Əsas Səhifə > Şou-biznes > Mahir parodiyaçı Samiraldoya nələr dedi:

Mahir parodiyaçı Samiraldoya nələr dedi:


19-08-2017, 12:35
Mahir parodiyaçı Samiraldoya nələr dedi:
DİA.AZ: - Tanınmış mahir parodiyaçı Ceyhun Məmmədov məşhur instagramın fenomeni stilist Samiraldonun barəsində xoş sözlər yazıb.

DİA.AZ xəbər verir ki, parodiyaçı Ceyhun sosial şəbəkədə stilist Samir Əliyevin (Samiraldo) ünvanına xoş sözlər yağdırıb:

"Neçə illərdi bu insanı tanıyıram, son 1 ilə bir çevrə olaraq daha yaxın dost, sirdaş olmuşuq. Hələ eşitmədim ki, Samir hardasa,
kiminsə yanında mənim arxamca danışsın. Çox şükür bu günümüzə ki, bədxaxlardan uzağıq. Sakit həyatımızı yaşayırıq.

Dostluqda hər şeyi bağışlayaram, ümumiyyətlə bütün münasibətlərdə çox şeyi keçərəm insanlara, bircə yalan və xəyanət
Bağışlanılmazdır mənim dünyamda. Bu günki bəzi "dostluqlara" baxıram çox təəccüblənirəm. Mənim kitabımda küsdüyüm
adamla barışmaq yoxdur, çünkü özümə hörmət edirəm. Çox istediyim insanları çıxmaq şərtilə, zatən çox istediklərimdən
küsmürəm, sadəcə çəkişməsən bərkişməzsən söhbəti ola bilər. İnsan özünə hörmət etməyi baçarmalıdır. Belə ki, insanın 1 üzü
olar, 1000 yox. Samir sən də ürəyimizsən bizim. Samiraldo - səni bəyənməyənlərin kaş ki, sənin ürəyin kimi ürəyi olardı ".

Qeyd edək ki, mahir parodiyaçı Ceyhun Məmmədov və stilist Samiraldo Bodrumda səfərdədilər.

Geri qayıt