Əsas Səhifə > Şou-biznes > Kamil Zeynallı yaydığı videoya görə məsuliyyətə cəlb oluna bilər
Kamil Zeynallı yaydığı videoya görə məsuliyyətə cəlb oluna bilər18-01-2017, 08:09 |
Məlum olduğu tanınmış idmançı Kamil Zeynallı sosial şəbəkələrdə təhqir və təhdidlərin yer aldığı videogörüntülər paylaşıb. O, sosial şəbəkədə onu tənqid və təhqir edənlərə cavab verib. İdmançı bu videoya görə məsuliyyət daşıyırmı? Hüquqşünas Taleh Xasməmmədov məsələ barədə Unikal.org-a açıqlamasında qeyd edib ki, idmançı ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunarsa, Kamil Zeynallı məsuliyyətə cəlb edilə bilər: "KİV-də yayılmış təhqirə görə CM-nin 148-ci maddəsi ilə məsuliyyət yaradır. Şikayət edilmədən onun məlum videosu ilə bağlı heç bir cinayət işi başlana bilməz”. Qeyd edək ki, Cinayət Məcəlləsinin 148-ci maddəsində göstərilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma, üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Geri qayıt |