Əsas Səhifə > Şou-biznes > İpek Demir Ayşe Birgül Yılmazın sözlərinə mahnı oxudu

İpek Demir Ayşe Birgül Yılmazın sözlərinə mahnı oxudu


16-10-2017, 08:25
İpek Demir Ayşe Birgül Yılmazın sözlərinə mahnı oxudu
DİA.AZ: - “Gözəl şeirləri ilə hər kəsin könlünü fəth edən, əzizimiz Ayşe Birgül Yılmazın poeziyasındakı zənginlik və sadə dil məni hər zaman heyran edib. Və günlərin birində bir şeirdən Özkan Turgay ilhamlanıb "Unutuverdim" adlı mahnını yazdı”.

DİA.AZ xəbər verir ki, bu sözləri yeni mahnını izləyicilərin ixtiyarına verən türkiyəli müğənni İpek Demir deyib. Müğənni yeni mahnısının onun yaradıcılığında xüsusi yer tutduğunu qeyd edib və musiqinin həyatındakı rolu haqqında danışıb: “Ümumiyyətlə, mənə görə musiqi dinləyicini depressiyaya, neqativə aparmalı deyil, əksinə ruhunu qidanlandırmalıdır, güc verməlidir və bu baxımdan da mahnının həm sözlərini, həm musiqisini tamaşaçım üçün faydalı hesab edirəm. Mahnının ərsəyə gəlməsində böyük komanda çalışıb. Əməyi keçən hər kəsə dərin təşəkkürlərimi bildirirəm”.

"Unutuverdim" mahnını oxuculara təqdim edirik:


Geri qayıt