Əsas Səhifə > Şou-biznes > "Ancaq uğurlara imza atmağı qarşıma məqsəd qoymuşam"

"Ancaq uğurlara imza atmağı qarşıma məqsəd qoymuşam"


12-06-2017, 08:39
"Ancaq uğurlara imza atmağı qarşıma məqsəd qoymuşam"
DİA.Az-ın əməkdaşının telefon zənginə cavab verən pop star ANAR "MUZ TV" mükafatının təqdimatına qatılmasına şübhə ilə yanaşanlara olduqca tutarlı cavab verdi: "Kim nə istəyir, necə istəyir danışsın. Bütün mənfi fikirlər vecimə deyil. Mən Allahın köməkliyi, pərəstişkarlarımın duaları ilə ancaq uğurlara imza atmağı qarşıma məqsəd qoymuşam.

Əslində bu tip yalan məlumatları oxuyub stimul alıram. Qoy, işi-gücü boş-boş şayiə buraxmaqdan ibarət olanlar missiyalarından əl çəkməsinlər. Elə onların acığına özümlə bağlı hər şayiə yayılanda yeni bir layihəmlə cavab verəcəyəm. Unutmayın, mənim adım ANAR, soyadım Əhmədovdur".

Söhbətimiz zamanı dəqiqləşdirdik ki, açıqlamaları ilə bədxahlarını yandırıb-yaxan pop star tezliklə yeni layihələri ilə “bomba partlamağa” hazırlaşır.

DİA.Az-ın məlumatına görə, iyunun 9-da Rusiyada musiqi sahəsində nailiyyət qazanmış tanınmış simalara verilən ənənəvi "МУЗ ТВ" (MUZ TV) mükafatının təqdimetmə mərasimində Azərbaycanın pop starı ANARın iştirak etməsi bəzi söz-söhbətlərə səbəb olmuşdu.

İddialara görə, "Olimpiya İdman Kompleksi"ndə düzənlənmiş mərasimdə ANAR iştirak etməyib. Amma bu səhər Rusiya saytlarında yayılmış bir şəkil bütün şayiələrə son qoydu. Svetlana Loboda, Ani Lorak, Timati, Nikolay Baskov, Filipp Kirkorov, Dima Bilan kimi məşhur sənətçilərlə birlikdə ANAR da mərasimin təşkil olunduğu "Olimpiya İdman Kompleksi"nin qarşısındakı qırmızı xalıdan keçib.

"Ancaq uğurlara imza atmağı qarşıma məqsəd qoymuşam"

Geri qayıt