Əsas Səhifə > Şou-biznes > "Bu ilk də mənim adımla bağlıdır"

"Bu ilk də mənim adımla bağlıdır"


28-09-2017, 08:16
"Bu ilk də mənim adımla bağlıdır"
DİA.AZ: - Bu iddialı açıqlamar haqda hələ çox danışılacaq.

Milli, oriental və bir çox xalqların rəqslərini mükəmməl oynamağı bacaran rəqqasə Aygün diqqət mərkəzinə düşüb.

DİA.AZ-a şou qazanını çalxalayacaq açıqlamalar edən azərbaycanlı rəqqasə Aygün Makuşla, özünə rəqib görmədiyini deyib: "Deyirlər, Aygünün "qatarı getdi". Onu deyənin mənimlə şəxsi qərəzliyi var. Kim belə düşünürsə çıxsın üzümə desin. Tezliklə möhtəşəm layihəm baş tutandan sonra bu fikirlər dəyişəcək. Aygünün vaxtı hələ indi başlayır. Sənətdə olduğum illər ərzində daim çalışmışam ki, rəqslərimlə həmkarlarımdan fərqlənim. Daim çalışmışam ki, seçdiyim bu sənətdə kimisə təkrarlamayım. Təkcə onu deyə bilərəm ki, darbukanın üstündə oynamaq hələ heç bir rəqqasə etməyib. Bu ilk də mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, ona uğur arzu edərəm. Getdiyim yolda, mənim ifa tərzimdə ruhuma yaxın olan ikinci rəqqasəni tanımıram. Rəqs, görüntü baxımından özümə rəqib görmürəm".

Təbriz Məhərrəmoğlu.

"Bu ilk də mənim adımla bağlıdır"
"Bu ilk də mənim adımla bağlıdır"
"Bu ilk də mənim adımla bağlıdır"

Geri qayıt