Əsas Səhifə > Şou-biznes > "Heç vaxt ad günü keçirməmişəm..."

"Heç vaxt ad günü keçirməmişəm..."


28-02-2017, 08:09
"Heç vaxt ad günü keçirməmişəm..."
DİA.AZ: - Bu gün tanınmış istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyevin doğum günüdür.

37 yaşı tamam olan E.Hacıyev özəl bayramı haqda dia-az.life-a danışıb. Yaşını gizlətməyi xoşlamayan jurnalist və PR menecer ilk təbriki həyat yoldaşından aldığını bildirib.

E.Hacıyev qeyd edib ki, heç vaxt ad gününü təmtəraqlı qeyd etməyi sevməyib və bu il də özəl bayramını yalnız ailəsinin ətrafında keçirəcək: "Doğum günümə yanaşmam tamamilə fərqlidir. Heç vaxt ad günü keçirməmişəm. Bilmirəm niyə?! Yenə də bu günümüzə şükür... Bu yaşa gəlib çatdım, sağlamam, sevdiklərim yanımdadır".

PR menecer hədiyyəyə çox önəm vermədiyini vurğulayıb: "Sevənlərin diqqəti mənim üçün çox önəmlidir. Amma dostluqlar heç bir hədiyyə ilə ölçülmür. Məni sevənlərin diqqəti ən böyük hədiyyədir".

dia-az.life olaraq maqazin jurnalisti və PR meneceri özəl bayramı münasibəti ilə təbrik edirik.

"Heç vaxt ad günü keçirməmişəm..."

Geri qayıt