Əsas Səhifə > Şou-biznes > "Yağış yağanda dərd çəkirdim ki, başıma töküləcək"

"Yağış yağanda dərd çəkirdim ki, başıma töküləcək"


28-12-2016, 08:37
"Yağış yağanda dərd çəkirdim ki, başıma töküləcək"
Aparıcı Zaur Kamal keçmiş günlərindən danışıb.

BiG.AZ xəbər verir ki, o, "Xəzər maqazin”ə açıqlamasında bildirib ki, çox ağır günlər yaşayıb:

“Keçmiş günlərimə qayıtmaq istəmirəm. Heç tələbə vaxtı yaşadığım məhləyə indi getmirəm. Çətin anlar yaşamışam, evimə yemək ala bilmirdim, atam rayondan gec-gec pul göndərirdi. Yatdığım otaqda tavan deşik idi. Yağış yağanda ora yığılırdı, gecə yatdığım yerdə başıma tökülürdü. Yağış yağanda dərd çəkirdim ki, başıma töküləcək. Elə uzanırdım ki, ayağıma tökülsün, başıma yox. Həmin günləri xatırlamaq belə istəmirəm".

Geri qayıt