Əsas Səhifə > Şou-biznes > "Ulduz" olmaq arzusu ilə alışıb-yananlar hər yolla Aygün....
"Ulduz" olmaq arzusu ilə alışıb-yananlar hər yolla Aygün....25-10-2017, 08:46 |
DİA.AZ: - Məlum olduğu kimi, 22 sentyabr saat 20:00-da Xalq artisti Aygün Kazımova “Baku Crystal Hall”da konsert proqramı ilə çıxış etmişdir. Ölkənin əsas ulduzu sayılan sənətçi yaradıcılığının 30 illiyini qeyd etdikdən sonra sanki qeybə çəkilib. Həmin ərəfədə meqa star Aygün Kazımovanın efilərdə görünməməsi "düşmənlərini" çaş - baş salır. Kim bundan istifadə edib, onun tutduğu yerə can atır, kim də onun hesabına reklam qazanmağa çalışır. Hətta pop divanın ardınca danışaraq onunla reklam olunmaq istiyirlər. "Ulduz" olmaq arzusu ilə alışıb - yananlar hər yolla Aygün səviyyəsində reklam olunmaq istəyirlər. Çünki Azərbaycanda faktiki olaraq, ən reytinqli, ən çox maraq doğuran və sevilən sənətçi - Aygün Kazımovadır. Aygün Kazımova mənim üçün bir labirintdir; dərin dolaşıq,amma eyni zamanda çox maraqlı labirint. Ona yol tapmaq rahatdır, amma eyni zamanda uzun və döngələrdə dolu bir yoldur. O, "muza"dır, onu özü elə səhnədir, o və onun yaradıcılığı mənim üçün rənglərlə dolu bir rəsmdir. O, gözlənilməzdir, məhz buna görə o sevilir. Çünki O,DİVADIR!!! Aygün Kazımova Azərbaycan şou - biznesinin yaradıcılarındandır. Onun Azərbaycan səhnəsindəki mövqeyi 30 ildir ki, orijinal, möhkəm, özünəməxsus və №1 olub. Ona görə hərdən deyəndə ki, bu müğənnilərin içində birinci kimdir, rəqabət varmı? Mənim fikrimcə, bu gün zirvədə olan Aygün Kazımovanın özünəməxsus yeri var. O, oxumaq, məşhurluq və var - dövlət naminə səhnəyə gəlməyib. Hələ çox müğənnilər çıxıb oxuyacaq, itəcək, amma Aygün fəth etdiyi zirvədə qalacaq. Etiraf edək ki, onun bir qadın kimi seksuallığı çox güclüdür, bu içdən gələn enerjidir. O, həddən artıq cazibədardır. Xeyr, o geyimləri, açıq - saçıqlığı, dəyişən imici ilə seksuallığı qazanmayıb. Aygün çox ucuz da geysə, yenə seksual görünəcək. Əgər Aygün estrada ulduzu yox, adi satıcı işləsəydi də hamının ağlını başından çıxaraqdı, yenə diqqət mərkəzində olacaqdı, yenə qadınlı - kişili hamı baxışları ilə az qala onu yeyəcəkdi. Aygün etdiyi hər ağılsızlığı da o qədər yerində və təbii edir ki, ona hər şeyi keşirlər. Onun əməliyyatlarını da normal qəbul edirlər, səhnədə hansısa kişinin qucağına oturmasını da... Halbu ki, bunu başqa qadın sənətçi etsə, daş - qalağa tutarlar. Bu Aygünüdür, ona olar. Çünki o hətta etdiyi ağılsızlığı və yeri gələndə açıq - saçıqlığı da səhnəyə görə edib, səhnədə edib. Aygün qədərini bilir, danışığının da, şılpaqlığını da, aşırlığın da... Və onda bunlar estetik alınıb. Təkrarlamaq istədilər: "ona olar, bizə yox?" və nəticəsini də gördülər. Tamaşaçı qəbul etmədi, bağışlamadı. Mən Aygünün başqası ilə müqayisə olunmasının, güclə rəqabətə qatılmasını və ya Aygünün bəzən özünün rəqabətə girməsini görəndə üzülürəm. Aygün Aygündür. Bununla barışmaq lazımdır: XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycan gerçəkliyində bir AYGÜN var. Elton Hacıyev DİA.AZ Geri qayıt |