Əsas Səhifə > Şou-biznes > "Sinsirella" zirvədə
"Sinsirella" zirvədə28-12-2017, 10:29 |
DİA.AZ: - Aylin Çoşqunun "Sinsirella" sinqlı inanılmaz nəticə verib. DİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyənin pop starı Aylin Çoşqunun " Sinsirella " adlı mahnısına çəkilən klipi, YouTube video hostinqində üç həftə ərzində 6 milyondan artıq insan izləyib. Qeyd edək ki, ekran işində əsas nağıl qəhrəman obrazını qardaş ölkənin nüfuzlu "AC Production" şirkəti ilə uğurlu əməkdaşlığını davam etdirən Aylin Çoşqunun özü canlandırıb. Söz və musiqisi Ersay Ünerə, aranjimanı Ozan Bayraşa məxsusdur. Üç həftə aparılan hesablamalara görə, "single" satış üzrə yüksək nəticə göstərib. "Sinsirella" satışa yeni çıxarılan vaxt heç iyirmilikdə də deyildi. Ancaq indi 1-ci pilləyə qalxıb. Geri qayıt |