Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı rejissor İrem Deriçi və Hande Yenerin diceynə klip çəkdi

Azərbaycanlı rejissor İrem Deriçi və Hande Yenerin diceynə klip çəkdi


13-11-2017, 08:32
Azərbaycanlı rejissor İrem Deriçi və Hande Yenerin diceynə klip çəkdi
DİA.AZ: - Gənc model - müğənni Nigar Süleymanova “İki Sevda” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
DİA.AZ-ın məlumatına görə, bəstənin sözləri Əli Kafarlı, musiqisi Elçin Məhərrəmova məxsusdur. Mahnı Türkiyədə tanınmış dicey Armağan Oruç tərəfindən aranjiman edilib və rejissor Nail Naiboğlu mahnıya ekran həyatı verib. Çəkilişlər bir gün ərzində Bakıda aparılıb. Nail, Nigarının klipini sujetsiz çəkib.
Qeyd edək ki, Armağan Oruç İrem Deriçi, Hande Yener və bir çox tanınmış müğənnilərin mahnılarının remiks versiyasını hazırlayan diceyidir.
Yeni işiylə bağlı fikirlərini bölüşən N.Süleymanova bunları deyib:

“Armağan istedadlı biridir. Onunla çalışmaq çox xoş oldu. Qarşıda Armağanla birgə görəcəyimiz çox maraqlı işlər var”.
Müğənninin tərəf müqabili "Grifon Dance Studio"un rəqqasələridir.



Geri qayıt