Əsas Səhifə > Şou-biznes > "Ərim içki düşkünü idi, gecələr evə gəlmirdi"
"Ərim içki düşkünü idi, gecələr evə gəlmirdi"6-02-2017, 17:13 |
DİA.AZ: - “Həyat yoldaşımdan ayrıldım, iki övladımla tək qaldım. Gördüm ki, çalışmalıyam, uşaqlarıma valideynlərim baxa bilməz. Rayonda yerli kanalların birindən təklif aldım, başladım işləməyə”. DİA.AZ-ın məlumatına görə, bu sözləri aparıcı İlahə Nizamiqızı “Klip+” veriilişində deyib. O bildirib ki, aparıcı olmasına valideynləri istəməyib: “Ailəm mənə imkan vermirdi. Deyirdilər boşanmısan, adına söz gələcək. Başqa sahədə işlə, amma şou-biznesdə yox". İlahə ərindən ayrılmasının səbəbini açıqlayıb: “Heç bir qadın ocağının sönməsini istəməz. Evin ilk qızı idim, çayı içib stəkanı götürmürdüm, evdə heç bir iş görmürdüm. Həyat yoldaşım içki düşkünü idi. Ailədə problemlər yarandı. İki övladım var idi, on il dözdüm. Elə əziyyətlər çəkdim ki... Elə olub ki, uşağımın hərarəti qalxıb, pul tapmırdım avtobusa minim, onu həkimə aparım, ya anamgilə çatdırım. Yoldaşım içib, hardasa qalırdı. Hər gecə ağlamaqdan yastığım islanırdı. İndi münasibətimiz yoxdur. Gəncədən Bakıya da ona görə köçdüm. Gəlirdi dava edirdi ki, geri qayıt. Anam bezdi, mən də qaçdım. Uşaqlarım körpə olduğu üçün yenidən ailə qurmadım. Çox elçilərim gəldi, alınmadı". Aparıcı qızını nişanladığını da söyləyib: “Qızımın 21 yaşı var. Artıq evimizdə “Vağzalı” sədası səslənəcək. Mənə qayınana olmaq çətin gəlir. Hər şeyi anam edir”. Geri qayıt |