Əsas Səhifə > Şou-biznes > "Bu sənətdə özümü tapmışam"

"Bu sənətdə özümü tapmışam"


13-03-2017, 08:42
"Bu sənətdə özümü tapmışam"
DİA.AZ: - "Не со мной" adlı çıxış mahnısı ilə Rusiya şou-biznesdə ulduzu parlayan pop star ANAR yaradıcılığında ona uğur gətirəcək daha bir bəstəni repertuarına daxil edib.

DİA.AZ xəbər verir ki, " Второе дыхание" (İkinci nəfəs) adlı mahnının sözləri və musiqisi Rusiyanın əksər sənətçilərinə mahnılar bəstələmiş bəstəkar Aleksandr Sokolova məxsusdur.

Yeni işindən danışan ANAR, yaradıcı layihələrinin davamlı olacağı anonsunu verdi: "Səsimə və istedadıma çox güvənirəm. Bu sənətdə özümü tapmışam. İnanıram ki, oxucularınızdan yaradıcılığımla bağlı müsbət qiymət alacağam.

" Второе дыхание " lirik üslubunda yazılmış bir bəstədir. İndidən söyləyim ki, sözlərin şəxsi həyatımla bağlılığı yoxdur. Mahnının müəllifi Aleksandr Sokolov bəstəni mənə təqdim edəndə söylədi ki, bu real hitə namizəd olan mahnıdır. İnşAllah onun dediyi təsdiqini tapar. Qarşıma məqsəd qoymuşam ki, 2017-ci ildə biri-birinin ardınca repertuarıma yeni mahnılar daxil edim. Bu sənətdə qətiyyən fasilə vermək olmaz".

Pop star ANAR yeni mahnısının tanıtımı üçün tanınmış fotoqraf Simon Peterinin kamerası qarşısına keçərək cəsarətli şəkillər də çəkdirib. "Hilton Hotel Baku"da gerçəkləşən fotosessiyada ANAR biri-birindən iddialı obrazlar yaratmağa müvəffəq olub. Gənc müğənninin bu cəsarətli şəkilləri haqda da çox danışılacaq kimi görünür.


Həmin fotosessiyanı və sözügedən mahnının YouTube linkini oxucularımız üçün yayımlayırıq.


"Bu sənətdə özümü tapmışam"
"Bu sənətdə özümü tapmışam"
"Bu sənətdə özümü tapmışam"
"Bu sənətdə özümü tapmışam"



Geri qayıt