Əsas Səhifə > Şou-biznes > Deniz Sekinin azərbaycanlı prodüseri mükafat aldı

Deniz Sekinin azərbaycanlı prodüseri mükafat aldı


21-11-2017, 09:19
Deniz Sekinin azərbaycanlı prodüseri mükafat aldı
DİA.AZ: - Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model və aktrisa Leyla Hümmətova növbəti mükafatını aldı.

DİA.AZ-ın məlumatına görə, model və aktrisa Azərbaycan Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutan Gənclərin Dostu Milli Mükafatlandırılma mərasimində “İl ərzində yüksək səviyyəli modellik və aktrisalıq fəaliyyətinə görə” mükafatına layiq görüldü. Bu il mükafatın sayca 10-cu təqdimetmə mərasimi keçirilib.

Qeyd edək ki, Leyla Hümmətova 2 il türkiyəli müğənni Deniz Sekinin prodüseri olub. Bundan başqa gənc aktrisa "Kurtlar vadisi" serialında çəkilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin rejissor sənəti fakültəsini qırmızı diplomla bitirib.

Deniz Sekinin azərbaycanlı prodüseri mükafat aldı

Geri qayıt