qeyri-etik təkliflər gəlir. Mən on ildir ki, bu təkliflərlə mübarizə aparıram. Bu bataqlığın içində xoşbəxt bir qız olduğumu anladım. Şou-biznesdəkilərin 100 faizindən 98 faizi ikinci yoldadır.

Şou-biznesdəkilər kimi ailə qurmaq istəsəydim, qurardım. Pul verib yanımda bir bəy otuzdurardım. Neçə il, neçə ay lazımdırsa, müqavilə ilə evli olardım. Ya da ailə qurardım, övlad da olardı. Mən öz işimdə, o, öz işində. Necə ki, bəziləri elə bu cür edir. Ancaq mən heç vaxt bu cür ailə arzulamamışam”.


Geri qayıt