Əsas Səhifə > Şou-biznes > Mədinə Məlik hansı məşhur jurnalı seçdi?
Mədinə Məlik hansı məşhur jurnalı seçdi?15-05-2017, 08:12 |
DİA.AZ: - Adı ilə bağlı olan bütün layihələrdə uğur qazanan azərbaycanın əsas prodüseri Mədinə Məlik məşhur "Brend Media" jurnalı üçün fotosessiyaya çəkilib. DİA.AZ xəbər verir ki, Mədinə Məlik "Brend Media" jurnal üçün maraqlı müsahibə verərək onun haqda xoş sözlər səsləndirib: "Həyatını dəyişmək istəyənlər üçün "Brend Media"nı tövsiyyə edirəm. Bu, yaradıcı insanların və başda İlhamə Ərşadqızının əməyinin və istəyinin nəticəsi idi. Hər bir xeyirxah, gözəl və parlaq ideyanı həyatda reallaşdırmaq istənilən məşhurun arzusudur. "Brend Media"la birgə olmağa qərar verdim. Çünki "Brend Media" elə Mədinəyə yaraşır. Əminəm ki, siz "Brend Media"nı sevəcəksiz. Sizi söz və fikir okeanında üzmək üçün yelkənlərini açan "Brend Media" adlı xəyali bir gəmiyə dəvət edirəm. Xoşbəxtlik bəzən bir mənalı fikirdən, bir məsləhətdən başlayır. Bəlkə arzuladığınız o fikiri bu jurnalda axtarasız?! Əminəm ki, tapacaqsız". Rəqibsiz prodüser tanınmış fotoqraf Beyrəkə bir-birindən qlamur pozalar verib. Prodüserin vizajı Samirəyə, saç düzümü isə stilist Ramaləyə məxsusdur. Geri qayıt |