Əsas Səhifə > Şou-biznes > "Bu əməliyyata görə müflis oldum"
"Bu əməliyyata görə müflis oldum"25-12-2017, 08:48 |
DİA.AZ: - Yaxın günlərdə laparoskopik - bariatrik cərrah Aslan Abdullanın instagram fenomeni Gülruh Nəcəfovanın mədə kiçiltmə əməliyyat etdiyi haqda xəbər vermişdik. DİA.AZ-a açıqlama verən Gülruh bildirib ki, özəl klinikaların birində mədə kiçiltmə əməliyyatı etdirib: “Əslində, bu əməliyyat xəbərinin mediaya çıxmasını istəməzdim. Amma nə edək ki, göz qabağında olan insanıq, etdiyimiz hər bir iş, atdığımız hər bir addımdan hər kəsin xəbəri olur. Bəli, bu əməliyyatı çoxdan etdirmək istəyirdim. Amma qorxduğuma görə risk etmirdim. Həvəsdir-bəsdir deyib, əməliyyata girdim. Əməliyyat Bakıda baş tutdu. Məşhur “Zeferan” xəstəxanasında peşəkar laparoskopik - bariatrik cərrah Aslan Abdulla tərəfindən həyata keçirilib. İndi bir çoxları soruşacaq ki, əməliyyata nə qədər pul xərcləmisiniz? Mən də deyərdim ki, bütün var-dövlətimi bu əməliyyatda batırdım. Müflis oldum. Bütün bunlar boşdu. Artıq çəkidən xilas olmaqdan niyyətindəyəm. Əməliyyat olunduğum üçün hələ bir müddət efirlərə çıxmayacam. Arıqlayacam, heç kim məni tanımayacaq. Bütün bu dəyişikliklər yaxın zamanlarda həyata keçiriləcək yeni layihə üçündür. Bir çox insanlar Gülruhu instagram fenomendən savayı, başqa bir ampulada görəcəklər. Tam fərqli olacam. Yeni görkəmim səs-küyə səbəb olacaq. Hətta bəziləri şoka düşəcək. İnşallah, yeni görkəmdə sevənlərimin qarşısında olacam”. Geri qayıt |