Əsas Səhifə > Şou-biznes > Vüqar Kamiloğlu kimə “Veda Ederken” dedi

Vüqar Kamiloğlu kimə “Veda Ederken” dedi


3-08-2017, 17:28
Vüqar Kamiloğlu  kimə “Veda Ederken” dedi
DİA.AZ: - “ATV Maqazin”in reportyoru Vüqar Kamiloğlu bu gün öz YouTube kanalında yeni işıq üzü görən mahnısını təqdim etdi.

DİA.AZ xəbər verir ki, söz türkiyəli nəğməkar şairəsi Ayşe Birgül Yılmaz, musiqisi Vüqar Camalzadəyə məxsus olan mahnı "Veda Ederken" adlanır.

“Təqdim olunan bu mahnı bir qədər fərqlidir. Mahnı bir qədər lirik, bir qədər romantikdir. Bir sözlə hər kəsin dinləyə biləcəyi - sakit və ruhunuzu oxşayan bu mahnı mövsüm boyu seviləcəyinə inanıram. Əziyyəti keçən hər kəsə, tanınmış bəstəkar Vüqar Camalzadəyə və Bülent Ersoy, Ebru Gündeş, Sibel Can, Seda Sayan, Muazzez Ersoy, mərhum Zeki Müren və bir çox azərbaycanın tanınmış müğənnilərin mahnılarının söz yazarı Ayşe Birgül Yılmaza təşəkkürümü bildirirəm”,- deyə Vüqar qeyd edib.




Geri qayıt