Əsas Səhifə > Şou-biznes > Tünzalə Ağayeva həmkarlarını tənqid etdi:

Tünzalə Ağayeva həmkarlarını tənqid etdi:


14-01-2017, 10:46
Tünzalə Ağayeva həmkarlarını tənqid etdi:
“İnsan özü nədirsə, işləri də elədir. Boş şeylə məşğul olursa, özü də boşdur. Özünə hörmət edən insan nalayiq sözlər danışmaz, hər kəsə pozitiv baxar”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni şou-biznes nümayəndələrini tənqid edib və hər kəsi qalmaqaldan uzaq olmağa çağırıb:

“Ailəli tanınmışlara müraciət edirəm, evdə övladlarınıza yazığınız gəlsin. Biz yaxşı məhsul verməsək gənclər batır, zövqü korlanır. Ciddi ifaçılarımız çox olsa, estradamız, şou-biznesimiz daha keyfiyətli olar. Hər kəs öz peşəsi ilə məşöul olmalıdır. Keyfiyətli musiqi arxasınca qaçmaq lazımdır. 20 il bundan qabaq vaxtın tez-tez getməsi məni narahat etmirdi, amma indi hər saniyəmin dəyərini bilmək istəyirəm. Daha aktiv olmaq, faydalı nələrsə etməyə çalışıram".

Geri qayıt