Əsas Səhifə > Şou-biznes > Rəhim Rəhimli Yeganə Sadıxovanın dəfiləsinin əsas modeli oldu
Rəhim Rəhimli Yeganə Sadıxovanın dəfiləsinin əsas modeli oldu20-11-2017, 08:51 |
DİA.AZ: - “Azerbaijan Fashion Week” çərçivəsində "YES MODA EVİ"nin rəhbəri tanınmış azərbaycanlı dizayneri və modelyeri Yeganə Sadıxovanın defilesi keçirilib. DİA.AZ bildirir ki, “Azerbaijan Fashion Week” çərçivəsində tanınmış azərbaycanlı modelyeri və dizayneri Yeganə Sadıxovanın defilesi keçirilib. Azərbaycanın tanınmış ulduzu bəstəkar və müğənni Rəhim Rəhimlinin podiuma çıxması əlamətdar hadisəyə çevrildi. Rəhim Rəhimli Yeganə Sadıxovanın kolleksiyasının əsas modeli oldu. Dizayner sakit tonlarda və rənglərdə əksini tapmış gecə libasları kolleksiyasını, xeyli sayda əl işini təqdim edib. Dizaynerin sözlərinə görə, bütün parçalar xüsusi olaraq sifariş əsasında hazırlanıb və təkrarlanmayıb - hamısı bir nümunə kimi təqdim edilib. Kolleksiya dəfələrlə zaldakı tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunub. Geri qayıt |